Təlimatlar
İctimai
Tarix Səhifə
2013-03-19 1(2)
İndeks Versiya Status
T 15079-10 Uen 2.0 Təsdiq olunmuş
“TeliaSonera” Qrupu Təchizatçısının Davranış Kodeksi
“TeliaSonera” şirkəti işgüzar fəaliyyətini məsuliyyətli şəkildə həyata keçirməyə hədəfləmişdir. “TeliaSonera” BMT-nin İnsan Hüquqları haqqında Ümumi Deklarasiyası və Beynəlxalq Əmək Təşkilatının Əsas Konvesiyalarına hörmət və riayət etməkdədir. Biz, həmçinin, TeliaSoneranın imzalı üzv olduğu BMT-nin qlobal müqaviləsinin prinsiplərinə və Transmilli Şirkətlər üçün İƏİT Təlimatlarına riayət etməyi öhdəmizə götürmüşük. Bu normalar bizim Etika və Davranış Kodeksimizdə təfərrüatlı şəkildə təsvir edilmiş “TeliaSonera” davamlı inkişaf prinsiplərini formalaşdırmaqdadır (http://www.”TeliaSonera”.com/en/sustainability/).
“TeliaSonera” şirkətinin davamlı inkişafa istiqamətlənməsi tam dəyərlər zəncirini əhatə edir və biz təchizatçılarımızdan bizə bu öhdəliklərimizi həyata keçirməkdə dəstək olmalarını tələb edirik. Beləliklə, “TeliaSonera” şirkətinin təchizatçısı olaraq, sizdən hər hansı müvafiq milli hüquqi tələblərdən əlavə, aşağıda göstərildiyi kimi, “TeliaSonera” Təchizatçısının Davranış Kodeksinə riayət etməniz tələb olunur.
Bu tələblər “TeliaSonera” təchizatçıları üçün vacib olan minimal cavabdehlik səviyyəsini əks etdirir. Təchizatçı olaraq, sizə, həmçinin, tələbləri mümkün qədər yüksəltməniz tövsiyə olunur. “TeliaSonera” və fərdi təchizatçılar şəraitdən asılı olaraq aşağıdakı konkret tələblər haqqında müqavilə üzrə razılaşa bilərlər.
1. Ətraf-mühitə dair tələblər
Siz, “TeliaSonera” şirkətinin təchizatçısı qismində, aşağıdakılara riayət etməlisiniz:
-
qanunvericilikdə, ətraf-mühit icazə sənədlərində və digər qüvvədə olan qaydalarda müəyyən edilmiş ətraf-mühitə dair tələblərin hamısına riayət etmək; və
-
ətraf-mühitə təsirinizin sistemli şəkildə azaldılmasına nail olmaq məqsədilə ətraf-mühit problemləri və təsirlərinin idarə edilməsi üçün icra yerində ümumi qabaqcıl təcrübələri tətbiq edə biləcək sistemə malik olmaq.
Sizdən, “TeliaSonera” şirkətinə məhsul təchizatı ilə məşğul olan şəxs qismində, aşağıdakılar da tələb olunur:
-
məhsulların planlaşdırılması, o cümlədən qablaşdırma məsələlərində ekoloji səmərəlilik, enerji səmərəliliyi və istifadə məsələlərini nəzərə almaq;
-
məhsullarınızın və onların tərkibinə daxil olan materialların bərpası, yenidən istifadəsi və emalını təşkil etmək;
-
“TeliaSonera” şirkətinə ətraf-mühitə təsiri azaltmaqda yardım etmək; və
-
“TeliaSonera” şirkətinin Qara siyahısına daxil edilmiş təhlükəli maddələrin hər hansı birindən istifadə etməkdən çəkinmək; və “TeliaSonera” şirkətinin Boz siyahısına daxil edilmiş maddələrdən istifadə etməkdən çəkinməyə çalışmaq.
2. Sosial cavabdehlik tələbləri
2.1 İşgüzar fəaliyyətin aparılması üçün etik tələblər
“TeliaSonera” korrupsiyaya qarşı mübarizə mövqeyindədir və təchizatçılarından da eyni mövqeyə malik olmalarını gözləyir.
İşgüzar münasibətlər çərçivəsində hədiyyələrin verilməsi və qəbul edilməsi maraqların münaqişəsinə səbəb ola bilər. Hədiyyə və iltifatlar yalnız marketinq məlumatlılığının artırılması və xoş məramların yaradılması üçün istifadə edilə bilər; onlar işgüzar qərarlara təsir etmək üçün istifadə edilməməlidir. Onlar insanların mühakimələrinə hədsiz təsirin edilməsinə və ya borcluluq hissinin yaradılmasına xidmət etməməlidir. Bu cür hədiyyələr “TeliaSonera” şirkəti və ya təchizatçılarımız üçün işləyən şəxslər tərəfindən qəbul edilməməli və verilməməlidir. Beləliklə, siz, “TeliaSonera” şirkətinin təchizatçısı olaraq, aşağıdakı tövsiyələrə riayət etməlisiniz:
Təlimatlar
İctimai
Tarix Səhifə
2013-03-19 1(2)
İndeks Versiya Status
T 15079-10 Uen 2.0 Təsdiq olunmuş
-
“TeliaSonera” şirkətinin işçiləri təchizatçılardan yalnız məhdud dəyərə malik hədiyyələr qəbul edə bilərlər. Nağd pul, bahalı hədiyyələr, himayədarlıq, şəxsi güzəştlər kimi istənilən şəkildə yanlış və qeyri-etik olan mükafatlar qadağan edilmişdir.
-
Təchizatçılar “TeliaSonera” şirkətinin işçilərinin ailələrinin əyləncə xərclərini qarşılamamalıdır.
-
“TeliaSonera” şirkətinin işçiləri təchizatçılarla görüşə gəldikdə və ya sərgi, yaxud konfranslarda iştirak etdikdə, onların səyahət və yaşayış xərcləri “TeliaSonera” şirkəti tərəfindən ödənilməlidir.
-
“TeliaSonera” şirkətinin işçiləri təchizatçıların məhsul və ya xidmətlərinin reklam edilməsi üçün hazırlanmış hər hansı reklam və ya materialda iştirak edə bilməz.
-
Təchizatçıların təchiz etdiyi materiallar və ya təşkil etdiyi tədbirlər yüksək zövqə müvafiq olmalı və iştirak edən şəxslərdən heç biri üçün gender, irq, etnik mənsubiyyət, əlillik və ya digər oxşar xüsusiyyətlər baxımından təhqiramiz olmamalıdır.
2.2 Əməyin gigiyenası və təhlükəsizliyi tələblər
“TeliaSonera” şirkətinin təchizatçısı olaraq, siz bütün qüvvədə olan hüquqi əməyin gigiyenası və təhlükəsizliyi tələblərinə riayət etməlisiniz. Əgər siz “TeliaSonera” şirkətinin cavabdehliyi ərazisində (misal üçün, bizim ərazimizdə və ya tikinti sahələrimizdə) fəaliyyət göstərirsinizsə, əlavə olaraq aşağıdakılara əməl etməlisiniz:
-
əməyin gigiyenası və təhlükəsizliyi üzrə cavabdehliyi təşkilatınız daxilində bölüşdürmək;
-
bütün işçilərin əldə edə biləcəyi əməyin gigiyenası və təhlükəsizliyi üzrə yazılı təlimatlar hazırlamaq;
-
fəaliyyətiniz zamanı baş vermiş bütün qəza hadisələrini sənədləşdirmək və “TeliaSonera” şirkətinə gecikdirmədən məlumat vermək; və
-
icra yerində risk dəyərləndirmələrini həyata keçirmək.
2.3 İşçilərin əsas hüquqları üzrə tələblər
“TeliaSonera” şirkətinin təchizatçısı olaraq siz aşağıdakılara riayət etməlisiniz:
-
işçilərinizin əmək birliklərinə və kollektiv müqavilələrə qoşulmaq azadlığının olmasını təmin etmək;
-
bütün işçilərə ən azı yerli qanunvericiliklə və qüvvədə olan kollektiv razılaşmalarla müəyyən edilmiş minimal əmək haqqını ödəmək;
-
Beynəlxalq Əmək Təşkilatının müvafiq konvensiyasında, milli qanunvericilikdə və qüvvədə olan kollektiv müqavilədə müəyyən edilmiş iş saatları haqqında qaydalara riayət etmək;
-
işçilərin hər hansı birinə münasibətdə diskriminasiyaya yol verməmək;
-
fəaliyətinizdə məcburi əməyin hər hansı formasından istifadə etməmək; və
-
Beynəlxalq Əmək Təşkilatının uşaq əməyi haqqında 138 saylı konvensiyasında və milli qanunvericilikdə müəyyən edilmiş yaşdan aşağı işçiləri işlətməmək.
3. Öhdəliklərin icra edilməsi
Siz “TeliaSonera” Qrupu Təchizatçısının Davranış Kodeksini qəbul etməklə, “TeliaSonera” şirkətinə sizin bu tələblərini yerinə yetirmənizi yoxlamaq və təftiş etmək hüququ verirsiniz.
Siz bu tələblərin hər hansı şəkildə pozuntusundan şübhələnirsinizsə, “TeliaSonera” şirkətinə gecikdirmədən məlumat verməlisiniz.
Siz bu tələblərin məzmunundan öz subpodratçılarınızla müqavilə bağlayarkən də istifadə etməlisiniz.
Təchizatçı tərəfindən bu tələblərin hər hansı şəkildə pozulması, “TeliaSonera” şirkətinə müvafiq razılaşmaya təcili surətdə xitam vermək hüququ verir.
Dostları ilə paylaş: |