Invitation for Bids (ifb)



Yüklə 10,6 Kb.
tarix12.01.2019
ölçüsü10,6 Kb.
#96169

Təkliflərin Verilməsi üçün Dəvət (TVüD)


Tarix: 10 fevral, 2011-ci il

Müqavilənin Eyniləşdirmə Nömrəsi: HSRP/ Construction of MPHC/W/NCB 7.02

Dünya Bankı Krediti/Kredit No.: 4210-AZ

  

1.         Azərbaycan Hökuməti Səhiyyə Sektorunda İslahatlar Layihəsinin (SSİL) maliyyələşdirilməsi məqsədilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından maliyyə vəsaiti almışdır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tabe olacaq “Çox-təyinatlı Sağlamlıq Klinikalarının İnşası”na dair “HSRP/ Construction of MPHC/W/NCB/7.02” nömrəli Müqavilənin çərçivəsində ödənişlər etmək üçün həmin maliyyə vəsaitinin müəyyən hissəsindən istifadə etmək niyyətindədir.


2.         Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində yaradılmış Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupu (LİQ) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Çox-təyinatlı Sağlamlıq Klinikalarının inşasına dair möhürlənmiş tender təkliflərinin verilməsinə dəvət edir. Bu işlər Azərbaycan Respublikasının 8 (səkkiz) müxtəlif rayonunda 8 (səkkiz) Çox-təyinatlı Sağlamlıq Klinikalarının inşasını nəzərdə tutan SSİL-nin B Komponenti çərçivəsində həyata keçiriləcək.

 

3.         Tender sənədlərinin hər toplusunu (və əlavə nüsxələri) ünvanında Layihənin İcra Qrupunun ofisindən, qaytarılmayan məbləğ olan 200 (iki yüz) AZN qiymətinə (hər topluya görə) almaq olar. Maraqlanan tender iştirakçıları (iddiaçılar) bir və ya daha çox sayda sənəd toplusunu ala bilər. Maraqlanan tender iştirakçıları əlavə məlumatı həmin ünvanda əldə edə bilər. Ödəniş üsulu – LİQ-nun hesabına bank köçürməsidir. Ödənişlərin edilməsi üçün bank detalları aşağıda verilmişdir:


Bank detalları:

Səhiyyə Nazirliyi

Səhiyyə Sektorunda İslahatlar Layihəsi (Kredit № 4210AZ)

Layihəsi İcra Qrupu

H.Zərdabi küç. 96, Bakı AZ1122, Azərbaycan

VÖEN 1400049171

Azərbaycan Beynəlxalq Bankı

Kod 805250

VÖEN 9900001881

Müxbir Hesab 0137010002944

Hesablaşma hesabı 33308019449330329120

SWIFT IBAZAZ2X


4.        Tender təklifləri təkliflərin açılış günündən sonra 90 gün müddətinə qüvvədə qalmalı; hər təklifə görə 5000,00 AZN dəyərində “Təklif Zəmanəti” ilə müşahidə olunmalı, və 11 mart, 2011-ci il tarixində saat 15:00-dan gec olmayaraq H.Zərdabi küç. 96, 6-cı mərtəbə, Bakı AZ1122, Azərbaycan ünvanında yerləşən Səhiyyə Sektorunda İslahatlar Layihəsinin İcra Qrupunun ofisinə çatdırılmalıdır, çünki həmin saatda İddiaçıların iştirakı ilə Tender Təkliflərin rəsmi açılışı keçiriləcək.

 

5.         Gecikmiş təkliflər rədd ediləcək və açılmamış müvafiq İddiaçılara qaytarılacaq.


Kamran Rzayev, Direktor Əvəzi

Səhiyyə Sektorunda İslahatlar Layihəsi

Səhiyyə Nazirliyi nəzdində Layihənin İcra Qrupu

Ünvan: H.Zərdabi küç. 96, Bakı AZ1122, Azərbaycan

Tel: +994-12-431-1968

Faks: +994-12-431-1937



Elektron poçt ünvanı: office@hsrp.az
Yüklə 10,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin