International observers mission of the parliamentary assembly of turkic-speaking countries presidential Elections, Republic of Azerbaijan – 9 October, 2013



Yüklə 21,06 Kb.
tarix25.10.2017
ölçüsü21,06 Kb.
#12465




TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ

BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR MİSSİYASI

Azərbaycan Respublikası, Prezident seçkiləri – 9 oktyabr, 2013
RƏY
TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası 9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərinin qısamüddətli monitorinqini həyata keçirmişdir.
Azərbaycanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən bu seçkilər üçün əsas qanun Konstitusiya (1995-ci il, sonuncu dəyişikliklər 2009-cu ildə əlavə edilmişdir) və Seçki Məcəlləsindən (2003-ci il, sonuncu dəyişikliklər 2013-cü ildə əlavə edilmişdir) ibarətdir. Hüquqi çərçivəyə, həmçinin sərbəst toplaşmaq azadlığı haqqında qanun (2008), Televiziya və Radio yayımları haqqında qanun, Mülki Prosessual Məcəllə, Cinayət Məcəlləsinin müvafiq müddəaları, İnzibati Xətalar Məcəlləsi, o cümlədən, Mərkəzi Seki Komissiyasının (MSK) əsasnamələri daxildir.
Səsvermə 08:00-dan 19:00-a qədər davam etmişdir. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən səsvermədə iştirak təxminən 72.3% təşkil etmişdir.

Səfər çərçivəsində missiyanın üzvlərinin Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov, Mərkəzi Seçki Komissiyasının Sədri cənab Məzahir Pənahovla görüşləri keçirilmişdir. Bu görüşlər ərzində müşahidəçilərə Azərbaycanda Prezident seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər və seçki prosedurunda irəliləyişlər barədə ətraflı məlumat verilmişdir.


Mərkəzi Seçki Komissiyası və yerli seçki komissiyaları bütün Azərbaycan vətəndaşlarına öz iradələrini sərbəst və maneəsiz şəkildə ifadə edərək konstitusiya ilə müəyyən olunmuş seçmək və seçilmək hüquqlarından istifadə etməyə şərait yaratmaq üçün böyük səy göstərmişdir. TÜRKPA Müşahidəçilər Missiyası MSK-nın seçki prosesini texniki cəhətdən yaxşı təşkil edildiyini bildirmişdir. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış səsvermə prosedurları məzmunlu videoçarxlar ölkə telekanallarının efirində mütəmadi olaraq yayımlanmışdır. Səsvermənin yeri və vaxtı barədə bildirişlər hazırlanaraq seçicilərə çatdırılmışdır. Səsvermə günü ilə bağlı müxtəlif məzmunlu plakatlar hazırlanaraq əhalinin sıx olduğu yerlərdə asılmışdır.
Bütövlükdə seçki prosesinin yerli və beynəlxalq səviyyədə izlənilməsi Seçki Məcəlləsində öz əksini tapmışdır. 40 mindən çox müşahidəçi, o cümlədən 1300-ə yaxın beynəlxalq müşahidəçi seçkiləri müşahidə etmək üçün qeydiyyatdan keçmişdir. TÜRKPA müşahidəçiləri bəzi anlaşılmayan məsələlər barədə MSK-ya müraciət etmişlər.
Bizə verilən məlumata əsasən, seçkiqabağı mətbuatda müxtəlif siyasi fikirlər işıqlandırılmışdır. Prezidentliyə namizədlər tərəfindən seçki kampaniyası beynəlxalq tələblərə uyğun şəkildə həyata keçirilmişdir.

Müşahidəçilər Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2005-ci ildə təsdiq edilmiş Beynəlxalq Müşahidəçilər üçün Davranış Kodeksində və digər beynəlxalq hüquqi sənədlərdə əksini tapan prinsiplərin pozulması və ya yayınma hallarını qeydə almamışdır.


Ümumilikdə, Seçki günü dinc və münaqişəsiz şəraitdə keçmişdir. Seçki günü TÜRKPA müşahidəçiləri müxtəlif seçki məntəqələrini ziyarət etmiş və səsvermənin bütün mərhələlərini izləmək imkanı əldə etmişlər. Onlar seçki məntəqələrinin sənədləri ilə tanış olmuş, seçicilərlə, o cümlədən, namizədlərin nümayəndələri ilə söhbət etmişlər.
TÜRKPA Müşahidəçilər Missiyası seçki prosesini Bakının Yasamal, Səbail, və Nəsimi rayonlarında izləmişlər.
Prezident seçkilərində 10 namizəd iştirak etmişdir, onlardan birinin müstəqil, birinin namizədliyinin aparıcı müxalifət partiyalarının birgə təşəbbüs qrupu tərəfindən irəli sürülməsi, səkkizinin isə müxtəlif siyasi partiyaları təmsil etməsi rəqabəti təmin etmiş və lazımi seçki mühiti formalaşdırmışdır. MSK hər namizəd üçün Televiziya və radio vasitəsilə pulsuz efir vaxtı ayırmışdır.
Bəzi texniki çatışmazlıqlar istisna hallar kimi xarakterizə oluna bilər və ümumilikdə seçki prosesinə böyük təsir edə bilməz.
Müşahidəçilər seçki məntəqələrində səsvermə prosesinin yerli və beynəlxalq hüquqi normalara müvafiq olaraq dinc şəraitdə keçdiyini qeyd etmişlər.
TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası seçkiqabağı və seçki prosesinin idarə olunmasında irəliləyişlərin olduğunu qeyd etmişlər.
9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkiləri ümumilikdə beynəlxalq seçki standartlarına uyğun şəkildə həyata keçirilmişdir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının

Beynəlxalq Müşahidəçilər Missiyasının Rəhbəri, Haluk

Türkiyə Respublikası Parlamentinin üzvü İPEK
Qazaxıstan Respublikasının adından:
Qazaxıstan Respublikası Parlamentinin üzvü Ussengeldi

MEDEUOV


Qırğızıstan Respublikasının adından:
Qırğızıstan Respublikası Parlamentinin üzvü Karamat

OROZOVA


Türkiyə Respublikasının adından:
Türkiyə Respublikası Parlamentinin üzvü Kadir Gökmen

ÖĞÜT


Türkiyə Respublikası Parlamentinin üzvü Atila

KAYA
TÜRKPA-nın əlaqələndiricisi, Türkiyə Respublikası Serhat Bülent



Parlamentinin Xarici Əlaqələr və Protokol Şöbəsi ERTEN

TÜRKPA Katibliyi adından:
TÜRKPA Baş katib Jandos ASANOV

10 oktyabr 2013, Bakı.


Yüklə 21,06 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin