324.Qəbul edən dövlət tərəfindən şəxsin konsul kimi vəzifəyə
başlamasına icazə verilməsi necə adlanır?
a) kumulyasiya; b) aqreman; c) ekzekvatura; d) övdətnamə;
e) prolonqasiya.
325.Müqavilənin quruluşunu düzgün sıra ilə düzün.
1. müqavilənin adı;
2. əsas hissə;
3. yekun hissə;
4. preambula;
5.səlahiyyətli şəxslərin imzaları;
6.əlavələr.
a) 1-4-2-3-5-6; b) 1-5-3-6-2-4; c) 4-3-6-5-1-2; d) 2-3-5-6-1;
e)2-4-5-6-1-3.
326.Bir ərazinin başqa dövlətə keçdiyi zaman həmin ərazidə yaşamış
əhalinin dövlət mənsubiyyətinin avtomatik dəyişməsi beynəlxalq
hüquqda hansı terminlə ifadə olunur?
a) naturalizasiya; b) reinteqrasiya; c) apatrizm; d) optasiya; e)
transfert.
327.Jus cogens norması üçün səciyyəvi deyil:
a)ümumi beynəlxalq hüquq normasıdır;
b)dispozitiv normadır;
c)geriyə çəkilmək yolverilməzdir;
d)eyni xarakterli jus cogens norması qəbul etməklə dəyişdirilə
bilər;
e)dünya birliyi tərəfindən qəbul edilir və tanınır.
Dostları ilə paylaş: |