Layihə
“HİV/AİDS-ə qarşı mübarizə üzrə” İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin
(HİV infeksiyasının) yayılmasının qarşısının alınması haqqında”
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası ərazisində insanın immunçatışmazlığı virusunun və onun törətdiyi xəstəliyin (HİV infeksiyasının) profilaktikasının, diaqnostikasının, müalicəsinin, HİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:
HİV– insanın immunçatışmazlığı virusu;
HİV infeksiyası – HİV-in törətdiyi xəstəlik;
Qqazanılmış İnsan İimmunçatışmazlığı Ssindromu (AİDS) – insan immunodefisit virusu səbəbindən insanın inferksiyaya yoluxma anından HİV-lə yaşayan insanın ölümünə qədər müddət ərzində insanın immun sisteminə mənfi təsir edən və bunun nəticəsində inkişaf edən opportunistik infeksiyalar və xəstəlikləri əhatə edən bir sindromudur
HİV infeksiyasının son mərhələsində insanın immun sisteminin dərin zədələnməsi nəticəsində yaranan xəstəlik;
HİV müsbət status – insan orqanizmində yoluxma faktını təsdiq edən HİV-in və ona qarşı anticisimlərin olması;
HİV-lə yaşayan şəxslər – HİV-müsbət şəxslər – HİV-infeksiyanın orqanizmdə olmasını təsdiq edən qan analizləri olan insanlarHİV-ə yoluxmuş və həm xəstəliyin əlamətlərinin olmayan mərhələsində, həm də HİV-in insanın immun sistemini dərin zədələməsi mərhələsində olan şəxslər;
HİV infeksiyasından/AİDS-dən zərər çəkmiş şəxslər – ailə üzvlərinin, qohumlarının və ünsiyyətdə olduqları digər şəxslərin HİV-ə yoluxması nəticəsində maddi və mənəvi zərər çəkmiş şəxslər;
HİV-ə anonim müayinə - konfidensiallıq, məlumatlandırılmış razılıq və testdənəvvəl məsləhətləşmə təmin olunması şərtlərilə şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədən və şəxsi məlumatları xəbər vermədən şəxsin HİV-ə müayinəsi;
HİV-ə konfidensial müayinə - müayinənin nəticələri barədə məlumatın gizli saxlanılmasına zəmanət verilən şəxsin HİV-ə tibbi müayinəsi;
psixososial məsləhətləşmə - psixoemosional stressin aradan gptürülməsi və HİV-lə əlaqədar düzgün davranış qaydaların müəyyən etdirilməsi məqsədilə tibbi və ya sosial işçi və testi keçmək istəyən (və yaxud artıq keçmiş) insan arasında HİV- testdən əvvəl və sonra aparılan könüllü konfidensial dialoq.müayinə olunan şəxslə ona dəstək verən, psixoemosianal stressi dəf etməyə və HİV-lə bağlı qərar qəbul etməyə kömək göstərən şəxs arasında konfidensial dialoq;
stiqmatizasiya – HİV infeksiyası ilə bağlı şəxslərin şərəf və ləyaqətinin alçaldıcı xüsusiyyətlərlə damğalanması;
diskriminasiya – HİV infeksiyası ilə bağlı şəxslərin hüquq və azadlıqlarının pozulması;
yüksək riskli əhali qrupları – HİV-ə yoluxmaya münasibətdə riskli davranış tətbiq edən və ictimai sağlamlığa təhlükə yaradan əhali qrupları (gənclər, inyeksion narkotik istifadəçiləri, təsadüfi cinsi əlaqə tətbiq edən şəxslər, gənclər və s.);
postkontakt profilaktika – peşə fəaliyyəti ilə əlaqədar və ya zorakı seksual münasibətlər (zorlama və s.) zamanı HİV-lə yoluxma riski olduqda yoluxma ehtimalını azaltmaq məqsədi ilə tətbiq edilən qısamüddətli antiretrovirus müalicəsi kursu;HİV kontakt riski yüksək olduğu hallarda HİV yoluxma ehtimalını azaltmaq məqsədilə istifadə olunan qısamüddətli antiretrovirus müalicə kursu (məsələn, cinsi zorakılıq halları, dəri və selikli qişaların zədələnməsi halları, professional fəaliyyət zamanı qan və ya digər insan bioloji materialları ilə açıq kontakt olan halları)
universal təhlükəsizlik standartları – tibbi və digər xidmətlərin göstərilməsi prosesində qanla və digər bioloji mayelərlə bilavasitə təmas zamanı HİV-ə yoluxmanın qarşısının alınması üzrə mütləq şərtləri müəyyən edən qaydalar;Universal ehtiyat tədbirləri – standart antiepidemik qaydalar olaraq səhiyyə sisteminin bütün yerlərində patogen agentlər, qan, insan toxuma və fizioloji mayelərlə kontakt riskinin azaldılması üçün tətbiq olunmalıdır
:Antiretrovirus müalicə – İİV-lə əlaqəli xəstəliyin proqressivləşməsinin qarşısı alınması və replikasiyaya təsir edilməsi məqsədilə spesifik dərman preparatların istifadəsi vasitəsilə aparılan müalicə;
əvəzedici terapiya (əvəzedici müalicə) - opioidlərdən qeyri tibbi məqsədlərlə istifadənin opioidlərdən asılı şəxslərin (inyeksion narkotik istifadəçilərinin) Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmiş əvəzedici opioid dərmanları ilə (qeyri-inyeksion üsullarla) müalicəsi.əvəz edilməsi
Palliativ yardım – ölümcül xəstəlik problemi ilə qarşılaşan ailə və onun üzvlərinin həyat keyfiyyətini yaxşılaşdırmağa imkan yaradan bir yardımdır ki, bu problemlərin erkən müəyyən edilməsi vasitəsilə onların qarşısı alınması və yüngülləşdirilməsi və müvafiq tibbi tədbirlərin həyata keçirilməsi (ağrı sindromu və və digər həyatı funksiyaların pozulması zamanı), o cümlədən psixososial və mənəvi dəstəyin təmin edilməsi aradan götürülməsi məsəslələri əhatə edir;
Maddə 2. HİV/AİDS-ə qarşı mübarizə üzrə İnsanın immunçatışmazlığı virusunun törətdiyi
xəstəliyin (HİV infeksiyasının) yayılmasının qarşısının
alınması haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi
İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (HİV infeksiyasının) yayılmasının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunundan, bu Qanundan və digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3 . HİV/AİDS ilə mübarizə üzrə tədbirlərin HİV infeksiyasının profilaktikası, diaqnostikası və
müalicəsinin əsas prinsipləri
HİV infeksiyasının profilaktikası, diaqnostikası, müalicəsi və HİV-lə yaşayan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir.
Maddə 4. HİV infeksiyasının yayılmasının qarşısının alınması sahəsində dövlət təminatları
HİV infeksiyasının profilaktikası sahəsində dövlət təminatı bu Qanunun, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının icrasının təşkil olunması ilə həyata keçirilir.
HİV infeksiyasının yayılmasının qarşısının alınması sahəsində dövlət təminatları aşağıdakılardan ibarətdir:
HİV infeksiyasının profilaktikası üzrə Milli Strategiyanın və Dövlət proqramının qəbul edilməsi və tam şəkildə həyata keçirilməsi;
əhali arasında, xüsusilə yüksək riskli əhali qrupları arasında HİV infeksiyasının səmərəli profilaktikası üzrə kompleks tədbirlərin həyata keçirilməsi;
əhalinin HİV infeksiyası və onun yayılmasının qarşısının alınması ilə bağlı hərtərəfli məlumatlandırılması;
HİV-ə tibbi müayinənin anonimliyinə və konfidensiallığına təminat verilməsi;
HİV-ə tibbi müayinə düvlət müəssisələrində pulsuz həyata keçirilir
HİV-ə tibbi müayinənin testdən əvvəl və testdən sonrakı psixososial məsləhətlərlə müşayiət olunması;
HİV-ə müayinənin məlumatlandırılmış razılıq əsasında aparılması
tibbi prosedurların, eləcə də diaqnostik, müalicəvi və elmi məqsədlərlə istifadə olunan qanın, qan komponentlərinin, digər bioloji mayelərin, orqan və toxumaların təhlükəsizliyinin təmin edilməsi;
HİV-in anadan uşağa ötürülməsinin profilaktikasının pulsuz təmin edilməsi;
HİV-lə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının dövlət tibb müəssisələrində tibbi yardımla (o cümlədən ixtisaslaşdırılmış tibbi yardımla) və dərman vasitələri ilə pulsuz təmin edilməsi;
HİV-lə yaşayan şəxslərin və HİV infeksiyası/AİDS-dən zərər çəkmiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müdafiəsi;
HİV-ə yoluxma riski olan tibb işçilərinin və digər mütəxəssislərin təhlükəsiz əmək şəraiti ilə və fərdi qoruyucu vasitələrlə təmin edilməsi;
HİV infeksiyası problemi üzrə mütəxəssislərin hazırlanması, tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün şəraitin yaradılması;
HİV infeksiyası problemi üzrə elmi tədqiqatların aparılması, o cümlədən ölkədə HİV infeksiyasının profilaktikasının, diaqnostikasının və müalicəsinin müasir üsullarının tətbiq edilməsi;
HİV infeksiyası ilə bağlı məsələlərin həllinə yönəldilmiş ictimai və xeyriyyə fəaliyyətlərinə dəstək verilməsi;
HİV infeksiyası problemi üzrə beynəlxalq əməkdaşlığın inkişafına, beynəlxalq proqramlar çərçivəsində mütəmadi olaraq məlumatların və təcrübənin mübadiləsinə şərait yaradılması;
qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsi;
Tibbi göstəricilərə əsasən palliativ yardıma ehtiyacı olan AİDS xəstələrə pallaitv yardımın göstərilməsi..
Maddə 5. HİV infeksiyasının yayılmasının qarşısının alınması üzrə maarifləndirmə
Dövlət əhali arasında, xüsusi ilə yüksək riskli əhali qruplarının üzvləri arasında HIV infeksiyasının əsas xüsusiyyətləri, HİV-ə yoluxma və yoluxmadan qorunma yolları, HİV-lə yaşayan şəxslərə qarşı stiqmatizasiya və diskriminasiyanın yolverilməzliyi haqqında maarifləndirməni həyata keçirir.
Dövlət və ictimai teleradio yayımçıları HİV infeksiyasının profilaktikası barədə xəbərdaredici, maarifləndirici verilişlərin, filmlərin, sosial çarxların nümayişi üçün mövzuda verilişlər hazırlamalı və bu mövzulara ayda 1 saatdan 15 dəqiqədən az olmayan pulsuz efir vaxtı ayırmalıdır.
Maddə 6. HİV infeksiyasının profilaktikası üzrə tədbirlərin maliyyələşdirilməsi
HİV infeksiyasının profilaktikası üzrə tədbirlər dövlət büdcəsinin vəsaiti, qrantlar, məcburi tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilir.
Azərbaycan Respublikasının vətəndaşı olan HİV-lə yaşayan şəxslərə tibbi yardım dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə dövlət tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi yardım ödənişli əsaslarla həyata keçirilir.
II fəsil
HİV-lə yaşayan şəxslərin hüquqları və vəzifələri
Maddə 7. HİV-lə yaşayan şəxslərin hüquqları
HİV-lə yaşayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş insan və vətəndaş hüquqlarına və azadlıqlarına malikdirlər.
HİV-lə yaşayan və HİV infeksiyası/AİDS-dən zərər çəkmiş şəxslərin HİV-ə yoluxması səbəbinə görə hüquqlarının hər hansı formada məhdudlaşdırılmasına və onlara qarşı stiqmatizasiyaya və diskriminasiyaya yol verilmir.
HİV-lə yaşayan şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına müstəsna hallarda digər şəxslərin hüquq və azadlıqlarını qorumaq, onların HİV infeksiyasına yoluxmasının qarşısını almaq məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilə bilər.
HİV-lə yaşayan şəxslər aşağıdakı hüquqlara malikdirlər:
xəstəliklə əlaqədar stiqmatizasiyaya və diskriminasiyaya yol verilməməsi və onlara humanist münasibət bəslənilməsi;
HİV-ə müayinə və onun nəticələri, habelə tətbiq edilən tibbi nəzarət və müalicə üsulları haqqında məlumat əldə etmək;
tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq;
HİV-in yayılmasının qarşısının alınması üçün universal təhlükəsiz davranış qaydalarına yiyələnmək;
qoruyucu vasitələr ilə pulsuz təmin olunmaq;
nigkaha daxil olmaq, digər reproduktiv hüquqlarını həyata keçirmək;
HİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, əmək fəaliyyəti ilə məşğul olmaq.
HİV-lə yaşayan şəxslərin elmi tədqiqat işlərinə və ya təhsil prosesinə, HİV müsbət statusunu açıqlayan foto-video və ya kino çəkilişlərinə cəlb edilməsi yalnız onların özünün və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə aparıla bilər.
HİV/AİDS-lə yaşayan şəxsin hər hansı bir xəstəliyin müalicəsindən sənədləşdirilmiş imtina etmək üçün məlumatlandırılmış qərarı qəbul etmək hüququ var .
Maddə 8. HİV-lə yaşayan şəxslərin əmək hüquqları
HİV-lə yaşayan şəxsləri HİV infeksiyasına yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır.
HİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, işaxtaranın və ya işçinin işə qəbul, irəli çəkilmə məqsədilə və ya digər səbəbdən HİV-ə tibbi müayinədən keçirilməsinə yol verilmir. HİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
İşəgötürən işçinin HİV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.
HİV-lə yaşayan şəxslərin xəstəliyin mərhələsindən asılı olaraq ixtisaslarını dəyişdirmək və ya yeni peşə öyrənmək hüququ vardır. Müvafiq icra hakimiyyəti orqanı HİV-lə yaşayan şəxslərin ixtisaslarını dəyişdirməsi və ya yeni peşə öyrənməsi üçün zəruri tədbirlər həyata keçirir.
İşəgötürən HİV-lə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraiti yarada bilər. Buraya iş vaxtının dəyişdirilməsi, xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi daxil edilə bilər.
Səhiyyə işçiləri infeksiya yoluxmasının qarşısı alınması üçün təhlükəsizliyin universal qaydalarına lazımi formada yiyələnməlidirlər, o cümlədən müvafiq müdaxilələrin aparılması üçün müəyyən vasitələrə malik olmalıdırlar1.
Maddə 9. Təhsil və sosial xidmət müəssisələrində stiqmatizasiya və diskriminasiyanın qadağan edilməsi
HİV infeksiyasına yoluxması səbəbinə görə şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər hansı formada məhdudlaşdırılması, o cümlədən onların təhsil müəssisələrinə qəbulundan imtina olunması və ya onların istənilən tədbirlərdə, o cümlədən idman tədbirlərində iştirakına məhdudiyyətlər qoyulması, eləcə də təhsil müəssisəsindən xaric edilməsi qadağandır.
Təhsil müəssisələrinin rəhbərliyi uşaqların, şagirdlərin, tələbələrin və ya onların valideynlərinin və ya yaxın qohumlarının HİV-ə yoluxması barədə məlumata malik olduqda bu məlumatları məxfi saxlamalıdırlar. Bununla bağlı sorğuların verilməsi və araşdırmaların aparılması qadağandır.
Stasionar müalicə müəssisələrində olan və ya ambulator qaydada və ev şəraitində müalicə olunan evdə qalan HİV-lə yaşayan şəxslər müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada təhsil almaq hüququna malikdirlər.
HİV-lə yaşayan şəxslərin HİV infeksiyasına yoluxması səbəbinə görə dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və onlara sosial xidmət göstərilməsindən imtina edilməsinə yol verilmir.
Maddə 10. HİV-lə yaşayan şəxslərin vəzifələri
HİV-lə yaşayan şəxslər:
HİV infeksiyasının başqa şəxslərə yoluxmasına yol verməmək üçün məsuliyyətli və təhlükəsiz davranış göstərməli;
təhlükəsiz davranış üçün müəyyən olunmuş sanitariya-gigiyena tələblərinə əməl etməli;
daimi yaşayış yerini dəyişdikdə bu barədə 10 gün müddətində HİV infeksiyasının profilaktikası üzrə ixtsaslaşdırılmış tibb müəssisəsinə məlumat verməli;
nikaha daxil olarkən bu barədə digər tərəfi məlumatlandırmalıdır.
HİV-ə yoluxduğunu bilən və başqa şəxsi (şəxsləri) bilərəkdən HİV infeksiyasına yoluxma təhlükəsi qarşısında qoyan şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır.
Yoluxmada təqsiri təsdiq edilmiş kar şəxs HİV-ə yoluxdurduğu şəxsə qanunvericiliklə müəyyən olunmuş qaydada vurulmuş ziyanı ödəyir.
III fəsil
HIV-ə tibbi müayinə, HİV/AİDS-lə
yaşayan şəxslərə tibbi nəzarət
Maddə 11. HİV-ə tibbi müayinənin aparılmasının ümumi qaydaları
HİV-ə tibbi müayinə mülkiyyət növündən asılı olmayaraq istənilən tibb müəssisəsində (özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrin qanunvericilikdə müəyyən edilmiş qaydada bu fəaliyyətlə məşğul olmaq hüququ olduqda) aparıla bilər.
Zəruri şəraiti, müvafiq tibbi avadanlığı olmayan tibb müəssisələri tərəfindən HİV-ə tibbi müayinənin aparılmasına yol verilmir.
HİV-ə təsdiqedici müayinə HİV infeksiyasının diaqnostikası üzrə referens laboratoriyası olan tibb müəssisələri tərəfindən pulsuz həyata keçirilir.
HİV-ə məcburi tibbi müayinə halları istisna olmaqla, HİV-ə tibbi müayinə şəxsin özü müraciət etdikdəkönüllü şəkildə kondidensiallıq. məlumatlandırılmış razılıq və müayinə olunan şəxs tərəfindən istənilərsə anonimlik prinsipləri gözlənilməklə həyata keçirilir. HİV-ə tibbi müayinə şəxsə fiziki, psixoloji və mənəvi təsir təzyiq göstərməklə aparıla bilməz.
Müayinə olunan şəxs məcburi müayinə halları istisna olmaqla, istənilən mərhələdə HİV-ə tibbi müayinədən imtina etmək hüququna malikdir.
Yetkinlik yaşına çatmayanların və qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin HİV-ə tibbi müayinəsi və müalicəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı (müraciəti) ilə aparılır. Yetkinlik yaşına çatmayan şəxsin HİV-ə tibbi müayinəsi və müalicəsi zəruri hesab edildikdə və uşağın maraqlarının qorunması tələb etdikdə, lakin valideynin və ya digər qanuni nümayəndənin razılığını almaq mümkün olmadığı təqdirdə bu müayinə və müalicə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə aparıla bilər. Mübahisə yarandığı halda, buna dair qərarı məhkəmə verir.
HİV-ə tibbi müayinə həyati göstərişlər əsasında təxirəsalınmaz hesab edildikdə və ya xəstə vəziyyəti ilə əlaqədar öz qərarını bildirmək iqtidarında olmadıqda müayinənin aparılması konsilium tərəfindən həll olunur.
HİV-ə tibbi müayinə testdən əvvəl və testdən sonrakı psixososial məsləhətləşmə, konfidensiallıq, məlumatlandırılmış razılıq və, müayinə olunan şəxs tərəfindən istənilərsə, anonimlik prinsipləri gözlənilməklə ilə müşayiət olunmalıdırur. Yetkinlik yaşına çatmayanlarla psixososial məsləhətləşmə psixoloqun, valideynlərin və ya digər qanuni nümayəndələrin iştirakı ilə aparılır. HİV-ə tibbi müayinə zamanı psixososial məsləhətləşmənin aparılması qaydası bu Qanunun tələbləri və şəxsin fərdi xüsusiyyətləri nəzərə alınmaqla təyin olunur.
Müayinəni aparan tibb müəssisəsi tərəfindən şəxsin tələbi ilə ona HİV-ə müayinənin nəticələri haqqında məlumat tibbi arayış verilir. HİV-ə müsbət daiqanoz nəticə haqqında arayış yalnız müayinə edilmiş şəxsin öüzünə və onun qanuni nümayəndəsinə təsdiqedici müayinə əsasında referens laboratoriya ni aparan tibb müəssisəsi tərəfindən verilə bilərir.
Xarici ölkələrə gedən şəxsə, lazım gəldikdə, HIV-ə tibbi müayinə olunması barədə arayışı (sertifikatı) yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi tibb müəssisələri verirlər.
Şəxsə HIV-lə yoluxduğunu tibbi müayinə aparmış müəssisənin məsul işçisi bildirir. HİV infeksiyasına yoluxduğu müəyyən edilmiş şəxsə tibbi müəssisəsi tərəfindən universal təhlükəsizli qaydaları izah edilir, xəstəliyin yayılmasının qarşısının alınması qaydalarına (ehtiyat tədbirlərinə) riayət etmək tapşırılır, hüquqi və sosial təminatlar izah olunur və yoluxdurma təhlükəsi yaratmağa və ya qəsdən başqasını yoluxdurmağa görə cinayət məsuliyyəti daşıdığı haqqında yazılı xəbərdarlıq edilir. HİV-ə yoluxmuş şəxs əgər 16 yaşına çatmışdırsa xəbərdar edilməsini yazılı surətdə təsdiq edir və imzalayır.
16 yaşadək uşaqların, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərin HIV-ə yoluxmaları barədə onların valideynlərinə və ya qanuni nümayəndələrinə məlumat verilir.
HİV-ə tibbi müayinə və onun nəticələri haqqında məlumatlar konfidensial saxlanılır və qanunvericiliklə müəyyən olunmuş qaydada qorunur. Şəxsin HİV-ə yoluxması haqqında məlumat qanunla qorunan peşə sirridir.
HİV-ə tibbi müayinənin aparılması, HİV-lə yaşayan şəxslərin qeydiyyatı və onlara tibbi nəzarət qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
Maddə 12. HİV-ə tibbi müayinənin növləri
Azərbaycan Respublikasında HİV-ə tibbi müayinənin aşağıdakı növləri müəyyən olunur:
könüllü tibbi müayinə;
mütləq tibbi müayinə;
məcburi tibbi müayinə.
Könüllü və mütləq tibbi müayinə HİV-ə tibbi müayinə olunan şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə keçirilir.
Maddə 13. HİV-ə könüllü tibbi müayinə
Hər bir şəxs könüllü surətdə HIV-ə tibbi müayinədən keçə bilər.
Şəxsin hər hansı bir formada gizli surətdə (məlumatlandırılmadan) HİV-ə tibbi müayinəsinin aparılması qadağandır.
Tibb müəssisələrinin işçiləri yüksək riskli əhali qruplarına aid olan şəxslərin, hamilə qadınların və HİV-ə müayinəsi məqsədəuyğun hesab edilən digər şəxslərin HİV-ə müayinəyə cəlb edilməsi üçün təşəbbüs göstərməlidirlər.
Maddə 14. HİV-ə mütləq tibbi müayinə
Qan, digər bioloji mayelər, orqan və toxumaların donorları HİV-ə mütləq müayinə olunmalıdırlar. HIV-ə tibbi müayinədən imtina edən şəxslər donor ola bilməzlər.
Müvafiq icra orqanı tərəfindən tərtib olunmuş HİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr siyahısına əsasən İşçilər HİV-lə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr üzrə işə qəbul edilərkən mütləq HİV-ə tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı HİV-ə tibbi müayinədən keçməlidirlər. Tibbi müayinədən imtina əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi nəticələrə səbəb olur.
Maddə 15. HİV-ə məcburi tibbi müayinə
HİV-ə məcburi tibbi müayinə şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan həyata keçirilir.
Başqa şəxsləri HİV-ə yoluxdurma təhlükəsi yaradan və ya qəsdən yoluxduran şəxs tibbi müayinəyə razılıq vermədikdə, HİV-ə tibbi müayinə qanunvericilikdə müəyyən olunmuş qaydada məhkəmənin qərarı ilə məcburi şəkildə aparılır.
Maddə 16. HİV-ə tibbi müayinənin nəticələri barədə məlumatın
verilməsi qaydası
Bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla HİV-ə tibbi müayinənin nəticələri məxfi konfidensial saxlanılır.
HİV-ə tibbi müayinənin nəticələri konfidensiallıq, testdən sonrakı məsləhətləşmə şərtlərinə əməl edilməklə verilir.
HİV-ə tibbi müayinənin nəticələri barədə məlumat aşağıdakı şəxslərə şəxsiyyəti təsdiq edən sənəd təqdim olunduqda verilir:
müayinə olunan şəxsə;
müayinə olunan yetkinlik yaşına çatmamış şəxsdirsə onun valideynlərinə və ya qəyyumlarına;
fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni nümayəndəsinə;
məcburi tibbi müayinə haqqında qərar qəbul etmiş hakimə.
Maddə 17. HİV-lə yaşayan şəxslərin qeydiyyatı və onlara tibbi nəzarət
HİV-lə yaşayan şəxslərin qeydiyyatının məqsədi onların sağlamlıq vəziyyəti, səhhətlərində baş verən ağırlaşmalar, ölüm halları barədə məlumat bazası yaratmaq və müalicə-profilaktika tədbirlərinin səmərəliliyini artırmaq, barədə məlumat bazası yaratmaq, bu şəxslərə tibbi nəzarəti həyata keçirmək və HİVAİDS-in yayılmasının qarşısının alınmasına nail olmaqdır. HİV-lə yaşayan şəxslərin qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada HİV infeksiyasının profilaktikası üzrə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsi tərəfindən həyata keçirilir.
HİV-lə yaşayan şəxslərin qeydiyyatı şəxsi və ailə həyatı sirrinin, eləcə də HİV müsbət statusu haqqında məlumatın konfidensiallığının qorunması prinsiplərinə mütləq şəkildə riayət edilməklə həyata keçirilir.
HİV-ə yoluxmuş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi nəzarətə götürülürlər.
Tibb müəssisələri öz xidmətləri tərəfindən qeydə alınmış HİV-ə yoluxma və AİDS-lə əlaqədar ölüm halları barədə HİV infeksiyasının profilaktikası üzrə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsinə konfidensial şəkildə bildiriş (məlumat) verməlidirlər.
Maddə 18. HİV-lə yaşayan şəxslərə göstərilən tibbi yardım
Dövlət HİV-lə yaşayan hər bir şəxsi HİV infeksiyasının profilaktikası, müalicəsi, HİV-lə yaşayan şəxslərə qulluq və dəstəyin göstərilməsi üzrə mümkün olan yardım tədbirləri ilə təmin edir.
HİV-lə yaşayan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına göstərilən tibbi yardımın həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Zorlanmaya və HİV-ə yoluxmaya təhlükə yaradan digər zorakılılığa məruz qalmış şəxslərə gecikdirilmədən və ödənişsiz postkontakt profilaktika tədbirləri və cinsi yolla keçən infeksiyaların müalicəsi üzrə xidmətlər və psixoloji dəstək göstərilir.
HİV-lə yaşayan şəxslərə tibbi yardım üzrə milli protokollar müvafiq icra hakimiyyəti orqanı tərəfindən işlənib hazırlanır və təsdiq edilir.
Maddə 19. HİV-in anadan uşağa ötürülməsinin profilaktikası
HİV-in anadan uşağa ötürülməsinin profilaktikası – hamiləlik dövründə, doğuş və qidalandırma zamanı HİV-in anadan uşağa keçməsinin qarşısının alınmasına yönəldilmiş kompleks profilaktik tədbirlərin həyata keçirilməsidir.
HİV-lə yaşayan şəxslərin HİV infeksiyası və cinsi yolla keçən infeksiyaların profilaktikasına dair məlumatlar əldə etmək, doğuşla bağlı məsələlərdə könüllü qərarlar qəbul edə bilmələri üçün məsləhətlər almaq hüququ vardır.
Tibb müəssisəsi HİV infeksiyası/AİDS-lə yaşayan hamilə qadınlara yeni doğulmuş uşaqları ana südünün əvəzediciləri ilə qidalandırmanın zəruriliyi barədə elmi cəhətdən təsdiq olunmuş məlumatlarla təmin etməlidir.
HİV-lə yaşayan analardan doğulmuş bir yaşadək uşaqlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qida məhsulları ilə pulsuz təmin olunurlar.
IV fəsil
Yüksək riskli əhali qrupları arasında HİV infeksiyasının profilaktikası
Maddə 20. Gənclər arasında HİV infeksiyasının profilaktikası
Müvafiq icra hakimiyyəti orqanları yaşı 14-dən yuxarı gənclərin, o cümlədənhəmçinin təhsil müəssisələrindən kənar olan və işləməyən gənclərin HİV infeksiyasının profilaktikası sahəsində məlumatlandırılmasına, onlara təhlükəsiz və məsuliyyətli davranış aşılanmasına yönəldilmiş tərbiyəvi proqramlar işləyib hazırlayır və həyata keçirir.
Təhsil müəssisələrində gənclər arasında HİV infeksiyasının, cinsi yolla keçən infeksiyaların profilaktikası və bu sahədə bilik səviyyəsinin artırılması üzrə tədris proqramları tətbiq edilir və ya tədris proqramlarına HİV infeksiyası/AİDS məsələləri üzrə bölmələr daxil edilir.
Təhsilin hər bir pilləsində HİV infeksiyasının profilaktikası üzrə tədrisin məzmunu, həcmi və metodologiyası yaşa uyğun, elmi cəhətdən dəqiq, dəlillərin göstərildiyi və insan hüquqlarına söykənən məlumatlara əsaslanır.
Maddə 21. Narkotik maddələrdən qeyri-tibbi məqsədlərlə istifadə edən və onlardan asılı olan manlıq xəstəliyinə düçar olan şəxslər arasında HİV infeksiyasının profilaktikasında əvəzedici müalicə
Narkotik maddələrdən qeyri-tibbi məqsədlərlə istifadə edən və onlardan asılı olan şəxslərNarkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının məqsədi HİV infeksiyası, B və C hepatitlərinin yayılmasının, HİV infeksiyasına yoluxmuş şəxslərin narkotiklərdən inyeksiya vasitəsilə on narkotik vasitələrindən istifadəsinin qarşısını almaqdır, bu şəxslərin sosial reabilitasiya və inteqrasiyasının təmin etmək və narkotiklərdən istifadənin kiminal fəsadlarını azaltmaqdır..
İnyeksion narkotik istifadəçiləri arasında HİV infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə müvafiq icra orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq könüllülük prinsipi əsasında zərərin azaldılması proqramlarının tərkib hissəsi kimi , o cümlədən əvəzedici müalicə proqramları tətbiq edilir. Narkotiklərdən asılılığa manlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
HİV-lə yaşayan şəxslərin əƏvəzedici müalicəsi üzrə milli protokollar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 22. Penitensiar müəssisələrdə HİV infeksiyasının
profilaktikası
Penitensiar müəssisələrdə saxlanılan və cəza çəkən HİV-lə yaşayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş insan və vətəndaş hüquqlarına və azadlıqlarına malikdirlər.
Müvafiq icra hakimiyyəti orqanı penitensiar müəssisələrdə saxlanılan və cəza çəkən HİV-lə yaşayan şəxslərin arasında HİV-in lə əlaqədar profilaktikasını, müalicəsini, onlara qulluq və dəstəyin göstərilməsini təmin edir.
Tibbi göstəricilərə əsasən məhbuslara HİV/AİDS-in müalicəsi , müayinəsi və qulluğunu təmin edir.
Müvafiq icra hakimiyyəti orqanı HİV infeksiyası/AİDS-in profilaktikası məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirir:
penitensiar müəssisələrdə xidmət keçən əməkdaşların və məhkumların HİV infeksiyasının səbəbi, yoluxma yolları, profilaktikası sahəsində məlumat almaq imkanının yaradılması və biliklərinin artırılması;
HİV infeksiyasının qarşısının alınması üçün tövsiyələrin hazırlanması və həyata keçirilməsi;
penitensiar müəssisələrdə beynəlxalq təcrübədə tətbiq edilən zərərin azaldılması proqramlarının tətbiqi. Penitensiar müəssisələrdə zərərin azaldılması proqramlarının tətbiqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirilir;
AİDS xəstəliyinin terminal mərhələsində olan şəxslər müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada cəzaçəkmə müəssisələrindən azad oluna bilərlər.
Maddə 23. Miqrantlar arasında HİV infeksiyasının profilaktikası
Müvafiq icra hakimiyyəti orqanları mütəmadi miqrasiya edən şəxslər arasında HİV infeksiyası/AİDS haqqında biliklər əldə etməyə yönəldilmiş profilaktik tədbirlər həyata keçirirlər, onlara məlumatlandırma xarakterli digər materiallar təqdim edirlər.
Maddə 24. HİV infeksiyasının profilaktikası üzrə zərərin
azaldılması proqramları
HİV infeksiyasının profilaktikası məqsədi ilə zərərin azaldılması proqramları tətbiq olunur. Buraya inyeksiya üçün steril ləvazimat ilə təminat, fərdi qoruyucu vasitələrlə təminat, əvəzedici müalicəyə cəlb etmə, HİV-in yayılması yolları və onun qarşısının alınmasının üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında məlumatlandırma, hüquqi və psixoloji yardım və reabilitasiya proqramları aid edilir.
Zərərin azaldılması proqramları tərbiyəvi, maarifləndirmə, məlumatlandırma, tibbi profilaktik, reabilitasiya və məsləhət xarakterli tədbirləri əhatə edir, qabaqlayıcı xarakter daşıyan üsulların əhali üçün əlçatanlığını təmin etməklə həyata keçirilir.
V fəsil
Tibbi prosedurların təhlükəsizliyinin təmin edilməsi
Maddə 25. Universal təhlükəsizlik standartlarının tətbiqi
HİV-ə yoluxmanın profilaktikası üzrə universal təhlükəsizlik standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Tibbi yardım, kosmetoloji və bərbərxana xidmətləri, eləcə də qanla və insan orqanizminin digər bioloji mayeləri ilə təması nəzərdə tutan digər xidmətlər göstərilərkən universal təhlükəsizlik standartlarına mütləq şəkildə riayət olunmalıdır. Bu xidmətləri göstərən hüquqi və fiziki şəxslər onların xidmətlərinin istehlakçılarının HİV infeksiyasına yoluxmasının qarşısını alınması üçün zəruri şəraiti yaratmalıdır. Müvafiq icra hakimiyyəti orqanı həmin xidmətləri göstərən şəxslərin fəaliyyətinin dövlət standartlarının tələblərinə uyğun olmasına nəzarət edir, bu tələblərə riayət etməyən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilirlər.
Maddə 26. Pasiyentlərin müdafiəsinin təmin edilməsi
Tibb müəssisələri aşağıdakı hallarda pasiyentlərin HİV-ə yoluxmasının qarşısını almaq üçün zəruri şərait yaratmalıdırlar:
qan, onun komponentləri, digər bioloji mayelər, orqan və toxumalar köçürüldükdə;
hər hansı laborator müayinələr aparıldıqda;
hər hansı tibb müdaxilələr, o cümlədən stomatoloji, ginekoloji, cərrahi və s. müdaxilələr aparıldıqda
hər hansı kosmetoloji proseduralar və manipulyasiyalar zamanı.
Maddə 27. Tibb işçilərinin müdafiəsinin təmin edilməsi
HİV infeksiyası üzrə diaqnostik tədqiqatları aparan, HİV-lə yaşayan insanlara tibbi yardım göstərən, eləcə də HİV-ə yoluxmuş insanların qanı və digər bioloji materialları ilə təmasda olan tibb işçiləri tibb müəssisəsi tərəfindən zəruri qoruyucu vasitələrlə pulsuz təmin edilir, onların mütəmadi olaraq HİV-ə tibbi müayinəsi təşkil edilir.
Tibb işçiləri öz xidməti vəzifələrini icra edərkən HİV-ə yoluxarlarsa, bu halda həmin xəstəlik peşə xəstəliyi hesab olunur.
Öz xidməti vəzifələrini yerinə yetirərkən HİV/AİDS-ə yoluxma riskinə görə tibb işçiləri müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət hesabına icbari sığorta olunurlar.
HİV-lə yaşayan şəxslərə tibbi, psixoloji, sosial yardım göstərən, HİV infeksiyasının laborator diaqnostikasını həyata keçirən, yoluxmuş materialları istifadə etməklə elmi tədqiqatlar aparan, diaqnostika üçün bioloji preparatların istehsalı ilə məşğul olan şəxslərə qanunvericiliklə müəyyən olunmuş qaydada əmək haqqına əlavələr müəyyən edilir və əlavə məzuniyyət verilir.
VI fəsil
Yekun müddəaları
Maddə 28. HİV-lə yaşayan və HİV infeksiyası/AİDS-dən zərər çəkmiş şəxslərin sosial müdafiəsi
Tibbi müdaxilələr və manipulyasiyalar zamanı, qan, onun komponentlərinin, orqanların transplantasiyası zamanı HİV-ə yoluxmuş şəxslərə vurulmuş ziyanın ödənilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən edilmiş qaydada həyata keçirilir.
Stasionar müəssisədə HIV-lə yaşayan 14 yaşınadək uşağı ilə birgə qalan işləyən valideynlərə (uşağa faktiki qayğı göstərən digər şəxslərə) əmək qanunvericililiyi ilə müəyyən edilmiş qaydada müvəqqəti əmək qabiliyyətini itirməyə görə müavinət ödənilir.
HİV-lə yaşayan şəxslərə əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilir.
HİV-lə yaşayan şəxslər qeydiyyatda olduqları tibb müəssisələrindən pulsuz kontraseptivlər və digər standart müdafiə vasitələri pulsuz əldə edə bilərlər.
Maddə 29. Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 30. Beynəlxalq əməkdaşlıq
HİV infeksiyası/AİDS-in profilaktikası sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilir.
Dostları ilə paylaş: |