172.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı dövlət qulluqçusunun əsas vəzifələrindəndir?
A) qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;
B)rəhbərlərin istənilən əmrlərini, sərəncamlarını və göstərişlərini yerinə yetirməli;
C)qulluq keçdiyi orqanın rəhbərinə hər il fərdi münasibətləri barədə məlumatları təqdim etməli;
D)milli dini davranış qaydalarına əməl etməli.
173.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı dövlət qulluqçusunun əsas hüquqlarına aid deyil?
A) elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq;
B)dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb etmək;
C) vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazimi informasiya və materiallar tələb etmək və almaq;
D) dövlət məvacibi almaq.
Dostları ilə paylaş: |