Sərbəst toplaşmaq azadlığı - Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində təsbit olunur.
Məlumat azadlığı (informasiya) - vətəndaşların əsas siyasi azadlıqlardan biridir.
Məlumat azadlığı (informasiya) - vətəndaşların əsas siyasi azadlıqlardan biridir.
İnformasiya özünün təyinatına görə 2 hissəyə bölünür:
Kütləvi informasiya-geniş kütlələr üçün nəzərdə tutulandır;
Qeyri - kütləvi informasiya - hamı üçün deyil,bir qrupun,şəxsin, dövlətin ifadəsi üçün əldə edilən informasiyadır. Dövlət sirri, şəxsi həyatla bağlı məlumatlar qeyri - kütləvi informasiya adlanır.
Müraciət etmək hüququ - bu hüquqa hüquq pozuntusundan tutmuş müəyyən təkliflərin verilməsinə qədər bir sıra məsələlər daxildir. İmzasız müraciətlər anonim sayılır və ona baxılmır.
Müraciət etmək hüququ - bu hüquqa hüquq pozuntusundan tutmuş müəyyən təkliflərin verilməsinə qədər bir sıra məsələlər daxildir. İmzasız müraciətlər anonim sayılır və ona baxılmır.
“Partiya” - latınca “part ” sözündən götürülmüşdür və “hissə” deməkdir.
Həmkarlar ittifaqı- işçilərin sosial problemlərini həll etmək məqsədini güdür.
Dövlət hakimiyyətini zorla devirmək məqsədi güdən birliklərin yaradılması qadağandır.
Milli azlıqların fərdi və qrup hüquqları - dünya təcrübəsində milli azlıqların tələblərinin spektri genişdir. Bura mədəni muxtariyyətdən tutmuş müstəqil dövlət yaratmaq kimi digər məsələlərdir.
Ombudsman - 2001-ci ildə AR prezidentinin təqdimatı əsasında Milli Məclis özünün payız sessiyasında Ombudsman haqqında qanun qəbul etmiş və respublikanın ilk Ombudsmanı seçilmişdir. AR-in dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulmuş insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilmişdir.