İnternet və İnformasiya təhlükəsizliyi



Yüklə 26.61 Kb.
tarix29.06.2018
ölçüsü26.61 Kb.

                                    İnternet ve İnformasiya tehlükesizliyi

 

   Artıq XXI esrin astanasında, informasiya texnologiyaları cemiyyetin bütün  sahelerine nüfuz etdiyi bir dövrde, milli tehlükesizlik meselesi daha çox informasiya tehlükesizliyinin ne cür temin olunmasından  asılıdır. Tam yeqinlikle demek olar ki, XXI esrde cemiyyetin ve dövletin, elece de her bir şexsin informasiya tehlükesizliyinin temin olunması en ciddi probleme çevrilecek. Son dövrlerde Azerbaycnın ictimai-siyasi ve sosial-iqtisadi sahelerinde baş veren prosesler ölkenin beynelxalq telekommunikasiya şebekelerine inteqrasiyasına sebeb olmuşdur. Beynelxalq İnformasiya şebekesi olan İnternet Azerbaycanda cemiyyetin ve idareetmenin müxtelif sahelerine nüfuz etmekdedir. Artıq xeyli miqdarda dövlet teşkilatları, maliyye-kredit strukturları, ölkede yerleşen xarici qurumların böyük ekseriyyeti elece de ferdi şexsler İnternet şebekesine qoşularaq informasiya mübadilesi proseslerinin terkib hissesine çevrilibler. Yeni telekommunikasiya şebekelerine daxil olmaq Azerbaycan üçün yeni imkanlar açır, neheng elmi-texniki, ictimai-siyasi informasiya bazalarına giriş elde olunur, yeni elaqeler formalaşmasına sebeb olur. Ve şeksizdir ki, Azerbaycanın bu cür dünya inteqrasiya proseslerinde iştirakı tam süretle davam etmelidir. Ancaq bununla bele Azerbaycanın geopolitik veziyyetini nezere alaraq demek olar ki, heç de hamı Azerbaycanın beynelxalq inteqrasiya proseslerinde yaxından iştirakını arzulamır, beynelxalq alemde xeyli güclü qüvveler var ki, onlar üçün zeif Azerbaycan lazımdır. Heç kime sirr deyil ki, Qerb ve Şerq arasında soyuq müharibe başa çatdıqdan sonra, ideoloci müharibe, şpionaclıq tam gücü ile işlemekdedir. Sadece prioritet saheler deyişib, texnoloci sahede, maliyye-ticaret sahesinde, beynelxalq münasibetler sahesinde ölkelerarası «soyuq müharibe» davam etmekdedir. Qeyd olunan sahelere ümumi veziyyete nezaret etmek üçün, adi melumatları analiz ederek konkret neticeye gelmek üçün en gözel vasite ise – İnternetdir. Özünün geopolitik veziyyetini nezere alan Azerbaycan da dünya ile inteqrasiya elaqelerinin qurulmasında evezsiz rolu olan İnternetden semereli istifade etmekle, onu inkişaf etdirmekle beraber xarici texnoloci-informasiya hücumlarının da qarşısını almalı, informasiya tehlükesizliyi problemini hell etmelidir. Azerbaycanın İnternet fezasında informasiya tehlükesizliyi meselesine kompleks yanaşmaq üçün 3 esas istiqamet götürmek daha meqsedeuyğun olardı: normativ hüquqi bazanın yaradılması, teşkilati tenzimleyici teminatın yaradılması, nehayet texnoloci teminatın yaradılması. Tebbi ki, her bir istiqametde İnternet beynelxalq teşkilat olduğundan, beynelxalq ve regional xarakter daşımalıdır  Azerbaycanın informasiya resursları üçün esas tehlüke menbeyi hem xarici şebekelerinden yerli İnternet istifadeçilerinin informasiya melumat bazalarına müdaxilesi, hem de informasiya melumat sistemlerinin dağıdılması, ele keçirilmesi meqsedile Azerbaycanın formalaşmaqda olan daxili informasiya şebekelerine müdaxilesinden ibaretdir. İnternet bir informasiya cemiyyeti, bir beynelxalq informasiya teşkilatı kimi açıq qurumdur. Formal olaraq her bir istifadeçi beynelxalq kommunikasiya xetleri ile birleşdirilmiş lokal şebekelerin informasiya serverlerine daxil ola, istenilen informasiyanı elde ede biler. Mehz bu nöqteyi nezerden artıq beynelxalq arenada neheng bir "xakerler ordusu" yaranmışdır. Onların da esas meqsedi informasiya resurslarını sıradan çıxarmaqdır. Tebii ki, onların arasında hem eylence meqsedile, hem kommersiya meqsedile, hem de keşfiyyat meqsedile meşğul olanlar var. Hörmetli seminar iştirakçıları! Yuxarıda nezeri suretde sadaladığım faktlarla praktiki suretde Azerbaycan İnternet istifadeçilerinin tez-tez rastlaşdıqlarını desem, guman ki, sehv etmerem. Tekce bir faktı qeyd edim ki, bir sıra ciddi provayder teşkilatlarının (Azerin) sisteminin kenardan müdaxile neticesinde sıradan çıxarılması, ayrı-ayrı özel ve dövlet qurumlarının İnternet sehifelerinin dağıdılması yeqin ki, çoxlarınızın yadındadır.

Azerbaycanda hazırda geden ciddi proseslerden birisinin üzerinde xüsusi olaraq dayanmaq isteyirem. Bu da son dövrlerde müxtelif xarici qurumların desteyi ile yaradılan ölke ehemiyyetli informasiya-kompüter şebekeleridir. Artıq Dövlet Emlak Nazirliyi, Dövlet Vergiler Nazirliyi, Gömrük Komitesi, MSK strukturlarında ölke miqyasında qlobal şebekeler sisteminin formalaşdırılması prosesi gedir. Bu çox önemli bir hadise kimi qeyd olunmalıdır. Lakin tehlükeli cehet ondan ibaretdir ki, bu cür informasiya şebekeleri yaradılarken informasiya tehlükesizldiyi meselelerine xüsusi diqqet yeitirilmir. Mehz bu meqamda bir fakt daha qabarıq formada özünü biruze verir. O da defelerle müxtelif seviyyelerde seslendirilmesine baxmayaraq hele de yaradılmayaninformasiya tehlükesizliyi ve informasiya texnologiyaları ile meşğul olan dövlet qurumunun olmamasıdır. Ümumiyyetle, men bu mesele üzerinde xüsusile dayanmaq isterdim. Ne üçün? Melumdur ki, SSRİ dağılandan sonra MDB mekanında hem herbi siyasi, hem de elmi-texniki sahede xeyli deyişiklikler baş verdi . infolrmasiya texnologiyalarının süretli inkişafı, dövletin informasiya resursldarı üzerinde monopoliyasının leğvi, informasiya resurslarının inzibati qaydada mühafizesinin qeyri-mümkünlüyü, en nehayet Azerbaycanın qerb yönümlü inkişaf istiqametinin götürülmesi informasiya tehlükesizliyi sahesinde yeni dövlet siyasetinin müeyyenleşmesini teleb edir. Diqqet yetirin. Neheng dövletler arasında soyuq müharibe başa çatsa da yuxarıda qeyd etdiyim kimi keşfiyyat ve ekskeşfiyyat işleri daha da güclenir. Hesab edirem ki, burada eyleşenlerin hamısı KİV-i izleyir ve ona göre uzun-uzadı misallar çekmek istemirem.Tebiidir ki, erazisi işğal edilmiş bir memleketde müharibenin labüd olduğunu, Azerbaycanın yerleşdiyi geopolitik mekanın mürekkebliyini nezere alaraq Ermenistan, Rusiya ve hetta İranda informasiya texnologiyaları sahesinde baş verinleri nezerden qaçırmaq Azerbaycanın dövlet maraqlarıfna yeqin ki, uyğun gelmezdi. Mehz bu kontekstden yanaşaraq hesab edirem ki, en qısa zamanda ölke rehberinin informasiya tehlükesizliyi ve informasiya texnologiyaları ile ciddi meşğul olacaq bir qurumun yaradılması ile bağlı ferman vermesi meqsedeuyğun olardı. Çox isterdim ki, çıxışlarda bu meseleye münasibet bildirilsin. Hesab edirem ki, herbi, ictimai-siyasi, iqtisadi ve ekoloci sahelerde informasiya tehlükesizliyinin teşkilinde bu qurum metodiki teşkilati cehetden semereli meslehet ve tekliflerle informasiya ile işleyen bütün qurumlara kömeklik göstere biler. İnformasiya tehlükesizliyinin dövlet teminatının esas istiqameti hesab edirem ki, bu saheye bilavasite aidiyyatı olan qurumların, elece de güc strukturlarının müvafiq bölmelerini elaqelendiren koordenasiya merkezinin yaradılmasına da ciddi ehimyac var. Hazırda  heç bir dövlet qurumunun informasiya tehlükesizliyi ile bağlı konkret selahiyyeti ve mesuliyyeti deqiqleşdirilmeyib.  Parlamentin uyğun komissiyası nezdinde elaqelendirici bir qurumu yaratmaq da meqsedeuyğun olardı. İctimai bir qurumun, "Milli informasiya tehlükesizliyi merkezinin" yaradılması olduqca semereli olardı. Süretle inkişaf eden hadiseleri diqqetle izlemek, istifadeçilere metodiki kömeklik göstermek, onlara operativ yardım göstermek hemin qurumun esas fealiyyet istiqameti ola biler. İnternetin tetbiqi saheleri çoxşaxeli olduğu kimi mene ele gelir ki, informasiya tehlükesizliyinin yüksek seviyyede temin edilmesine hüquqi -teşkilati işlerle beraber, hem de internet etikasının inkişafı mexanizminin tekmilleşdirilmesi ile nail olmaq mümkündür. İnternetin Azerbaycan sektoru ile bağlı bir etik normalar kodeksi hazırlamaq mümkündür.Yuxarıda qeyd etdiyim ictimai merkez internet ictimaiyyetin kömeyi ile bele bir senedi hazırlaya bilerdi. Elece de mövcud elmi-tedqiqat birisinin bazasında konkret İnformasiya tehlükesizliyi ve kriptoqrafiya ile meşğul olan institut yaradılmasına ciddi ehtiyac var Bir qeder informasiya tehlükesizliyi meselesinin hüquqi-normativ istiqameti üzerinde dayanmaq isteyirem. Qlobal kommunikasiya şebekelerine inteqrasiya eden Azerbaycanın informasiya müharibeleri ve informasiya tehlükesizliyine tab getirmesi üçün hesab edirem ki, herterefli işlenmiş deqiq strategiya hazırlanmalıdır. Bu cür strategiya ise ölkenin tanınmış  mütexessislerinin, politoloq ve anlitiklerinin, dövlet orqaları ve elmi ictimaiyyetin nümayendelerinin qarşılıqlı emeyi sayesinde hazırlana biler. Bunun üçün ise ilk növbede qanunverici baza hazırlanmalıdır.

Normativ hüquqi bazanın yaradılması ile bağlı son dövrlerde müeyyen addımlar atılmışdır. " İnformasiya, informasiyalaşdırma ve informasiya tehlükesizliyi haqqında", "Dövlet sirri haqqında" qanunların qebulu bu sahede ilkin addımlar hesab oluna biler. Ümumiyyetle men İnternetde hansısa bir mehdudlaşdırmanın (tebii ki, azyaşlılar arasında pornaqrafiya ve seks hallarının qarşısının alınması meqsedile keçirilen tedbirler istisna olmaqdla) aparılmasının qeti eleyhineyem. Lakin dövlet memurları ve dövlet qurumlarının İnternet şebekesinden istifadesi ile bağlı hesab edirem ki, müeyyen qaydaların hazırlanması meqsedeuyğun olardı. Hemçinin de İnternete qoşulmuş dövlet informasiya resurslarından istifade üzre de müeyyen tedbirler planının hazırlanması olduqca zeruridir. Hazırda bu sahede mövcud veziyyet  ise o qeder de ürekaçan deyil. Qonşu dövletde öe erazisinden keçen her cür informasiya trafikine total nezaretle bağlı qanunvericilik aktları olduğu halda Azerbaycanın dövlet qurumları ve memurlarının hemin ölkeden keçen kanallarla Qlobal şebekeye bağlanması çox teessüf doğurur, Xüsusen de bu mesele ile bağlı qeyd olunan ölkenin provayderleri ve ziyalılarının hemin meseleye qarşı uzun müddet amansız bir mübarize apardığı bir vaxtda.Melumat üçün nezerineze çatdırım ki , öten ilin sonunda Rusiya Konstitusiya mehkemesi qeyd olunan normativ aktları leğv edib.  Lakin yuxarıda qeyd olunduğu kimi, merkezleşdirilmiş elaqelendirici bir dövlet qurumunun olmaması, hüquqi bazanın yoxluğu ucbatından bu sahede bir perakendelik, sistemsizlik özünü göstermekdedir. Vacib ehemiyyetli "Beynelxalq informasiya mübadilesi haqqında", "İnternet şebekesinden istifade ve onun inkişafı sahesinde dövlet siyaseti haqqında", "ferdi melumat bazaları haqqında" qanunlar, «Milli informasiya resursları haqqında», «İnformasiyanın texniki kanallar vasitesile çıxarılması ve texniki keşfiyyat haqqında», yuxarıda qeyd olunduğu kimi «Dövlet teşkilatları ve dövlet memurları İnternetden istifadesi haqqında» aktların qebul edilmesine ciddi ehtiyac duyulur.. Xarici dövletlerin tecrübesi gösetrir ki, vetendaşın şexsi heyatı ile bağlı informasiya tehlükesizliyi mexanizmi yaradılmadan normal informasiya cemiyyeti qurmaq mümkün deyil. Son dövrlerde elektron kommersiya ve İnternet kommersiya fealiyyetinin  formalaşmağa başladığını ,yalnız dövlet sirrinin tehlükesizliyi ile bağlı qanuni aktların mövcudluğunu nezere alaraq  hesab edirem ki, en qısa müddetde "Kommersiya sirri haqqında", "Mexfi melumatlar haqqında", "Elektron imza haqqında" qanunların ilk növbede qebul olunması ile bağlı Milli Meclise ve ölke rehberliyine müraciet edilsin. Provayderler, aşkara çıxardıqları kompüter cinayetkarlarının cezalandırılmayaraq buraxıldıqlarını tez-tez bildirirler. Azerbaycan İnternet istifadeçisinin informasiya tehlükesizliyinin temin edilmesi ile bağlı heç bir metodiki vesait yoxdur. Başqa ölkelerin provayderlerinden ferqli olaraq bizdeki provayderlerin ekseriyyeti ise hetta öz veb-saytlarında bele informasiya tehlükesizliyi ile bağlı, informasiyaınn şifrelenmesi ile bağlı heç bir melumat yerleşdirmirler. Provayderler KİV-in, xüsusen televiziyanın imkanlarından semereli istifade ederek başqa ölkelerde olduğu kimi İnternetin populyarlaşması ile bağlı, informasiya tehlükesizliyi ile bağlı verilişlere sponsorluğu öz üzerine götürmesi bu sahede xeyli irelileyişe nail olmağa imkan vererdi. Esas konkret problemlerden biri de kompüter cinayetkarlığının qarşısının alınması ve aşkara çıxarılmasıdır. Xarici dövletlerin bu sahede tecrübesinden istifade etmek gelecekde baş vere bilecek xeyli cinayetlerin qarşısının alınmasına kömek ederdi. Hesab edirem ki, bu cür müzakirelere aktiv şekilde dövlet nümayendeleri celb edilomelidir. Xarici informasiya vasitelerini izleyerken şahidi olursan ki, kifayet qeder ciddi hesab olunan xarici mütexessisler, ekspertler, informasiya texnologiyalaprı mütexessisleri ciddi narahatçılıq keçirirler. Problemin mürekkebliyini qabardırlar. Bizde ise sanki qış yuxusudur. İnformasiya infrastrukturlarının süretli inkişafı informasiyalaşdırma bütöblükde beynelxalq arenada yeni bir tendensiyanın-"informasiya fezasında yer tutmaq" tendensiyasının esasını qoyub, bu da özünü müxtelif informasiya müharibelerinde, informasiya terrorizminde biruze verir "Kompüter terrorizmi", "İnformasiya müharibeleri", "informasiya silahı", "informasiya müdaxilesi" ifadeleri artıq adi hala çevrilib. İnternet bir sıra hallarda ayrı-ayrı qrupların, terroristlerin, teşkilatların ve hetta dövletlerin silahına çevrilmekdedir. Qerb ölkelerinin keşfiyyat strukturlarının hamısında "internetden istifade" ve ya "kompüter keşfiyyatı" şöbeleri fealiyyet gösterir. Dövlet memurlarının ele alınması, agentura melumatların toplanması, elmi-texnoloci ve maliyye sirrlerinin elde olunması esas meqsed kimi onların qarşısında durur. Problemin kifayet qeder ciddi olmasına baxmayaraq indiyedek heç bir dövlet qurumu "informasiya müharibeleri," "informasiya tehlükesizliyi" meselelerine  münasibet bildirmeyib. Bir defe de olsun Milli Meclisde informasiya texnologiyaları ile bağlı mesele müzakire edilmeyib.Ciddi tedbirler görülmezse yaxın perspektivde bizi tekce informasiya xaosu yox, ondan daha dehşetli sürprizler gözleyir. Artıq ictimai şüura beynelxalq qlobal informasiya şebekelerinin tesiri artdıqca beynelxalq normativ hüquqi bazanın formalaşdırılması zerureti meydana çıxır. Bu ise beynelxalq çoxterefli müqavile ve sazişler yolu ile yerli ictimai qurumların beynelxalq ictimai qurumlara inteqrasiyapsı yolu ile mümkündür. Azerbaycannın beynelxalq standartlaşdırma ve sertifikasiya qurumlarına inteqrasiyası süretlenmelidir  Bir qeder de problemin texnoloci-metodiki terefleri haqqında fikirlerimi sizinle bölüşmek isterdim. Aydındır ki, her bir tehlüke müeyyen ekstedbirlerin, elece de vasitelerin reallaşdırılmasına zemin yaradır. Odur ki, son dövrlerde informasiya tehlükesizliyi ile bağlı yeni-yeni texnoloci vasiteler yaranmaqdadır. Men hesab edirem ki, informasiya tehlükesizliyi ile bağlı xarici texnoloci vasitelerin Azerbaycanda tetbiqine xüsusi diqqet yetirilmeli, xüsusile de dövlet strukturlarında. Yalnız bir misal çekmek isteyirem. Son dövrlerde yeni yaradılmış, daha doğrusu yaradılması davam etdirilen avtomatlaşdırılmış seçki sistemi haqqında. Menim üçün qaranlıqdır ki, Rusiyada özünü çetinlikle doğruldan bir texnoloci proqram teminatı Azerbaycana tetbiq edildi. Ne üçün heç bir tender keçirilmeden başqa texnoloci avadanlıqların üstünlükleri araşdırılmadan informasiya tehlükesizliyi meseleleri nezere alınmadan dövlet ehemiyyetli bir meselede bele bir addımın atılması başa düşülen deyil. Hesab edirem ki, en ciddi problemlerden biri de dövlet strukturlarında informasiya tehlükesizliyi vasitelerinin sertifikatlaşdırılması meselesidir. Çünki, men başa düşe bilmirem ki, tutaq ki, DAS-da tehlükesizlik meselesini, QAS-ın isxodnıy tekstları olmadan necür hell etmek olar?  Göresen zeruri melumatların yayılmaması ile bağlı  kim mesuliyyet daşıyır ? Başqa ölkelerde  , hem uyğun sahe ile meşğul olmağa lisenziya veren orqan, Hem de lisenziya alan qurumun özü informasiyanın yayılmaması ile bağlı ciddi mesuliyyet daşıyır. Çox isterdim ki, çıxış edenler bu meseleye de öz münasibetlerini bildirsinler. Yeqin ki, bu meseleler hem de müellif hüquqldarı ile bağlı beynelxalq senedlerle nizamlanmalıdır. İnformasiya tehlükesizliyi sahesinde xidmet gösteren teşkilatların lisenziyalaşdırılması, informasiya tehlükesizliyi vasitelerinin sertifikatlaşdırılması, bu sahede mütexessislerin hazırlanması ve hüquqi bazanın yaradılmasına kömeklik de yaradılması teklif olunan  qurumun vasitesile heyata keçirile bilerdi. Göresen bizde istifadeçi istifade etdiyi (yaratdığı) proqram-texniki mehsulu sertifikatlaşdıra bilermi? Yeri gelmişken ümumiyyetle dövlet sirrleri ve mexfi melumatlar hesab olunan informasiyaların qorunması, informasiya tehlükesizliyinin müxtelif saheleri ile bağlı "İnformasi, informasiyalaşdırma ve informasiya mühafizesi haqqında" ve "Dövlet sirrleri haqqında" Qanunlarda ve bununla bağlı normativ aktlarda Rabite Nazirliyi, MTN ve Eks-keşfiyyat strukturları arasında selahiyyetlerin konkretleşdirilmesine ciddi ehtiyac var. "Melumatın şifrelenme vasitelerinin sertifikatlaşdırılması" ve "İnformasiya tehlükesizliyi vasitelerinin sertifikatlaşdırılması haqqında" esasnamelerin hazırlanması artıq ciddi ehemiyyet kesb edir.  Nezere alsaq ki, qerb analitiklerinin fikrince informasiya resurslarının işlenmesi zamanı  informasiya tehlükesizliyi ile bağlı xercler umumi proqram-texnoloci avdanlığın 60%-ni teşkil edir , onda bele qenaete gelmek olar ki, informasiya tehlükesizliyi meselesinde  dövlet xüsusi rol oynamalıdır. Hem de yalnız dövletin informasiya resursları sahesinde deyil, eyni zamanda ayrı-ayrı ferdlerin ve teşkilatların da informasiya ehtiyatları sahesinde. Yekunda bir meseleni de nezerinize çatdırmaq isteyirem. O da lisenziya ve sertifikatların veoilmesindeki ,yumşaq desek anormallıqdır. Bele ki, bildiyiniz kimi bu mesele ile hazırda Rabite Nazirliyi meşğuldur.Rabite Nazirliyi ise  artıq çoxdandır ki, bele demek mümkünse  informasiya bazarının üzvüdür,  daha doğrusu bazarın subyektidcir. Ve tebii ki, onun öz maraqları var. Ve bu nöqteyi nezerden de o ağıllı, semereli lisenziya siyaseti apara bileceyi şübhe doğurur.

Hörmetli cenablar. Yeqin ki diqqet yetirdiniz, men esasen problemin qeyri-texniki tereflerine toxundum. Lakin güman edirem ki, problemin teşkilati -hüquqi terefi ile bağı sadaladığım faktlar  ve teklifler  Sizin üçün oqeder de maraqsız  olmadı. Diqqetinize göre teşekkür edirem.  

Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə