İnterpolyasiya metodu ilə tezliklərin formalaşması
İnterpolyasiya metodu ilə tezliklərin formalaşması, tezlik sintezatorları, analizli və sintezli tezlik sintezatorları
Yüksək stabilliyi təmin etmək məqsəilə sintezatorlardan istifadə edilir. Əgər oyadıcının hasil etdiyi tezliklər 10 – dan çox deyilsə, onda “kvars – dalğa” prinsipindən istifadə edirlər. Bu halda generasiya olunan tezlik adi avtogeneratorun hasil etdiyi tezlikdən daha stabil olur. Bəzən kvarsı termostatın içində yerləşdirirlər. Əgər diapazon üzrə tezliklər generasiya etmək tələb olunarsa, onda interpolyasiya metodundan istifadə olunur( şək.1). Bu zaman çıxış tezliyi köməkçi tezliklərin toplanması (çıxılması) prinsipi ilə alınır.