371.XIX əsrdə Latın Amerikasında formalaşmış və 1986-cı ildə
Burkina Faso/Mali işində BMT-nin Beynəlxalq Məhkəməsi
tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə
edilmiş uti possidetis prinsipinin məğzi nədən ibarətdir?
a) beynəlxalq müqaviləni yerinə yetirmədiyinə bəraət
qazandırmaq üçün dövlət öz daxili hüququnun müddəalarına
istinad edə bilməz;
b) dövlətlər öz mübahisələrini onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız və yalnız dinc vasitələrlə həll etməlidirlər;
c) dövlətin daxili yurisdiksiyasında olan işlərə başqa dövlətlər qarışa bilməz;
d) müstəmləkə və ya federasiya subyektlərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz;
e)dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi və sosial sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir.
Dostları ilə paylaş: |