İnteraktiV ƏDƏBİyyat xəRİTƏSİ



Yüklə 4,4 Kb.
tarix28.05.2018
ölçüsü4,4 Kb.
#51943
növüYazı

“İNTERAKTİV ƏDƏBİYYAT XƏRİTƏSİ”

Əvvəlcə bütün iştirakçıları salamlayırıq.Müsabiqəyə iş təqdim edən hər bir iştirakçıya uğurlar arzulayırıq!Biz,Beyləqan rayonu,İ.Qurbanov adına II Aşıqlı kənd tam orta məktəbin X sinif şagirdləri-Əmirquliyeva Lalə,Əhmədzadə Səma və Abbaszadə Aynurə bu resursu Azərbaycan ədəbiyyatına marağı olan həmkarlarımız,eləcə də hər bir kəsin istifadəsi üçün hazırlamışıq. Düşünürük ki,Azərbaycan yazılı ədəbiyyatının nümayəndələrinin doğulub,boya-başa çatdığı yerlər,onların keşməkeşli həyat yolu və yaradıcılıq fəaliyyətləri haqqında müxtəlif mənbələrdə olan ayrı-ayrı məlumatları vahid bir interaktiv məlumat bazasında toplamaqla sizlərin çox rahat və əyləncəli öyrənməyinizə öz töhfəmizi vermiş olacağıq.Resursun ərsəyə gəlməsində 500-dən artıq slayddan istifadə olunub.Burada haqqında internet mənbələrdə (əsasən www.azwikipedia.org saytında) məlumatlar olan 300-dən çox azərbaycanlı şair və yazıçı haqqında məlumat vermişik.Resursun interaktivliyi bundadır ki,biz Azərbaycanın fiziki xəritəsində şəhər və rayonlarımızı yerləşdirmiş,bu şəhər və rayonları MS Power Point proqramının hiperkeçid imkanlarından istifadə etməklə ədiblərimizin həyat və yaradıcılığı haqqında məlumat yerləşdirdiyimiz slaydlarla əlaqələndirmişik.Siz bu şəhər və rayonların üzərində siçanın sol düyməsini vurmaqla həmin məkanlarda dünyaya göz açan ədiblərimiz haqqında ətraflı məlumatlarla tanış ola biləcəksiniz.İnanırıq ki,”İnteraktiv ədəbiyyat xəritəsi” ədiblərimiz,onların doğulub,boya-başa çatdığı yerlər,həyat və yaradıcılıqları haqqında daha çox məlumat əldə etməyiniz üçün sizə faydalı olacaqdır.
Yüklə 4,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin