Xarici maliyyə mənbələrinin cəlb edilməsi
Təşkilat Komitənin qərarı ilə xarici maliyyə mənbələrini cəlb edə bilər. Belə mənbələr kimi Müvafiq milli və ya beynəlxalq bank institutlarındakı kreditlər və ya digər xarici investisiya mənbələri çıxış edə bilər. Xarici maliyyənin təqdim edilməsi şərtlərinin müəyyən edilməsi, Təşkilat və bank institutları və ya borc verənlər arasında bağlanan, xarici maliyyə mənbələrindən investisiya edilmiş vəsaitlərin və onlar üzrə Müvafiq dividendlərin Təşkilat tərəfindən qaytarılmasını nəzərdə tutmalı ayrıca sazişlərin predmetidir.
Komitənin müəyyən etdiyi məbləğə qədər göstərilən sazişləri Baş direktor bağlamaq səlahiyyətindədir; Komitənin müəyyən etdiyindən yuxarı məbləğdə olan Müvafiq sazişləri Baş direktor Komitənin razılığı ilə bağlayır.
Xarici maliyyə mənbələrinin cəlb edilməsi haqqında qərarın qəbul edilməsi səbəbləri, habelə belə maliyyələşdirmənin şərtləri Şuraya məruzə edilir.
Maddə 13
Dostları ilə paylaş: |