181.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət qulluqçusunun pensiyasının məbləği nədən asılıdır?
A) dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən.
B)yalnız dövlət qulluğunda xidmət illərindən;
C)əmək stajından və məvacibinin məbləğindən;
D) yalnız dövlət məvacibinin məbləğindən;
E)Əmək stajından
182.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi neçə ildir?
A) 5;
B) 7;
C) 20;
D) 15.
E)12
183.“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılardan hansı doğru deyil?
A) dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilmir;
B) dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır;
C) müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir;
D)dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtəfli mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
E) dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir
Dostları ilə paylaş: |