399.Aşağıdakılardan biri tam və ya qəti imzalama hesab olunur:
a)paraflama; b)ratifikasiya; c)təsdiq etmə;
d)şərti imza atma; e)qəbul etmə.
400.Delimitasiya nədir?
a)sərhədin müqavilə əsasında dəqiqləşməsi;
b)sərhədlərin xüsusi sərhəd nişanları vasitəsi müəyyən olunması;
c)sərhəd zonasının müəyyən olunması;
d) müharibə zamanı sərhədlərin dəyişilməsi;
e)beynəlxalq çaylarda sərhədlərin müəyyən olunması.
401.Tabula rasa prinsipinin mahiyyəti nədir?
a)yeni müstəqil dövlət əvvəllər asılı olduğu dövlətin iştirakçısı
olduğu müqavilədən azaddır;
b) dövlətlər öz mübahisələrini onların xarakterindən və
mənşəyindən asılı olmayaraq, yalnız və yalnız dinc vasitələrlə həll
etməlidirlər;
c) dövlətin daxili yurisdiksiyasında olan işlərə başqa dövlətlər
qarışa bilməz;
d) müstəmləkə və ya federasiya subyektlərinin əvvəlki sərhədləri
yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq
razılıq olmadan dəyişilə bilməz;
e)dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi və sosial
sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir.
Dostları ilə paylaş: |