402.Müqavilənin məcburiliyinə öz razılığını vermiş dövlət və
müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət necə adlanır?
a)üçüncü dövlət; b)razılaşan dövlət; c)tərəf olan
dövlət; d)iştirakçı dövlət; e)danışıq aparan dövlət;
403.Demarkasiya nədir?
a)sərhədin müqavilə əsasında dəqiqləşməsi;
b)sərhədlərin xüsusi sərhəd nişanları vasitəsi müəyyən olunması;
c)sərhəd zonasının müəyyən olunması;
d) müharibə zamanı sərhədlərin dəyişilməsi;
e)beynəlxalq çaylarda sərhədlərin müəyyən olunması.
405.Nota və ya məktub göndərilməsilə müqavilənin məcburiliyinə
razılığın ifadə olunması adlanır.
A)sənədlərin mübadiləsi C)ratifikasiya E)təsdiq etmə
B)qoşulma D)qəbul etmə
406.Digər dövləti xəbərdar etməklə müqavilədən imtina edilməsi
adlanır
A)denonsasiya C)ratifikasiya E)lex posteriori
B)prolonqasiya D)ekzekvatura
407.Aşağıdakılardan biri insan hüquqları sahəsində beynəlxalq
hüququn roluna aid deyildir ?
A) İnsan hüquqlarının təbii xarakter daşıması və dövlətin
qanunvericiliyindən kənar və ondan asılı olmayaraq mövcud
olmasını bəyan etmək
B) İnsan hüquqlarının beynəlxalq-hüquqi müdafiəsi təmin etmək
C) Əsas insan hüquq və azadlıqlarının “kataloqunu” müəyyən
etmək;
D) Dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərinin yerinə
yetirilməsinə nəzarət mexanizmləri müəyyən etmək
E) Fərdi cinayət məsuliyyətini müəyyən etmək.
408.Ümumdünya insan hüquqları Bəyannaməsinə aid deyil?
A) İlk dəfə İnsan hüquqlarının “beynəlxalq kataloqunu” müəyyən
olunması;
B) 1948 –ci ildə BMT Baş Assambleyasının 217saylı qətnaməsi
ilə qəbul olundu;
C) 30 maddədən ibarət olub dövlətlər üçün məcburi öhdəliklər
müəyyən edib;
D) Vətəndaş və siyasi hüquqlardan başqa həmçinin sosial,iqtisadi
və mədəni hüquqlar da təsbit olunub;
E) Bəyannamənin müddəaları hüquqi adət kimi hamılıqla tanınıb.
409.“İnsan hüquqlarının üç nəsil “konsepsiyasına kim işlədib?
A) K.Vasak. B) J.Pikte C) H. Kelzen; D) N.Cigar; E) R. Abeyratne.
410.Maddi öhdəliklərin hansı növündə dövlətin üzərinə qoyulan
öhdəlik onun əksi olan öhdəliyi yaradır?
A) Ümumi və konkret öhdəliklər;
B) Pozitiv və neqativ öhdəliklər;
C) Nəticə və davranış öhdəliklər
D) Dərhal və tədricən yerinə yetirilməli olan öhdəliklər
E) müqavilə və beynəlxalq adətdən törəyən öhdəliklər.
411."Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiya neçənci ildə qəbul olunub?
A)1945; B)1949; C) 1956; D) 1948; E) 1951.
412.ATƏT-in başlıca məqsədlərinə aid deyil?
A) Uzunmüddətli sülhün təmin edilməsi üçün şəraitin yaradılması;
B) Təhlükəsizlik, tərksilah;
C) İqtisadi, mədəni, sosial ,insan hüquqları sahəsində əməkdaşlıq;
D) İşgəncənin və qeyri- insani və ya insan ləyaqətini alçaldan
rəftarın qarşısının alınması;
E) münaqişəli situasiyaların qarşısının alınması.
413. Satisfaksiya nədir?
A) Qeyri-maddi məsuliyyət; B) təkrar etməmə təminatı;
C) Zərərin pulla ödənilməsi;
D) təqsirin etiraf olunması;
E) ilkin vəziyyətin bərpası.
414.Bəşəriyyətin ümumi irsi élan olunmuş hissələri tapın:
1. Ay və onun təbii ehtiyatları; 2.kontinental self; 3.dəniz dibi
rayon və ehtiyatları; 4. bitişik zona.
A) 1-2; B) 1-3; C) 1-4; D) 2-3; E) 2-4.
415. “Müharibə qurbanlarının müdafiəsinə dair” Cenevrə
Konvensiyası neçənci ildə qəbul olunub?
A) 1978; B) 1949; C) 1956; D) 1945; E) 1966.
416.Avropa Şurası Parlament Assambleyasının səlahiyyətinə aid
deyildir?
A) Avropa Şurasının Baş Katibinin seçilməsi;
B) Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin
seçilməsi;
C) Konfranslar, kollokviumlar təşkil edilməsi;
D) Cari büdcənin təsdiq edilməsi;
E) Qanunverici səlahiyyətinin olmaması.
417.Restitusiya nədir?
A) Qeyri-maddi məsuliyyət; B) təkrar etməmə təminatı;
C) Zərərin pulla ödənilməsi;
D) təqsirin etiraf olunması;
E) ilkin vəziyyətin bərpası.
418.1982-ci il tarixli Dəniz hüququ üzrə BMT Konvensiyasına əsasən
tarixi körfəzlər (Rusiyada Böyük Pyotr körfəzi, Kanadada Hudzon
körfəzi, Norveçdə Varangerford körfəzi) aiddir:
A) Daxili dəniz sularına B) Açıq dənizə C) Kontinental şelf
ərazilərinəD) Qapalı dəniz zolağına E) Heç birinə aid deyil.
419.“Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması
haqqında” Konvensiya neçənci ildə qəbul olunub?
A) 1978; B)1949; C)1956; D) 1945; E) 1973.
420.Bunlardan biri Mülki Aviasiya sahəsində fəaliyyət göstərən
təşkilat deyil:
A) İKAO; B) EKAK; C) KOKESNA ; D)ASEKNA; E)
İNMARSAT.
421.Bunlardan hansı açıq dənizə aid deyil?
A) Dənizin dibinin azad mənimsənilməsi;
B) Azad gəmiçilik;
C) Azad uçuş;
D) Azad balıqçılıq.;
E) Azad süni adaların ucaldılması.
422.Cenevrə Konvensiyasına əlavə protokollar neçənci ildə qəbul
olunub?
A) 1949; B) 1966; C)1977; D) 1978; E) 1982
423.Universal səviyyədə mövcud olan müqavilə mexanizmlərinə aid
deyil:
A) İnsan hüquqları komitəsi;
B) Uşaq hüquqları komitəsi
C) İşgəncə əlehinə komitə;
D) Avropa insan hüquqları məhkəməsi;
E) Üçlər qrupu.
424.Beynəlxalq kosmos hüququna görə kosmik fəzanın aşağı sərhədi,
yəni hava fəzası ilə kosmik fəzanı ayıran xətt dəniz səviyyəsindən
təxminən neçə kilometr hündür¬lükdə müəyyən olunmuşdur?
A) 100 km; B) 1000 km; C) 10 km; D) 10000 km; E) 100000 km.
425.“Kosmonavtların xilas edilməsi ,kosmonavtların qaytarılması və
kosmik fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında”
Saziş neçənci ildə qəbul olunub?
A) 1968; B) 1972; C) 1963; D) 1949; E) 1978.
426. Regional səviyyədə mövcud olan müqavilə mexanizmi hansıdır?
A) İnsan hüquqları komitəsi;
B) Uşaq hüquqları komitəsi;
C) İşgəncə əlehinə komitə;
D) Avropa İnsan Hüquqları Məhkəməsi;
E) Üçlər qrupu.
427. Dövlətlərin məsuliyyətini istisna edən hallara aid deyil:
A) razılıq; B) fəlakət; C) son zərurət; D) restitusiya; E) forsmajor.
428.“Dəniz hüququ üzrə" BMT Konvensiyası neçənci ildə qəbul
olunub?
A) 1967; B) 1958; C) 1982; D) 1949; E) 1978.
429. Hansı komitə fərdi şikayətlərə baxmır?
A) İnsan hüquqları komitəsi;
B) İrqi ayrı-seçkiliyin ləğvi üzrə komitə;
C) İşgəncə əlehinə komitə;
D) Avropa İnsan Hüquqları Məhkəməsi
E) Üçlər qrupu.
430.BMT-yə üzv olmayan dövlətlər BMT Beynəlxalq Məhkəməsinin
Statutunun iştirakçısı ola bilərmi?
A) ola bilməz;
B) ola bilər;
C) Beynəlxalq Məhkəmənin müəyyən etdiyi şərtlərlə ola bilər;
D) Baş Məclisin müəyyən etdiyi şərtlərlə ola bilər;
E) Təhlükəsizlik şurasının razılığı ilə ola bilər.
431.“Qadınlara qarşı irqi ayrı – seçkiliyin bütün formalarının ləğv
edilməsi haqqında” Konvensiya neçənci ildə qəbul olunub?
A)1950; B) 1972; C) 1979; D)1949; E) 1978.
432.Avropa İnsan Hüquqları Məhkəməsi üçün səciyyəvidir?
A) Universal səviyyədə mövcud olan müqavilə mexanizmidir;
B) Ümumdünya İnsan Hüquqları Bəyannaməsi əsasında yaradılıb;
C) BMT-nın məhkəmə orqanıdır;
D) Yalnız dövlətlərarası şikayətlərə baxır;
E) Məhkəmənin qərarları qətidir və tərəflər onu icra etməlidir.
433.Kosmik obyektlərin Reyestrini hansı orqan aparır?
A) BMT Baş Katibi ; B) İNTELSAT C) BMT Baş assambleyası;
D) ARABSAT; E) İKAO.
434.Ekstradisiya nədir?
A) cinayətkarın verilməsi;
B) cinayətkarın cəzalandırılması ;
C) cinayətkarın azad olunması;
D) cəzanın yüngülləşdirilməsi;
E) beynəlxalq xarakterli cinayət.
435.“İnsan hüquqları və azadlıqları haqqında” Avropa Konvensiyası
neçənci ildə qəbul olunub?
A) 1950; B) 1972; C) 1963; D)1949; E) 1978.
436.Aşağıdakılardan hansı qeyri-müqavilə mexanizmidir?
A) İnsan hüquqları üzrə BMT Ali Komssarı ;
B) Üçlər qrupu;
C) İşgəncə əlehinə komitə ;
D) Uşaq hüquqları komitəsi ;
E) İqtisadı ,Sosial və Mədəni hüquqlar üzrə komitə
437.1976 və 1992-ci il tarixli konvensiyalar müvafiq olaraq hansı
dənizlərin çirklənmədən qorunması haqqındadır?
A) Qırmızı və Sarı dənizin; B) Adriatik və Oxot dənizinin;
C) Baltik və Şimal dənizinin; D) Ölü və Xəzər dənizinin;
E) Aralıq və Qara dənizin.
438.Ümumdünya İnsan Hüquqları bəyannaməsi neçənci ildə qəbul
olunub?
A)1950; B) 1972; C) 1948; D)1949; E) 1978.
440.Aşağıdakılardan hansı qeyri-müqavilə mexanizmi deyil?
A) İnsan hüquqları üzrə BMT Ali Komssarı;
B) Tematik mexanizmlər;
C) “1503 proseduru”;
D) BMT sistemində köməkçi mexanizmlər;
E) Afrika insan və xalqların hüquqları komissiyası.
441.Avropa İnsan Hüquqları Məhkəməsi hansı Konvensiya üzrə
pozulmuş hüquqlarla bağlı şikayətlərə baxır?
A) Avropa İnsan hüquqları Konvensiyası;
B) Ümumdünya İnsan Hüquqları Bəyannaməsi;
C) Uşaq hüquqları haqqında Konvensiya;
D) Dəniz hüququ üzrə BMT Konvensiyası;
E) Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması
haqqında Konvensiya .
442.Beynəlxalq iqtisadi hüquq sahəsində iqtisadi əməkdaşlığın həyata
keçirilməsi üçün hüquqi əsas rolunu oynayan hüquqi rejimlər hansılardır?
1. Ən əlverişli rejim; 2. Milli rejim; 3. Xüsusi rejim;
4. Preferensial rejim; 5. Universal rejim.
A) 1-2-4; B) 2-3-4; C) 1-2-3; D) 1-3-4; E) 2-4-5.
443.Martens klauzulası hansı konvensiyada öz əksini tapmışdır?
A)Haaqa Konvensiyası; B) Cenevrə Konvensiyası; C) Vyana
Konvensiyası; D) Çikaqo Konvensiyası; E) heç biri.
444.“Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin
qarşısının alınması haqqında” Konvensiyası neçənci ildə qəbul
olunub?
A) 1945; B) 1972; C) 1963; D)1949; E) 1978.
445.Beynəlxalq humanitar hüquqa aid deyil:
A) Haaqa Konvensiyası;
B) Cenevrə hüququ;
C) Martens klauzulası;
D) Çikaqo Konvensiyası;
E) Mədəni mülkiyyətin mühafizəsi.
446.«Genosid» terminini ilk dəfə kim işlətmişdir?
A) R. Lemkin; B) J. Pikte; C) H. Kelzen; D) N.Cigar; E)
R. Abeyratne.
447.Avropa İttifaqının ali məhkəmə orqanı olan Avropa
Məhkəməsinin neçə hakimi və vəkili var?
A) 12 hakim və 4 vəkil;
B) 10 hakim və 5vəkil;
C) 15 hakim və 9 vəkil;
D) 15 hakim və 5 vəkil;
E) 11hakim və 5 vəkil.
448 Beynəlxalq Valyuta Fondu neçənci ildə yaradilib?
A) 1945; B) 1967; C) 1963; D)1949; E) 1978.
449.Mülki şəxsləri kombatantlardan fərqləndirən cəhətlər
hansılardır?
1.Mülki şəxslər döyüş əməliyyatında iştirak etmir;
2. Mülki şəxsləri hücuma məruz qoymaq qadağandır;
3. Əlinə silah götürmək hüququ yoxdur;
4.Düşmənə qarşı silah işlətmək hüququ vardır;
5.Hərbi əsir statusuna malikdirlər.
A) 1-2-5; B)1-3-4; C) 1-2-3; D)3-4-5; E) 2-4-5.
450.Beynəlxalq cinayət hüququ tarixində ilk dəfə genosidlə bağlı
hökm çıxarmış tribunal hansıdır?
A) Tokio; B) Nur nberq; C) Yuqoslaviya; D) Ruanda; E)
Beynəlxalq cinayət məhkəməsi.
451.Beynəlxalq Dəniz Təşkilatına aid deyil:
A) Beynəlxalq Dəniz Təşkilatının əsas orqanlarından biri olan
Məclis təşkilatın büdcəsini qəbul edir;
B) Şura Təşkilatın inzibati orqanı olub,32 dövlətin
nümayəndələrindən 5 illiyə seçilir;
C) Katiblik Təşkilatın bütün orqanlarının fəaliyyətini
əlaqaələndirir,6 komitədən ibarətdir;
D) Xüsusi məsələlərin həllini sürətləndirmək və asanlaşdırmaq
üçün Şuranın nəzdində 11 alt komitə fəaliyyət göstərir;
E) Mənzil –qərargahı Londonda yerləşir.
452.Müharibənin sona yetməsinin hüquqi nəticələrinə aid deyil:
A) Diplomatik münasibətlərin bərpası;
B) Hərbi əsirlərin dəyişdirilməsi;
C) Ərazi məsələsinin həlli;
D) Məsuliyyət məsələsi;
E) Mədəni mülkiyyətin mühafizəsi.
453.Kosmos hüququnun mənbəyi hesab edilən 1979-cu il tarixli
beynəlxalq müqavilə nə haqqındadır?
A) Kosmonavtların xilas edilməsi, kosmonavtların qaytarılması və
kosmik fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında;
B) Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq
məsuliyyət haqqında;
C) Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında;
D) Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya
istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan
edilməsi haqqında;
E) Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti
haqqında.
454.Universal yurisdiksiya prinsipi hansı cinayətə tətbiq olunmur?
A)təcavüz; B) genosid; C) beynəlxalq terrorizm ; D) müharibə
cinayətləri; E) BMT heyətinə qarşı cinayətlər
455. Bunlardan hansı Avropa İttifaqının təsis aktıdır?
A) Lüksemburq müqaviləsi;
B) Roma müqaviləsi;
C) Maastrixt müqaviləsi;
D) Amsterdam müqaviləsi;
E) Vahid Avropa aktı.
456.Beynəlxalq humanitar hüquqda kombatant statusuna malik deyil:
A) Hərbi müxbirlər ;
B) Muzdlu əsgərlər ;
C) Hərbi təyyarələrin ekipajına daxil edilmiş mülki şəxslər;
D) Ordunu müşaiət edən, lakin silahlı qüvvələrin tərkibinə
bilavasitə daxil olmayan şəxslər;
E) Silahlı qüvvələrin məişət xidməti ilə məşğul olan və bununla
bağlı müvafiq icazəsi və sənədi olan şəxsi heyət.
457.1944-cü ildə imzalanmış Çikaqo Konvensiyası nə haqqındadır?
A) Beynəlxalq mülki aviasiya haqqında;
B) Ozon qatının mühafizəsi haqqında;
C) Təbiətin və təbii ehtiyatların qorunub saxlanması haqqında;
D) Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı
sınaqlarının qadağan edilməsi haqqında;
E) Vətəndaşlıq haqqında qanunların kollizasiyasına aid bəzi
məsələlər haqqında.
458.Avropa İttifaqında Şura və Komissiyanın qəbul etdiyi hansı hüquqi aktlar həm üzv – dövlətlər , həm də onların fiziki və hüquqi şəxsləri üçün məcburidir?
A) Qərarlar (reqlamentlər);
B) Direktivlər;
C) Qətnamələr;
D) Tövsiyələr ;
E) Rəylər.
459.Beynəlxalq humanitar hüquq normaları tətbiq olunmur:
A) Daxili gərginlik hallarına, daxili iğtişaşları və sporadik
zorakılıq aktlarına;
B) Beynəlxalq silahlı münaqişələrə;
C) Qeyri-beynəlxalq xarakterli (daxili) silahlı münaqişələrə;
D) Qarışıq silahlı münaqişələrə;
E) Sadalanan bütün hallara tətbiq olunur.
460.Bitişik zona növlərini seçin:
1. Müstəsna iqtisadi zona;
2. Fiskal zona;
3. İmmiqrasiya zona;
4. Gömrük zonası;
5. Sanitar zona;
6 .Kontinental şelf.
A) 1-2-3; B) 1-3-6; C) 2-3-5; D) 4-5-6; E) 1-4-5.
461.Beynəlxalq cinayətlərə aid deyil:
A) İnsanın ləyaqətinə qarşı yönəlmiş cinayətlər;
B) Sülh və bəşəriyyətin təhlükəsizliyi əlehinə yönəlmiş cinayətlər;
C) Mülkiyyət əlehinə olan cinayətlər;
D) Hava nəqliyyatının təhlükəsizliyi əlehinə olan cinayətlər;
E) Açıq dəniz və kontinental şelf rejminə qarşı cinayətlər.
462.Ərazi dənizi üçün səciyyəvi deyil:
A) Eni 12 dəniz milidir;
B) Əcnəbi gəmiləri qabaqcadan icazə almaqla keçə bilər;
C) Dövlətin quru ərazisinə və daxili sularına bitişikdir;
D) Ərazi dənizinin hüquqi rejimi milli qanunvericiliklə müəyyən
edilir;
E) Sahilyanı dövlət dəniz dəhlizləri müəyyən edə bilər.
463.Qadağan edilmiş vasitələrə aid deyil:
A) Nüvə silahı; B) Bədəndə aşkar edilməyən qəlpələr;
C) Yastılanan güllələr; D) Kimyəvi silah; E) Nizə.
464.Dövlət aktı doktrinasının mahiyyəti necədir?
A) Beynəlxalq cinayət törətməyə görə fərdin cinayət məsuliyyətini
müəyyən edir;
B) Beynəlxalq cinayətə görə dövlət təqsirli bilinir və icraçıların
fərdi təqsiri istisna olunur;
C) Beynəlxalq cinayət törətməyə görə əmr verən şəxs məsuliyyətə
cəlb olunur;
D) Beynəlxalq cinayət törətməyə görə icraçı məsuliyyətə cəlb
olunur;
E) Əməli törədən şəxs milli məhkəmələr tərəfindən məsuliyyətə
cəlb olunur.
465.Kombatantla mülki şəxsi fərqləndirən meyarlara aid deyil:
A) Davranış ; B) Hücumdan müdafiə; C) Hüquqlar ; D) Hərbi
əsir statusu; E) Məsuliyyət.
466.Beynəlxalq Mülki Aviasiya Təşkilatın sturuktruna aid deyildir?
A) Katiblik;
B) Avianəqliyyat komitəsi;
C) Aeronaviqasiya komissiyası;
D) Dəniz daşımaları üzrə komitə;
E) Aeronaviqasiyanin dəstəklənməsi məsələləri üzrə birgə komitə.
467.Beynəlxalq iqtisadi hüququn subyektlərinə aid deyil:
A)Dövlət; B) Transmilli korrporasiya; C) Azad ticarət zonaları;
D) Gömrük ittifaqları; E) Həmkarlar ittifaqı.
468.“Beynəlxalq humanitar hüquq” termini kim tərəfindən hüquq
leksikonuna daxil edilib?
A) R. Lemkin; B) J. Pikte; C) H.
Kelzen; D) N.Cigar; E) R. Abeyratne.
469.İqtisadi əməkdaşlığa dair ikitərəfli müqavilələrə aid deyil:
A) Çərçivə xarakterli siyasi müqavilələr;
B) Ticarət müqavilələri;
C) Texniki yardım göstərmək haqqında sazişlər;
D) İstehsal sahəsində əməkdaşlığa dağr sazişlər;
E) İnteqrasiya haqqında sazişlər.
470.Beynəlxalq mübahisələrin nizama salınmasının məhkəmə
vasitəsini seçin.
A) Beynəlxalq arbitraj,beynəlxalq məhkəmə;
B) Danışıqlar, vasitəçilik;
C) Xeyirxah xidmətlər, beynəlxalq arbitraj;
D) Araşdırma, beynəlxalq məhkəmə;
E) BMT çərçivəsində nizamasalma.
471.1976 və 1992-ci il tarixli konvensiyalar müvafiq olaraq hansı
dənizlərin çirklənmədən qorunması haqqındadır?
A) Qırmızı və Sarı dənizin;
B) Adriatik və Oxot dənizinin;
C) Baltik və Şimal dənizinin;
D) Ölü və Xəzər dənizinin;
E) Aralıq və Qara dənizin.
472. Azərbaycan xalqı nə ilə bağlı məsələləri referendum yolu ilə həll edə bilər?
a) Hüquqları və mənafeləri
b) Fövqəladə vəziyyət
c) Azadlıqları
d) Təhlükəsizlik məsələləri
e) Vəzifələri
473. Hansı məsələlər yalnız referendumla həll oluna bilər?
1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi
2) Vətəndaşlıq məsələlərinin həlli
3) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
4) Fövqəladə və hərbi vəziyyətlərin elan olunması
5) Azərbaycan Respublikası Konstitusiya Qanunlarının qəbul edilməsi və ona dəyişikliklər edilməsi
a) 1,3,5 b) 3,4,5 c) 1,2,3 d) 1,3 1 e) 2, 4, 5
474. Hansı məsələlər üzrə referendum keçirilə bilməz?
1) Vergilər və dövlət büdcəsi
2) Sosial ödəmələr və gömrük rüsumları
3) Amnistiya və əfvetmə
4) Qanunvericilik və ya icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi
5) Bələdiyyə sədrinin təyini
a) 1,3,4 b) 1,2,3
c) 2,3,4 d) 3,4,5 e) 2, 4, 5
475. Azərbaycan xalqını kim təmsil edə bilər?
a) Xalqın seçdiyi səlahiyyətli nümayəndələr orqanlarının rəhbərləri
b) Yerli İcra Hakimiyyətinin başçıları
c) Məhkəmə Hakimləri
d) Nazirlik və ona bərabər tutulan dövlət
e) Prezidentin təyin etdiyi vəzifəli şəxslər
476. Azərbaycan dövlətinin təməlini nə (və ya kim) təşkil edir?
a) Xalqının vahidliyi
b) Quru və dəniz əraziləri
c) AR Prezidenti
d) Heç biri
e) Dövlətin varisliyi
477. AR-da hakimiyyəti kim mənimsəyə bilər?
a) Heç kim
b) Dövlət qulluqçuları
c) Millət vəkilləri
d) Ziyalılar
e) Xalq
478. Xalqa qarşı ən ağır cinayət aşağıdakılardan hansıdır?
a) Hakimiyyətin mənimsənilməsi
b) Korrupsiya
c) Dövlət çevrilişi
d) Heç biri
e) Hamısı
479. Azərbaycan dövləti necə respublikadır?
a) Demokratik, hüquqi, dünyəvi, unitar
b) Müstəmləkə, dünyəvi, unitar
c) Kapitalist, hüquqi, dünyəvi, unitar
d) Feodal, dini, federative
e) Feodal, dini, federative, Konfederativ
480. Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə nə ilə məhdudlaşır?
a) Hüquqla
b) Şəxsi münasibətlə
c) Dini münasibətlə
d) Beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla
e) Dünyəvi münasibətlə
481. Azərbaycan Respublikasında dövlət hakimiyyəti xarici məsələlərdə nə ilə məhdudlaşır?
a) Beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla
b) Hüquqla
c) Dini münasibətlə
d) Şəxsi münasibətlə
e) Dünyəvi məsələlərlə
482. Azərbaycan Respublikasında dövlət hakimiyyəti necə təşkil olunub?
a) Hakimiyyətlərin bölünməsi
b) Hakimiyyətlərin paylanması
c) Hakimiyyətlərin verilməsi
d) Heç biri
e) Hər biri
483. Aşağıdakılardan hansı düzgündür?
1) Qanunvericilik hakimiyyətini AR Milli Məclisi həyata keçirir
2) İcra hakimiyyəti AR Prezidentinə mənsubdur;
3) İcra hakimiyyəti yerli icra başçılarına mənsubdur;
4) İcra hakimiyyəti yerli özünüidarəetmə orqanlarına mənsubdur;
5) Məhkəmə hakimiyyətini AR məhkəmələri həyata keçirir.
a) 1,2,5 b) 1,2,4 c) 2,3,5 d) 1,4,5 e) 2, 4, 5
484. Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri necə fəaliyyət göstərir?
a) Qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər
b) Birgə fəaliyyət göstərir və qarşılıqlı hesabat verir
c) Qarşılıqlı fəaliyyət göstərir və vətəndaşlara hesabat verir
d) Birgə fəaliyyət göstərir və beynəlxalq təşkilatlara hesabat verir
e) Birgə fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər
485. Azərbaycan dövlətinin başçısı kimdir?
a) Prezident c) Milli Məclisin sədri
b) Baş nazir d) Millət vəkilləri
e) Müdafiə naziri
486. Aşağıdakılardan hansı düzgündür?
a) Prezident ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir
b) Prezident ölkənin xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir
c) Prezident ölkənin daxilində Azərbaycan dövlətini təmsil edir
d) Heç biri
e) Hər biri
487. Azərbaycan xalqının vahidliyini kim təcəssüm etdirir?
a) Xalq
b) Milli Məclisin sədri
c) Prezident
d) Konstitusiya Məhkəməsinin sədri
e) Baş nazir
488. Azərbaycan dövlətçiliyinin varisliyini kim təmin edir?
a) Prezident
b) Prezident Admisitrasiyasının rəhbəri
c) Millət vəkilləri
d) Bələdiyyə sədrləri
e) Xalq
489. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimdir?
a) Prezident
b) Konstitusiya Məhkəməsinin sədri
c) Ali Məhkəmənin sədri
d) Milli Məclisin sədri
e) Baş prokror
490. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə nə yarada bilər?
a) Silahlı Qüvvələr və başqa silahlı birləşmələr
b) Hərbi hissələr
c) Xüsusi təyinatlı birləşmələr
d) Ordu hissələri
e) Könüllü qoşun dəstəsi
491. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimdir?
a) Prezident
b) Baş Qərargah rəisi
c) Müdafiə naziri
d) Baş nazir
e) Daxili işlər naziri
492. AR-nın dövlət sərhədləri necə dəyişdirilə bilər?
a) AR Prezidentinin Fərmanı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında
b) Konstitusiya Qanunu ilə
c) AR Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında
d) AR Prezidentinin Fərmanı ilə
e) AR Prezidentinin Sərəncamı ilə
493. AR-da mülkiyyət necə müdafiə olunur?
a) Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur
b) Mülkiyyət sahibkarlara məxsusdur və beynəlxalq sazişlərlə qorunur
c) Mülkiyyət yalnız dövlətə məxsusdur və dövlət tərəfindən müdafiə olunur
d) Mülkiyyət toxunulmazdır və beynəlxalq təşkilatlar tərəfindən qorunur
e) Mülkiyyət toxunulmazdır və beynəlxalq qurumlar tərəfindən qorunur
494. AR Konstitusiyasına əsasən mülkiyyət hansı növlərdə ola bilər?
a) Dövlət, bələdiyyə və xüsusi
b) Dövlət, xüsusi və bələdiyyə
c) Dövlət, sahibkar və bələdiyyə
d) Dövlət, bələdiyyə və ümumi
e) Dövlət, özəl və bələdiyyə
495. Təbii ehtiyatlar kimə məxsusdur?
a) Azərbaycan Respublikasına
b) Azərbaycandakı fiziki və hüquqi şəxslərə
c) Azərbaycan dövlətinə
d) Azərbaycan xalqına
e) Azərbaycan millətinə
496. Cəmiyyətin əsas özəyini nə təşkil
edir?
a) Ailə
b) Fərdi şəxslər
c) Uşaqlar
d) Valideynlər
e) Dövlət
497. Ailə kimin himayəsindədir?
a) Dövlətin
b) Birləşmiş Millətlər Təşkilatının
c) Beynəlxalq təşkilatların
d) Heç biri
e) Hər biri
498. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək kimin borcudur?
a) Valideynlərin
b) Dövlətin
c) Milli uşaq təşkilatlarının
d) Heç biri
e) Hər biri
499. Uşaqları hansı fəaliyyətə cəlb etmək qadağandır?
1. Həyatına təhlükə törədə bilən
2. Normal inkişafına təhlükə törədə bilən
3. Sağlamlığına təhlükə törədə bilən
4. Əqli inkişafına təhlükə törədə bilən
5. Mənəviyyatına təhlükə törədə bilən
a) 1,3,5 b) 2,3,5 c) 2,4,5 d) 1,2,5 e) 2, 4, 6
500. Uşaqlar neçə yaşında işə götürülə bilərlər?
a) 15 b) 18 c) 16 d) 21 e) 17
“İnxibati idarəetmə”
kafedrasınıln müdiri: prof. Məmmədov F.Ə.
Hazırladı: b/m. Əlizadə Ş.S.
Dostları ilə paylaş: |