491. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimdir?
a) Prezident
b) Baş Qərargah rəisi
c) Müdafiə naziri
d) Baş nazir
e) Daxili işlər naziri
492. AR-nın dövlət sərhədləri necə dəyişdirilə bilər?
a) AR Prezidentinin Fərmanı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında
b) Konstitusiya Qanunu ilə
c) AR Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında
d) AR Prezidentinin Fərmanı ilə
e) AR Prezidentinin Sərəncamı ilə
493. AR-da mülkiyyət necə müdafiə olunur?
a) Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
b) Mülkiyyət sahibkarlara məxsusdur və beynəlxalq sazişlərlə qorunur
c) Mülkiyyət yalnız dövlətə məxsusdur və dövlət tərəfindən müdafiə olunur
d) Mülkiyyət toxunulmazdır və beynəlxalq təşkilatlar tərəfindən qorunur
e) Mülkiyyət toxunulmazdır və beynəlxalq qurumlar tərəfindən qorunur
494. AR Konstitusiyasına əsasən mülkiyyət hansı növlərdə ola bilər?
a) Dövlət, bələdiyyə və xüsusi
b) Dövlət, xüsusi və bələdiyyə
c) Dövlət, sahibkar və bələdiyyə
d) Dövlət, bələdiyyə və ümumi
e) Dövlət, özəl və bələdiyyə
495. Təbii ehtiyatlar kimə məxsusdur?
a) Azərbaycan Respublikasına
b) Azərbaycandakı fiziki və hüquqi şəxslərə
c) Azərbaycan dövlətinə
d) Azərbaycan xalqına
e) Azərbaycan millətinə
496. Cəmiyyətin əsas özəyini nə təşkil
edir?
a) Ailə
b) Fərdi şəxslər
c) Uşaqlar
d) Valideynlər
e) Dövlət
497. Ailə kimin himayəsindədir?
a) Dövlətin
b) Birləşmiş Millətlər Təşkilatının
c) Beynəlxalq təşkilatların
d) Heç biri
e) Hər biri
498. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək kimin borcudur?
a) Valideynlərin
b) Dövlətin
c) Milli uşaq təşkilatlarının
d) Heç biri
e) Hər biri
499. Uşaqları hansı fəaliyyətə cəlb etmək qadağandır?
1. Həyatına təhlükə törədə bilən
2. Normal inkişafına təhlükə törədə bilən
3. Sağlamlığına təhlükə törədə bilən
4. Əqli inkişafına təhlükə törədə bilən
5. Mənəviyyatına təhlükə törədə bilən
a) 1,3,5 b) 2,3,5 c) 2,4,5 d) 1,2,5 e) 2, 4, 6
500. Uşaqlar neçə yaşında işə götürülə bilərlər?
a) 15 b) 18 c) 16 d) 21 e) 17
“İnxibati idarəetmə”
kafedrasınıln müdiri: prof. Məmmədov F.Ə.
Hazırladı: b/m. Əlizadə Ş.S.
Dostları ilə paylaş: |