389.Dövlətin şəxsə sığınacaq hüququ verməsi ilə yaranan hüquqi
nəticələrə aid deyil:
a)Dövlət sığınacaq verdiyi şəxsi geri verə bilməz;
b)Dövlət istənilən halda sığınacaq verdiyi şəxsi başqa dövlətə verə
bilər;
c)Dövlət sığınacaq verdiyi şəxsə başqa ölkədə hüquqları pozulan
zaman diplomatik müdafiə təmin edə bilər;
d)Dövlət sığınacaq verdiyi şəxsin fəaliyyətinə görə məsuliyyət
daşıyır;
e)Dövlət sığınacaq verdiyi şəxsin zorakılıq aktı törətməsinə yol
verməməlidir.
390.Azərbaycan Respublikası beynəlxalq-hüquq normalarının hansı
implementasiya formasına üstünlük verir?
A) Resepsiya.
B) Birbaşa transformasiya.
C) İnkorporasiya.
D) Dolayı transformasiya.
E) Göndərmə.
391.Əcnəbilərin Azərbaycan Respublikasına gəlməsini qadağan edən
hallar hansılardır?
1. Fövqəladə vəziyyət tətbiq olunması.
2. Onun haqqında cinayət axtarışı elan olunubsa.
3. Milli təhlükəsizliyin, yaxud ictimai asayişin mühafizəsi
mənafeyi tələb edirsə.
4. Bu, Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin
hüquqlarının və qanuni mənafelərinin qorunması üçün zəruridirsə.
5. Ruhi və yoluxucu xəstəliyə tutulmuş şəxsin Azərbaycan
Respublikasına gəlməsi əhalinin sağlamlığı üçün təhlükə
törədirsə.
A) 3, 4
B) 1, 2, 4
C) 3, 4, 5
D) 1, 2, 4, 5
E) 1, 2, 3, 5
Dostları ilə paylaş: |