184.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusu barəsində hansı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilməz?
A) bir il müddətinədək vəzifə maaşının 10 faizindən 50 faizinədək azaldılması;
B) həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi;
C)daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;
D) ixtisas dərəcəsinin bir pillə aşağı salınması.
E) bir il müddətinədək vəzifə maaşının 10 faizindən 30 faizinədək azaldılması
185.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bu Qanun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda dövlət quluqçusunun yazılı izahat verməkdən imtina etdikdə bu halda hansı tədbir görülə bilər?
A) imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur;
B) bu halda xidməti yoxlamaya xitam verilir;
C) bu halda məhkəmə qaydasında həll olunur;
D) bu halda həmkarlar ittifaqında araşdırma davam etdirilir.
E)bu halda imtina rəsmiləşdirilmir
186.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən neçə ay keçənədək verilə bilər?
A)1;
B) 3;
C) 4;
D)2.
E)5
187.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən sonrakı müddətə daxil edilir?
A) üzürsüz səbəbə görə işdə olmadığı dövr.
B) ezamiyyətdə olduğu dövr;
C) əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt;
D) dövlət qulluqçusunun məzuniyyətdə olduğu dövr;
E) üzürsüz səbəbə görə işdə olduğu dövr.
188.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən hansı müddətə müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar?
A) 7 iş günü;
B) 5 günü;
C) 10 iş günü;
D)7 gün.
E) 3 iş günü
189.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən müvafiq icra hakimiyyəti orqanına şikayət verildikdə bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri hansı müddətdə ləğv edilməli və ya qüvvədə saxlanılmalıdır?
A) 10 iş günü;
B) 10 gün;
C)7 iş günü;
D) 7 gün.
E) 5 iş günü
Dostları ilə paylaş: |