115. Bələdiyyə üzvünün səlahiyyət müddəti neçə ildir ?
A) beş ildir.
B) Ömürlükdür
C) Üç ildir
D) On ildir
E) Dörd ildir
116. Bələdiyyə üzvlərinin səlahiyyətləri hansı hallarda itirilmiş hesab edilir. (biri yanlış cavabdır) ?
A) Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etdikdə, təkliflər və düzəlişlər verdikdə.
B) barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda;
C) fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
D) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda, başqa dövlətin vətəndaşlığını qəbul etdikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
E) məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə
117. Bələdiyyə üzvlərinin səlahiyyətlərinə hansı hallarda xitam verilir (biri yanlış cavabdır) ?
A) Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilmir.
B) Bələdiyyə seçkiləri zamanı səslərin düzgün hesablanmadığı aşkar edildikdə.
C) öz arzusu ilə bələdiyyə üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə
D) bələdiyyə üzvlüyünə namizədlər üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə
E) qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında məsul vəzifə tutduqda və ya bələdiyyə qulluqçusu kimi vəzifə tutduqda
118. Seçki əraziləri üzrə əhalisi 500-dən az olan ərazilərdə hansı sayda bələdiyyə üzvü seçilir ?
A) 5 bələdiyyə üzvü
B) 3 bələdiyyə üzvü
C) 6 bələdiyyə üzvü
D) 8 bələdiyyə üzvü
E) 10 bələdiyyə üzvü
Dostları ilə paylaş: |