Beynəlxalq elektrorabitə ittifaqmı məlumatlandırma
Komitə Təşkilatın planlaşdırılan peyk şəbəkələrinin beynəlxalq-hüquqi müdafiəsinin Təşkilatın Üzvlərindən birinə, onun yurisdiksiyası altında olan rabitə Müdiriyyətinə Təşkilatla birgə təmin edilməsini tapşırmaq xahişi ilə müraciət edə bilər.
Təşkilatın planlaşdırılmış peyk şəbəkələrini Beynəlxalq elektrorabitə İttifaqında ərz etdikdə, Müraciət edən rabitə Müdiriyyəti Komitə tərəfindən qəbul edilmiş Təşkilatın planlaşdırılmış peyk şəbəkələrinin Beynəlxalq elektrorabitə ittifaqında ərz edilməsi və onların beynəlxalq-hüquqi müdafiəsinin təminatı Prosedurlarını rəhbər tutur.
Təşkilata müraciət etmiş rabitə Müdiriyyəti arasında qarşılıqlı fəaliyyət Təşkilatla rabitə Müdiriyyəti və/və ya onun tərəfindən müvəkkil edilmiş təşkilat və ya təşkilatlar arasında bağlanan xüsusi sazişlərlə tənzimlənir.