İNZİbati HÜquq” kursunun TƏDRİs proqrami

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 170.76 Kb.
tarix14.01.2017
ölçüsü170.76 Kb.


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

“İqtisadi hüquq” kafedrası


İNZİBATİ HÜQUQ” kursunun


TƏDRİS PROQRAMI
Bakalavr təhsil pilləsi üzrə

Azərbaycan Respublikasi təhsil nazirinin 18.02.2015-ci il tarixli 173 saylı əmri ilə qrif verilmişdir.



Bakı – 2015

Proqram “AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNVERSİTETİ” nİn “İqtİsadİ hüquq” kafedrasında hazırlanmışdır
Tərtib edənlər: - Azərbaycan Dövlət İqtisad Unversitetinin

“İqtisadi hüquq” kafedrasının baş müəllimi


Ə.Z. Haqverdiyev
- Azərbaycan Dövlət İqtisad Unversitetinin

“İqtisadi hüquq” kafedrasının müəllimi


R.Ş. Mürsəlov
- Azərbaycan Dövlət İqtisad Unversitetinin

“İqtisadi hüquq” kafedrasının müəllimi


L.M. Əlibəyli
Elmi redaktor: - Azərbaycan Dövlət İqtisad Unversitetinin

“İqtisadi hüquq” kafedrasının h.e.d.,prof.


O.F. Əfəndiyev
Rəyçilər: - Azərbaycan Dövlət İqtisad Unversitetinin

“İqtisadi hüquq” kafedrasının dossenti, h.f.d.



S.Z.Səbzəliyeva

- Milli Aviasiya Akademiyasının

“Hüquqşünaslıq” kafedrasının dossenti, h.e.n.



Ş.M. Kərimov

GİRİŞ
“İnzibati hüquq” Azərbaycan Dövlət İqtisad Unversitetində tədris edilən fənlərdən biridir. Azərbaycan Dövlət İqtisad Unversitetində təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulmuş Tədris Proqramı “İnzibati hüquq” üzrə mövcud olan qanunvericilik əsasında tərtib olunmuşdur.

Cəmiyyətin demokratik prinsiplərə əsaslanaraq tərəqqi etməsi hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlıdır. Bu yolda hüquqi dövlətin formalaşması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, vətəndaşların konstitusion hüquq və azadlıqlarının qorunması mühüm dövləti vəzifələrdən biridir.

İnzibati hüquqpozmalar kimi sosial-neqativ təzahürlərə qarşı uğurlu mübarizə, onun qarşısının alınmasına yönələn fəaliyyətin daha məsuliyyətli olmasını və elmi təməl üzərində qurulmasını tələb edir. Bu da öz növbəsində bu da inzibati hüquq biliklərlərinə malik kadrların hazırlanmasını vacib vəzifə kimi qarşıya qoyur.

“İnzibati hüquq” Azərbaycan Respublikasının hüquq sisteminə daxil olan müstəqil hüquq sahələrindən biri olaraq dövlət idarəetmə sistemində icra hakimiyyətinin təşkili və həyata keçirilməsi prosesində yaranan, dəyişən və xitam olunan ictimai münasibətlərin dairəsini və bu münasibətlərin inzibati nizamlanmasının öyrənilməsini nəzərdə tutur. Digər tərəfdən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji sağlığı, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühüti qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən, inzibati xətaların qarşısını almaqdan ibarətdir.

“İnzibati hüquq” fənninin məqsədi Azərbaycan Dövlət İqtisad Unversitetinin tələbələrinə gələcək xidməti vəzifələrinin peşəkarcasına yerinə yetirilməsi üçün zəruri olan kompleks bilikləri dərindən aşılanması, bacarıq və vərdişlərə yiyələnməsidir.

“İnzibati hüquq” fənninin tədrisi müvafiq sahədə qanunvericiliyin, həmçinin tövsiyyə edilmiş ədəbiyyatların dərindən mənimsənilməsini nəzərdə tutur. “İnzibati hüquq” fənninin tədrisi müvafiq tədris planına əsasən nəzərdə tutulur.

Kursun tədrisinə 30 saat mühazirələ və 30 saat seminar məşğələlərinə ayrılması nəzərdə tutulmuşdur. Tədris proqramında hər bir mühazirə üçün ədəbiyyat və normativ materialların siyahisi verilmişdir.
mövzu 1. İnzİbatİ hüququn anlayışı, xüsusİyyətlərİ

və MƏNBƏLƏRİ.
İnzibati hüququn anlayışı və predmeti. İnzibati hüquqla nizamlanan ictimai münasibətlərin növləri və onların xarakteristikası.

İnzibati hüququn əsas məqsədləri və onların məzmunu.

İnzibati hüququn prinsiplərinin anlayışı, növləri (konstitusion, xüsusi) və onların xarakteristikası.

İnzibati hüququn mənbələrinin anlayışı və onların növləri. Azərbaycan Respublikasının Konstitusiyası - inzibati hüququn əsas mənbəyi kimi. Azərbaycan Respublikasının qanunları və icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları - inzibati hüququn mənbəyi kimi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi - inzibati hüququn mənbəyi kimi.


Seminar məşğələsinə çıxarılan suallar:


  1. İnzibati hüququn anlayışı, predmeti və əsas məqsədləri.

  2. İnzibati hüququn sistemi, prinsipləri və metodları.

  3. İnzibati hüququn mənbələrinin anlayışı və növləri.

  4. İnzibati-hüquqi nizamasalma mexanizminin anlayışı elementləri və onların xarakteristikası.


MÖVZU ÜZRƏ ƏDƏBİYYAT SİYAHISI
1. Azərbaycan Respublikasının Konstitusiyası.

2. E.Abdullayev. “ İnzibati hüquq “. Dərslik. Bakı, 2001.

V.Abışov, A.İsmayılov, R.Nəcəfquliyev. “ İnzibati hüquq “. Dərs vəsaiti. Bakı, 2007

4. V.Abışov, Ş.Rəsulov, A.İsmayılov, H.Eyvazov. “ İnzibati hüquq “sxemlərdə).Dərs

vəsaiti. Bakı, 2002 vəsaiti. Bakı, 2002

Mövzu 2. İnzİbatİ hüquq münasİbətlərİ.
İnzibati-hüquqi münasibətlərin anlayışı və əsas xüsusiyyətləri. İnzibati-hüquqi münasibətlərin yaranması, dəyişməsi və xitam edilməsi.

İnzibati-hüquqi münasibətlərin quruluşunun elementləri (subyekt, obyekt, hüquqi faktlar) və onların xarakteristikası.

İnzibati-hüquqi münasibətlərin subyektlərinin növləri. İnzibati-hüquqi münasibətlərin obyektinin anlayışı, növləri (qanunauyğun davranışı və qanunazidd davranışı) və onların xarakteristikası. İnzibati-hüquqi münasibətlərin hüquqi faktlarının anlayışı, növləri (hərəkət, hadisə) və onların xarakteristikası.
Seminar məşğələsinə çıxarılan suallar:


  1. İnzibati-hüquqi münasibətlərinin xüsusiyyətləri və növləri.

  2. İnzibati-hüquqi münasibətlərinin quruluşunun elementləri və onların xarakteristikası.

  3. İnzibati-hüquqi münasibətlərin hüquqi və subyektlərinin əlaqə xarakterinə görə növləri; onların xarakteristikası.

  4. İnzibati-hüquqi münasibətlərin yaradan hüquqi faktların xarakterinə və müdafiə üsuluna görə növləri; onların xarakteristikası.


ƏDƏBİYYAT
1. Azərbaycan Respublikasının Konstitusiyası.

2. E.Abdullayev. “İnzibati hüquq“. Dərslik. Bakı, 2001.

3. V.Abışov, A.İsmayılov, R.Nəcəfquliyev. “ İnzibati hüquq “. Dərs vəsaiti. Bakı, 2007

4. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

5. V.R.Kisin. Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə. Dərs vəsaiti. Moskva, 1991.

Mövzu 3. İcra hakİmİyyətİ orqanları və dövlət

qulluqçuları.
Dövlət orqanının və onun bölməsinin anlayışları. Dövlət orqanlarının növləri və onların statusunu müəyyən edən normativ-hüquqi akt.

İcra hakimiyyəti orqanının anlayışı, inzibati-hüquqi statusu və əsas əlamətləri. İcra hakimiyyəti orqanlarının təşkili prinsipləri və quruluşu. İcra hakimiyyəti orqanlarının fəaliyyətlərinin ərazi miqyası, yaranma qaydası, səlahiyyətlərinin xarakteri və həcmi, aidiyyatı məsələlərin həlli üsulları, maliyyələşmə mənbələri meyarlarına görə təsnifatı və onların inzibati-hüquqi statusları.

İcra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əsas istiqamətləri və onların məzmunu. İcra hakimiyyəti orqanlarının inzibati-hüquqi statusunu müəyyən edən normalar (yaranma məqsədini; təşkilati strukturunu; tabeçilik və hakimiyyət səlahiyyətlərini müəyyən edən) və onların müəyyən edilməsinin əhəmiyyəti.
Seminar məşğələsinə çıxarılan suallar:
1.Dövlət orqanlarının statusunu müəyyən edən normativ-hüquqi akt.

2.İcra hakimiyyəti orqanlarının anlayışı, inzibati-hüquqi statusu, əsas əlamətləri, təşkili prinsipləri və quruluşu.

3.İcra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əsas istiqamətləri və onların məzmunu.

4.İcra hakimiyyəti orqanlarının növləri və onların inzibati-hüquqi statu

5. Dövlət qulluğunun anlayışı, əsas vəzifələri və prinsipləri.
ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanunu. 14.01.2001

  3. “Yerli icra hakimiyyəti haqqında” Əsasnamə. 16 iyun 1999-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir.

  4. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  5. V.R.Kisin. Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə. Dərs vəsaiti. Moskva, 1991.


Mövzu 4. İnzİbatİ Məsulİyyət və İnzİbatİ xəta .

İnzibati məsuliyyətin anlayışı və onun əsas əlamətləri. İnzibati məsuliyyətin prinsipləri və onların xarakteristikası. İnzibati məsuliyyətin digər məsuliyyət növlərindən fərqi.

İnzibati xəta - inzibati məsuliyyətin əsası kimi. İnzibati xətanın anlayışı və əməlin inzibati xəta kimi qiymətləndirilməsi üçün zəruri olan hüquqi əlamətlər (hüquqa zidd olması; təqsirli sayılmalıdır; əməlin inzibati məsuliyyətə səbəb olması; əməlin Azərbaycan Respublikasının İXM-si ilə qorunan ictimai münasibətlərə qəsd etməsi) və onların məzmunu.

İnzibati xətanın tərkibi anlayışı, onun tərkib elementləri (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) və onların xarakteristikası.


Seminar məşğələsinə çıxarılan suallar:


  1. İnzibati məsuliyyətin anlayışı və onun əsas əlamətləri.

  2. İnzibati xətanın anlayışı və tərkibi.

  3. İnzibati məsuliyyəti istisna edən hallar və onların xarakteristikası.

  4. İnzibati məsuliyyətdən azad etmə və inzibati məsuliyyətin məhdudlaşdırılması.


ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.

  3. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 fevral 1998-ci il

  4. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  5. Monaxin B.M.,Aduşkin Y.S.,Baqişev Rossiyskoe administrativnoe pravo Moskva, 1996.


Mövzu 5. İnzİbatİ tənbehlər və onların tətbİq

edİlməsİ qaydası

İnzibati tənbehlərin anlayışı, tətbiq edilməsinin məqsədi və əsasları. İnzibati tənbehlərin hüquq məsuliyyətinin digər növlərindən (cinayət, mülki, maddi, intizam tənbehlərindən) fərqi.

İnzibati tənbeh növü kimi xəbərdarlığın anlayışı və onun tətbiq edilməsi qaydası.

İnzibati tənbeh növü kimi inzibati cərimənin anlayışı və onun miqdarının müəyyən edilməsi meyarları.

İnzibati tənbeh növü kimi inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınmasının anlayışı, ödənişlə alınmanı tətbiq edən orqan (vəzifəli şəxs) və onun tətbiq edilməsi qaydası.
Seminar məşğələsinə çıxarılan suallar:


  1. İnzibati tənbehlərin tətbiq edilməsinin məqsədi və əsasları.

  2. İnzibati tənbehlərin sistemi, növləri və onların xarakteristikası.

  3. İnzibati xətalara görə tənbehetmənin ümumi qaydaları.

  4. İnzibati məsuliyyətə cəlb etmə müddətləri.

  5. Vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi.


ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.

  3. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 fevral 1998-ci il

  4. A.M.Staxov. "Administrativnoe otvetstvennost”. Dərs vəsaiti. Moskva, 2004

  5. Popov L.L.Administrativnoe pravo Moskva, 2004.

  6. Monaxin B.M.,Aduşkin Y.S.,Baqişev Rossiyskoe administrativnoe pravo Moskva, 1996.


Mövzu 6. Ayrı-ayrı İnzİbatİ xəta növlərİnə görə

İnzİbatİ Məsulİyyət
Qəsd edilən obyektlərin növlərindən asılı olaraq inzibati xətaların təsnifatı.

Mülkiyyət əleyhinə qəsd edən inzibati xətaların növləri və onların ümumi xarakteristikası. Xırda talama kimi inzibati xətanın hüquqi xarakteristikası (obyekt, obyektiv tərəfi, subyekt, subyektiv tərəfi).

İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətaların növləri və onların ümumi xarakteristikası. Xırda xuliqanlıq kimi inzibati xətanın hüquqi xarakteristikası (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf).

İdarəçilik qaydaları əleyhinə olan inzibati xətaların növləri və onların ümumi xarakteristikası. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama kimi inzibati xətanın hüquqi xarakteristikası (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf).


Seminar məşğələsinə çıxarılan suallar:


  1. Xırda talama kimi inzibati xətanın hüquqi xarakteristikası.

  2. Xırda xuliqanlıq kimi inzibati xətanın hüquqi xarakteristikası.

  3. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama kimi inzibati xətanın hüquqi xarakteristikası.

  4. İnzibati xətalar haqqında işlərin aidiyyəti anlayışı və onun növləri. İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar və vəzifəli şəxslər.


ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.

  3. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  4. V.R.Kisin. Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə. Dərs vəsaiti. Moskva, 1991.

  5. A.M.Staxov. "Administrativnoe otvetstvennost”. Dərs vəsaiti. Moskva, 2004

  6. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 09.08.1994.



Mövzu 7. İnzİbatİ hüquqda İntizam və maddİ

Məsulİyyət
İntizam məcburetməsinin anlayışı və əsas xüsusiyyətləri. İntizam məcburetməsinin tətbiq edildiyi subyektlər, onun tətbiq edilməsinin əsası və qaydası.

İnzibati hüquqda intizam məsuliyyətinin anlayışı və əsas xüsusiyyətləri. İntizam məsuliyyətinin tətbiq edilməsinin normativ-hüquqi əsasları. İntizam xətasının anlayışı və hüquqi xarakteristikası. İntizam xətasının inzibati xətadan və digər hüquqpozmalardan fərqi.

İntizam tənbehlərinin sistemi və növləri. İntizam tənbehlərinin tətbiq edilməsinin əsasları və qaydası.
Seminar məşğələsinə çıxarılan suallar:


  1. İntizam məsuliyyətinin xüsusiyyətləri və tətbiq edilməsinin əsasları.

  2. İntizam tənbehlərinin sistemi və növləri;onların tətbiq edilməsi qaydası.

  3. İnzibati hüquqda maddi məsuliyyətin anlayışı, növləri və onların tətbiq edilmə qaydası.

  4. İntizam və maddi məsuliyyətlərin inzibati və başqa dövlət məcburetmə və ictimai təsir tədbirlərindən fərqi.


ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi. 2000-ci il.

  3. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 fevral 1998-ci il.

  4. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 09.08.1994.

  5. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  6. V.R.Kisin. Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə. Dərs vəsaiti. Moskva, 1991.


Mövzu 8. İnzİbatİ xətalar haqqında İşlər üzrə

İcraatın ümumİ xarakterİstİkası
İnzibati prosesin anlayışı və əhəmiyyəti. İnzibati prosesin subyektləri və əsas prinsipləri (qanunçuluq, insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, təqsirsizlik prezumpsiyası, ədalətlilik, inzibati xətaların qarşısının alınması, maddi həqiqət, aşkarlıq, tərəflərin bərabərliyi, prosesin Azərbaycan dilində, yaxud müəyyən ərazidəki əhalinin çoxluq təşkil edən hissəsinin dilində aparılması, qənaətliyi və effektivliyi, lazımi səviyyədə aparılmasına və işin həllinə görə orqan və vəzifəli şəxslərin məsuliyyəti) və onların məzmunu.

İnzibati-prosessual fəaliyyətin anlayışı, əsas əlamətləri və həyata keçirilməsi formaları. İnzibati proseduranın məzmunu (vətəndaşların təklif və ərizələri üzrə icraat, mükafatlandırma işləri üzrə icraat, icazə vermə icraatı) və onun həyata keçirilməsinin əsası və qaydası.


Seminar məşğələsinə çıxarılan suallar:


  1. İnzibati prosesin prinsipləri.

  2. İnzibati prosessual fəaliyyətin anlayışı və həyata keçirilmə formaları.

  3. İnzibati xətalar haqqında işlər üzrə icraatın anlayışı və vəzifələri.

  4. İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarının növləri. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquq və vəzifələri.


ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.

  3. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu. 10 iyun 1997-ci il

  4. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 fevral 1998-ci il

  5. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 09.08.1994



Mövzu 9. İnzİbatİ xətalar haqqında İşlər üzrə

İcraatın mərhələlərİ
İnzibati xətalar haqqında işlər üzrə icraatın mərhələsi anlayışı, icraatın etap və mərhələlərinin sistemi. İnzibati xətalar haqqında işlər üzrə icraatın quruluşu (hərəkət, etap, mərhələ, icraat) və onların xarakteristikası.

İnzibati xətalar haqqında işlər üzrə icraata başlama mərhələsinin anlayışı, vəzifələri və onun həyata keçirilməsinin əhəmiyyəti. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblər və əsas. İnzibati xəta haqqında protokol, onun məzmunu, inzibati xəta haqqında protokolun tərtib edilmədiyi hallar. İnzibati araşdırmanın anlayışı, onun aparılmasının əsası və qaydası.

İnzibati xəta haqqında protokolun (prokuror qərarının) baxılması üçün göndərilməsinin, inzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasının və icraata xitam verilməsinin əsası və qaydaları.
Seminar məşğələsinə çıxarılan suallar:


  1. İnzibati xəta haqqında iş üzrə icraatın mərhələsi anlayışı və icraatın etap və mərhələlərinin sistemi.

  2. İnzibati xətalar haqqında işlər üzrə icraata başlama mərhələsinin anlayışı və məzmunu.

  3. İnzibati xətalar haqqında işlərə baxılması mərhələsinin anlayışı və məzmunu.



ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.

  3. “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 22 fevral 1998-ci il.

  4. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  5. V.R.Kisin. Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə. Dərs vəsaiti. Moskva, 1991.

  6. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 09.08.1994.

Mövzu 10. İdarəetmədə qanunçuluğun və İntİzamın

təmİn edİlməsİ Üsulları
Dövlət idarəetməsində qanunçuluğun anlayışı, əhəmiyyəti və onun prinsipləri. Qanunçuluğun təminatının konstitusiya-hüquqi sistemi.

Qanunçuluq reciminin təmin edilməsinin ümumi şərtləri (siyasi, iqtisadi, təşkilati, ideoloci), xüsusi hüquqi və təşkilati-hüquqi (mükafatlandırma, nəzarət, məcburetmə) vasitələri. Dövlət idarəetməsində dövlət intizamının anlayışı, məzmunu və növləri.

İnzibati mülahizənin anlayışı və növləri. Dövlət idarəetməsində qanunçuluğun və inzibati mülahizənin qarşılıqlı əlaqəsi.Dövlət idarəetməsində qanunçuluğun və intizamın təmin edilməsinin üsulları (yoxlama, nəzarət, şikayət vermə) və onların məzmunu.
Seminar məşğələsinə çıxarılan suallar:
1.Dövlət idarəetməsində qanunçuluğun anlayışı, əhəmiyyəti və onun prinsipləri.

2.Dövlət idarəetməsində intizamın anlayışı, məzmunu və növləri.

3. Dövlət idarəetməsində qanunçuluğun və intizamın təmin edilməsinin üsulları və onların məzmunu.

4. İnzibati nəzarət - dövlət nəzarətinin növü kimi.


ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu. 10 iyun 1997-ci il.

  3. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikasının 11 iyun 1999-cu il tarixli Qanunu.

  4. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  5. “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı. 09.08.1994


Mövzu 11. daxİlİ İşlər və ədliyyə sahələrİndə

dövlət İdarəetməsİ
Daxili işlər sahəsində dövlət idarəetməsinin anlayışı, əsas məqsədləri, funksiyaları, formaları və metodları.

Daxili işlər sahəsində dövlət idarəetməsinin konstitusiya-hüquqi əsasları. Daxili işlər sahəsində dövlət idarəetməsinin təşkili və həyata keçirilməsinin hüquqi əsasları.

Daxili işlər sahəsində dövlət idarəetməsinə ümumi rəhbərliyi həyata keçirən orqanlar və onların səlahiyyətləri.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi - daxili işlər sahəsində idarəetməyə bilavasitə rəhbərliyi həyata keçirən orqan kimi. Azərbaycan Respublikası DİN-in hüquqi vəziyyəti, əsas vəzifələri və strukturu. Azərbaycan Respublikası daxili işlər nazirinin səlahiyyətləri.


Seminar məşğələsinə çıxarılan suallar:


  1. Daxili işlər sahəsində dövlət idarəetməsinin anlayışı, məzmunu və hüquqi əsasları.

  2. Daxili işlər orqanlarının əsas vəzifələri, funksiyaları, sistemi və təşkilati quruluşu.

  3. Daxili işlər orqanlarının fəaliyyətinin təşkilati-hüquqi formaları və onların məzmunu.

  4. Ədliyyə sahəsində dövlət idarəetməsinin anlayışı, məzmunu və hüquqi əsasları.

5. Ədliyyə orqanlarının növləri və onların fəaliyyətinin əsas istiqamətləri.

ƏDƏBİYYAT:

  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu. 28.X.1999.

  3. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə” 30 iyun 2001-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir.

  4. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”-nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, 29 iyun 2001-ci il.


Mövzu 12. MİLLİ Təhlükəsİzlİk və müdafİə

sahələrİndə dövlət İdarəetməsİ
Milli təhlükəsizlik sahəsində dövlət idarəetməsinin anlayışı və məzmunu. Milli təhlükəsizlik sahəsində dövlət idarəetməsinin konstitusiya-hüquqi əsasları.

Milli təhlükəsizlik sahəsində dövlət idarəetməsində ümumi rəhbərliyi həyata keçirən orqanlar və onların səlahiyyətləri.

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi - milli təhlükəsizlik sahəsində dövlət idarəetməsini bilavasitə həyata keçirən orqan kimi. Milli təhlükəsizlik orqanlarının fəaliyyətlərinin əsas istiqamətləri.

Azərbaycan Respublikası Dövlət sərhədlərinin mühafizəsi - Milli Təhlükəsizlik Nazirliyinin xüsusi fəaliyyət forması kimi. Dövlət sərhədi anlayışı.


Seminar məşğələsinə çıxarılan suallar:


  1. Milli təhlükəsizlik sahəsində dövlət idarəetməsinin anlayışı və məzmunu.

  2. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi - milli təhlükəsizlik sahəsində dövlət idarəetməsini bilavasitə həyata keçirən orqan kimi.

  3. Azərbaycan Respublikası Dövlət sərhədlərinin mühafizəsi - Milli Təhlükəsizlik Nazirliyinin xüsusi fəaliyyət forması kimi.

  4. Azərbaycan Respublikasının müdafiəsi sahəsində dövlət idarəetməsinin anlayışı və konstitusiya-hüquqi əsasları.

  5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi - müdafiə sahəsində dövlət idarəetməsini bilavasitə həyata keçirən əsas orqan kimi.


ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunu. 09.12.1991-ci il (sonrakı əlavə və dəyişikliklərlə).

  3. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  4. A.M.Staxov. "Administrativnoe otvetstvennost”. Dərs vəsaiti. Moskva, 2004

  5. Popov L.L.Administrativnoe pravo Moskva, 2004.

  6. “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu. 26 noyabr 1993-cü il.

  7. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının 10 iyun 1992-ci il tarixli Qanunu (sonrakı əlavə və dəyişikliklərlə).

Mövzu 13. xarİcİ İşlər sahəsİndə dövlət

İdarəetməsİ
Azərbaycan Respublikasının xarici işlər sahəsində dövlət idarəetməsinin anlayışı, prinsipləri və konstitusiya-hüquqi əsasları. Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi və ona rəhbərlikdə Azərbaycan Respublikası Prezidentinin konstitusiya səlahiyyətləri.

Xarici işlər sahəsində dövlət idarəetməsinə ümumi rəhbərliyi həyata keçirən orqanlar və onların səlahiyyətləri.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - xarici işlər sahəsində dövlət idarəetməsini bilavasitə həyata keçirən orqan kimi.

Xarici işlər sahəsində idarəetməni həyata keçirən orqanların sistemi, fəaliyyətlərinin əsas istiqamətləri və hüquqi əsasları.


Seminar məşğələsinə çıxarılan suallar:
1. Xarici işlər sahəsində dövlət idarəetməsinin anlayışı, prinsipləri və konstitusiya-hüquqi əsasları.

2. Xarici işlər sahəsində dövlət idarəetməsinə ümumi rəhbərliyi həyata keçirən orqanlar və onların səlahiyyətləri.

3. Azərbaycan Respublikasından getməyin və Azərbaycan Respublikasına gəlməyin inzibati-hüquqi nizamlanması. Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədlər, onların növləri və məzmunu.

4. Xarici işlər sahəsində idarəetməni həyata keçirən orqanların sistemi, fəaliyyətlərinin əsas istiqamətləri və hüquqi əsasları.


ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Azərbaycan Respublikasının 13 mart 1996-cı il tarixli Qanunu.

  3. Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikasının 14 iyun 1994-cü il tarixli Qanunu.

4. E.Abdullayev. “ İnzibati hüquq “. Dərslik. Bakı, 2001


Mövzu 14. Təhsil sahəsİndə dövlət İdarəetməsİ
Təhsil sahəsində dövlət idarəetməsinin anlayışı, məzmunu və konstitusiya-hüquqi əsasları.

Təhsil növləri və onların xarakteristikası. Təhsil almanın anlayışı, onun formaları və onların xarakteristikası.

Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi sahəsində dövlət tədbirləri. Təhsil sistemində dövlət siyasəti və onun əsas prinsipləri.

Təhsil sistemində dövlət idarəetməsinə ümumi rəhbərliyi həyata keçirən orqanlar və onların səlahiyyətləri.

Azərbaycan Respublikası Təhsil Nazirliyi - təhsil sahəsində dövlət idarəetməsini bilavasitə həyata keçirən orqan kimi. Təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri və onların fəaliyyətlərinin istiqamətləri.
Seminar məşğələsinə çıxarılan suallar:
1.Təhsil sahəsində dövlət idarəetməsinin, məzmunu və konstitusiya-hüquqi əsasları.

2. Təhsil sistemində dövlət siyasəti və onun əsas prinsipləri.

3. Təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri və onların fəaliyyətlərinin istiqamətləri.
ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. “Təhsil haqqında” Azərbaycan Respublikasının 07 oktyabr 1992-ci il tarixli Qanunu (sonrakı əlavə və dəyişikliklərlə).

  3. D.N.Baxrax. Administrativnoe pravo Rossii. Dərslik. M., 2000.

  4. V.R.Kisin. Administrativnoe pravonaruşenie: ponətie, sostav, kvalifikaüiə. Dərs vəsaiti. Moskva, 1991.

  5. A.M.Staxov. "Administrativnoe otvetstvennost”. Dərs vəsaiti. Moskva, 2004

  6. Popov L.L.Administrativnoe pravo Moskva, 2004.

  7. Monaxin B.M.,Aduşkin Y.S.,Baqişev Rossiyskoe administrativnoe pravo Moskva, 1996.


Mövzu 15. Vergİ və gömrük sahələrİndə dövlət

İdarəetməsİ
Dövlət vergi sahəsində dövlət idarəetməsinin anlayışı, məzmunu və konstitusiya-hüquqi əsasları. Azərbaycan Respublikasında vergi siyasəti.

Vergi sahəsində dövlət idarəetməsinə ümumi rəhbərliyi həyata keçirən orqanlar və onların səlahiyyətləri.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi - vergi sahəsində dövlət idarəetməsini bilavasitə rəhbərliyi həyata keçirən orqan kimi.

Vergi sahəsində fəaliyyət göstərən orqanların sistemi və onların fəaliyyətlərinin əsas istiqamətləri.

Gömrük sahəsində dövlət idarəetməsinin anlayışı, məzmunu və konstitusiya-hüquqi əsasları.

Azərbaycan Respublikasında gömrük siyasəti. Gömrük sahəsində dövlət idarəetməsinə ümumi rəhbərliyi həyata keçirən orqanlar və onların səlahiyyətləri.


Seminar məşğələsinə çıxarılan suallar:

  1. Vergi sahəsində dövlət idarəetməsinin anlayışı, məzmunu və konstitusiya-hüquqi əsasları.

2. Vergi sahəsində fəaliyyət göstərən orqanların sistemi və onların fəaliyyətlərinin əsas istiqamətləri.

3. Gömrük sahəsində dövlət idarəetməsinin anlayışı, məzmunu və konstitusiya-hüquqi əsasları.



4. Gömrük sahəsində fəaliyyət göstərən orqanların sistemi və onların fəaliyyət istiqamətləri.
ƏDƏBİYYAT:


  1. Azərbaycan Respublikasının Konstitusiyası.

  2. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi.

  3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi.

  4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu. 11.07.2000.

  5. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30.08.2000-ci il tarixli Fərmanı.


I. “İNZİBATİ HÜQUQ” KURSUNUN TƏDRİSİNƏ AYRILAN SAATLARIN BÖLGÜSÜ




Mövzunun adı

Ümumi

Mühazirə

Məşğələ

1

İnzibati hüququn anlayışı, xüsusiyyətləri və mənbələri

4

2

2

2

İnzibati-hüquqi münasibətləri

4

2

2

3

İcra hakimiyyəti orqanları və dövlət qulluqçuları

4

2

2

4

İnzibati məsuliyyət və inzibati xəta

4

2

2

5

İnzibati tənbehlər və onların tətbiq edilməsi qaydası

4

2

2

6

Ayrı-ayrı inzibati xəta növlərinə görə inzibati məsuliyyət

4

2

2

7

İnzibati hüquqda intizam və maddi məsuliyyət

4

2

2

8

İnzibati xətalar haqqında işlər üzrə icraatın ümumi xarakteristikası

4

2

2

9

İnzibati xətalar haqqında işlər üzrə icraatın mərhələləri

4

2

2

10

İdarəetmədə qanunçuluğun və intizamın təmin edilməsinin üsulları

4

2

2

11

Daxili işlər və ədliyyə sahələrində dövlət idarəetməsi

4

2

2

12

Milli təhlükəsizlik və müdafiə sahələrində dövlət idarəetməsi

4

2

2

13

Xarici işlər sahəsində dövlət idarəetməsi

4

2

2

14

Təhsil sahəsində dövlət idarəetməsi

4

2

2

15

Vergi və gömrük sahələrində dövlət idarəetməsi

4

2

2



Cəmi

60

30

30




Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə