"İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında



Yüklə 57,66 Kb.
səhifə1/4
tarix04.01.2022
ölçüsü57,66 Kb.
#57259
növüQaydalar
  1   2   3   4

"İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icra olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanının XII bəndinin 9-cu abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

"İnvestisiya müsabiqəsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 771 nömrəli Fərmanı;

"Başa çatdırılmamış tikililərin ortaqlığına icazə verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 26 dekabr tarixli, 382 nömrəli Fərmanı;

Özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinin sosial-mədəni və məişət-kommunal təyinatlı obyektləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 25 fevral tarixli, 100 nömrəli Sərəncamı.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.





Yüklə 57,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin