İqlim və ətraf mühit



Yüklə 84,29 Kb.
tarix09.06.2018
ölçüsü84,29 Kb.
#53083

Qəbələ Peşə məktəbi

“İqlim və ətraf mühit” modulu üzrə

suallar
1.Havanın əsas elementləri dedikdə nə başa düşülür?


  1. havanın temperaturu, rütubəti və təzyiqi

  2. külək, yağıntı

  3. günəş radiasiyası, təzyiq

  4. havanın temperaturu, yağıntı

2. İrimiqyaslı atmosfer proseslərinin təhlili əsasında havanın gələcək vəziyyəti haqqında irəli sürülmüş elmi fikrə deyilir:

  1. Hava xassəsi

  2. Hava elementi

  3. Hava proqnozu

  4. Hava axını

3. Atmosfer təzyiqini ölçən cihaz?

  1. Hiqrometr

  2. Termometr

  3. Barometr

  4. Anemometr

4.Torpağın nəmliyi nəyə deyilir?

  1. torpaqda olan suyun onun mütləq quru çəkisinə görə faizlə miqdarına

  2. nəm torpağın çəkisinə

  3. quru torpağın çəkisinə

  4. suyun nəm torpağın çəkisinə nisbətinə

5. Mütləq rütubətlilik nəyə deyilir?

  1. 1m3 havada olan su buxarının qramlarla miqdarına

  2. havanın yer səthinə göstərdiyi ağırlıq qüvvəsinə

  3. buxarın maye halına keçməsinə

  4. havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru yerdəyişməsinə

6. Üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə necə adlanır?

  1. geoloji xəritə

  2. torpaq xəritəsi

  3. sinoptik xəritə

  4. heç biri

7. Atmosfer təzyiqi - ....

  1. buxarın maye halına keçməsi prosesidir

  2. havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsidir

  3. havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru yerdəyişməsidir

  4. 1m3 havada olan su buxarının qramlarla miqdarıdır

8.İqlim yaradan amil deyil?

  1. külək

  2. atmosfer təzyiqi

  3. torpağın rütubətliliyi

  4. torpağın məsaməliliyi

9. Ərazidə rütubət əmsalı < 1 (vahiddən kiçik) olduqda rütubət çatışmazlığı var. .......................... iqlimdir.

  1. arid

  2. rütubətli

  3. humid

  4. kserofit

10. Havanın nəmliyi hansı cihazla ölçülür?

  1. barometrlə

  2. termometrlə

  3. hiqrometrlə

  4. flügerlə

11. Buxarın maye halına keçməsinə ................................ deyilir və bu proses bulud, duman, şeh, yağış əmələ gətirir.



  1. mütləq rütubətlilik

  2. kondensasiya

  3. ağırlıq qüvvəsi

  4. külək

12.Əksər bitkilər üçün havanın optimal nəmliyi nə qədərdir?

  1. 70-80 %

  2. 10-15%

  3. 5-10 %

  4. 30-40%

13. Küləyin sürətini ölçən cihaz:

  1. flüger

  2. hiqrometr

  3. barometr

  4. termometr

14. Hər hansı bir bitkinin inkişafı üçün 5 həyat amili lazımdır.Bunlar hansılardır?

  1. su, hava, işıq, təzyiq, istilik

  2. işıq, su, istilik, rütubət, təzyiq

  3. işıq, istilik, su, hava, qida maddələri.

  4. işıq, hava, qida maddələri, iqlim

15. Bioloji tarazlığın yalnız təbiət hadisələri ilə pozulmasına səbəb olan amilləri seçin?

  1. Şəhərsalma, meşələrin qırılması, quraqlıq, səhralaşma, sərt qış və normadan artıq istilər

  2. Sel, daşqınlar, quraqlıq, səhralaşma, sərt qış və normadan artıq istilər

  3. Sərt qış və normadan artıq istilər, heyvanların ovlanması, seleksiya işlərinin aparılmaması

  4. Heyvanların ovlanması, suvarmaların düzgün aparılmaması, kimyəvi maddələrdən normadan artıq istifadə

16. Maddələrin torpaq, bitki, heyvan və mikroorqanizmlər arasında dövr etməsi necə adlanır?

  1. Geoloji (böyük dövr etmə)

  2. Bioloji (kiçik dövr etmə)

  3. Radioloji

  4. Heç biri

17. Toxumlar cücərəndə onların şişməsi üçün və bitkinin vegetasiya dövründə qida maddələrini mənimsəmək üçün lazım olan amil hansıdır?

  1. hava

  2. işıq

  3. külək

  4. su

18. Müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə .............. deyilir.

  1. iqlim

  2. ərazi

  3. rütubət

  4. günəş radiasiyası

19. Aşağıdakı fikirlərdən hansı yanlışdır?

  1. Müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejiminə iqlim deyilir

  2. Düşən yağıntının miqdarı buxarlanan suyun miqdarından az olan torpaqlara humid torpaqlar deyilir

  3. Humid torpaqlarda yağıntının miqdarı buxarlanan və yerə hopan suyun miqdarından xeyli çox olur

  4. Arid torpaqlar quru çöllərdə, səhralaşmış savannalarda, yarımsəhra və səhralarda əmələ gəlir

20. Transpirasiya nədir?

  1. qeyri-üzvi maddələrdən üzvü maddələrin əmələ gəlməsi

  2. müəyyən ərazi üçün xas olan və ildən-ilə təkrarlanan hava tiplərinin çoxillik rejimi

  3. bitkinin torpaqdan aldığı suyu yarpaqlar vasitəsilə buxarlandırmasıdır

  4. havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsidir

21.Dolu yağması nəticəsində və zərərverici həşəratların təsiri ilə bitkinin yarpaqlarının zədələnməsi halları hansı ekoloji amillərə aiddir?

  1. Dolu – biotik amil, zərərverici həşərat – abiotik amildir

  2. Dolu – abiotik amil, zərərverici həşərat – biotik amildir

  3. Hər iki hadisə biotik amilə aiddir

  4. Hər iki hadisə abiotik amilə aiddir

22.Torpaq profilində və onun səthində duzların əmələgəlməsi prosesi necə adlanır?

  1. Eroziya

  2. Şoranlaşma

  3. Nitrifikasiya

  4. Denitrifikasiya

23. Bitkilər zəif inkişaf edir, gövdəsi nazik, uzun olur və yerə yatır. Bitkidə bu hallar hansı amil çatışmadıqda baş verir?

  1. Su

  2. Hava

  3. İşıq

  4. Rütubət

24. İqlim dəyişikliklərinin əsas səbəbi nədir?

  1. Atmosferə atılan qazların yaratdığı istixana təsiri (effekti)

  2. Atmosferə atılan qazların yaratdığı radiasiya

  3. Atmosferə atılan qazların yaratdığı soyuq hava

  4. Heç biri

25. Bioloji tarazlıq - .......

  1. canlı orqanizmlərlə məskunlaşma mühitinin yaratdığı vahid təbiət kompleksləri

  2. canlı orqanizmlər və qeyri-üzvi komponentlərin maddələr dövranı baş verən məcmusudur

  3. təbiətdə olan canlı orqanizmlərin növ tərkibinin, onların sayının, məhsuldarlığının, yayılmasının, həmçinin mövsümü dəyişməsinin və digər bioloji proseslərin nisbi davamlığı başa düşülür

  4. təbii komplekslərin bir-biri ilə qarşılıqlı əlaqəsi ilə dinamiki stabilliyin (sabitlik) qorunmasıdır

26. Bitkilərə təsir edən ekoloji amillər hansı variantda düzgün verilmişdir?

Biotik Abiotik

  1. həşərat yağıntı

  2. külək heyvan

  3. su bakteriya

  4. torpaq göbələk

27. Fotosintez nəticəsində qeyri-üzvi maddəni üzvi maddəyə çevirən orqanizmlər necə adlanır?



  1. heterotroflar

  2. avtotroflar

  3. redusentlər

  4. konsumentlər

28. Yalnız texniki bitkilərdən ibarət olan düzgün sıranı seçin:

  1. Günəbaxan, pambıq, kətan, kənaf

  2. Sorqo, qarpız, qarğıdalı, kənaf

  3. Günəbaxan, lobya, alma, kənaf

  4. Günəbaxan, arpa, soya, çəltik

29. “Zoğlar çılpaqlaşır, yarpaqlar tədricən saralır və tökülür, eləcə də çiçək qrupları və çiçəklər tökülür” bu hal hansı ekoloji amil çatışmadıqda baş verir?

  1. işıq

  2. hava

  3. rütubət

  4. qida maddələri

30. Hansı əkinçilik sistemində torpağın münbitliyi üzvi-bioloji yollarla yaxşılaşdırılır?

  1. İntensiv

  2. Kimyəvi

  3. Ekoloji

  4. Heç biri

31. Torpağın münbitliyinin əsas göstəricilərini ifadə edən düzgün sıranı seçin:

  1. Bioloji, aqrokimyəvi və aqrofiziki

  2. Torpaq eroziyası, suya davamsız aqreqatlar

  3. Torpağın turşuluğu və qələviliyi,

  4. Primitiv, ekstensiv və intensiv

32. Torpağın münbitliyinin aqrofiziki göstəriciləri hansılardır?



  1. Torpağın xüsusi çəkisi, həcm kütləsi, məsaməliliyi, strukturluluğu, əkin qatının quruluşu, torpağın mexaniki tərkibi və digər su xassələri

  2. Torpaqda üzvi və mineral maddələrin miqdarı

  3. Torpaqda olan humusun miqdarı

  4. Torpağın udma qabiliyyəti, turşuluğu, qələvililiyi

33. Əksər kənd təsərrüfatı bitkiləri üçün torpağın optimal həcm kütləsi nə qədərdir?



  1. 0,5-0,7 qr/sm3

  2. 1,1-1,3 qr/sm3

  3. 3-4 qr/sm3

  4. 0,1-1,0 qr/sm3

34. Düzgün fikri seçin.



  1. Qeyri-münbit torpaqlar strukturalı olur.

  2. Torpaq makro orqanizmlərinə bakteriyalar, göbələklər aid edilir

  3. Torpaq biotasının tərkib hissəsi cansız orqanizmlərdən ibarətdir.

  4. Torpağın daimi münbitliyi davamlı kənd təsərrüfatının əsasıdır.

35. bu düstur nəyi ifadə edir?

  1. rütubətlik əmsalını

  2. konsentrasiyanı

  3. buxarlanma əmsalını

  4. günəş radiasiyasını

36. Havanın tərkibi hansı qazlardan ibarətdir?

  1. 78,08%-i oksigen, 20,95%-i azot, 0,93%-i arqon, 0,03%-i karbon qazından

  2. 78,08%-i azot, 20,95%-i oksigen, 0,93%-i arqon, 0,03%-i karbon qazından

  3. 78,08%-i arqon, 20,95%-i karbon, 0,93%-i arqon, 0,03%-i azot qazından

  4. 78,08%-i azot, 20,95%-i karbon, 0,93%-i arqon, 0,03%-i oksigen qazından

37. Humid iqlim zonasında........................................



  1. hava şəraiti rütubətli olur

  2. hava şəraiti quraq olur

  3. buxarlanma yağıntılardan çox olur

  4. yağıntıların miqdarı buxarlanmadan az olur

38. Torpaqda olan suyun onun mütləq quru çəkisinə görə faizlə miqdarına nə deyilir?



  1. torpağın nəmliyi

  2. torpağın strukturluğu

  3. torpağın münbitliyi

  4. torpağın məsaməliliyi

39. Əgər rütubətlənmə əmsalı Rə>1 olarsa, onda bu ərazinin iqlimi .......................... hesab olunur.



  1. humid

  2. arid

  3. quraq

  4. heç biri

40. Yalnız tərəvəz bitkilərindən ibarət olan düzgün sıranı seçin.



  1. Pomidor, badımcan, bibər-istiot, xiyar, yerkökü, soğan

  2. Qarpız, yemiş, qabaq, kələm

  3. Üzüm, qarpız, yonca, armud, alma

  4. Pomidor, buğda, mərcimək, lərgə, lobya

41. Havada olan su buxarının miqdarına .......... deyilir.



  1. havanın rütubəti

  2. havanın təzyiqi

  3. yağıntı

  4. havanın rütubəti

42. Müəyyən istilik şəraitində maksimal buxarlana bilən rütubət (su) miqdarına ......... deyilir.



  1. quttasiya

  2. rütubətlənmə əmsalı

  3. buxarlanma qabiliyyəti

  4. fotosintez

43. İnsanlar tәrәfindәn әtraf mühitә edilәn tәsirә nә deyilir?



  1. mexaniki tәsir

  2. qarşılıqlı tәsir

  3. fiziki tәsir

  4. antropogen tәsir

44. Әtraf mühitin vәziyyәtinә vә canlı orqanizmlәrә hansı faktorlar daha çox tәsir edir ?



  1. fiziki faktorlar

  2. kimyәvi faktorlar

  3. mexaniki faktorlar

  4. ekoloji faktorlar

45.Әtraf mühitin vәziyyәtinә tәsir edәn cansız tәbiәt faktoru necә adlanır?



  1. genetik faktorlar adlanır

  1. antropogen faktor adlanır

  2. abiotik faktor adlanır

  3. biotik faktor adlanır

46. Ekologiyanın әsas tәdqiqat obyekti hansı sahә hesab olunur?



  1. ekosistem hesab olunur

  2. әtraf mühit hesab olunur

  3. meşә sahәlәri hesab olunur

  4. dünya okeanı hesab olunur

47. Müasir dövrdә ekologiyanın qarşısında duran әsas mәsәlәlәrdәn hesab olunmur ?



  1. biosferdә baş verәn proseslәrin öyrәnilmәsi

  2. tәbii sәrvәtlәrdәn sәmәrәli vә qәnatlә istifadә edilmәsi

  3. әtraf mühitә edilәn antropogen tәsirlәrin güclәndirilmәsi

  4. tәbiәt vә antropogen senozların möhkәmliyi

48. Ekoloji əkinçiliyin qarşısında duran vəzifələr aid deyil?



  1. Təbii ehtiyatlardan səmərəli və uzun müddət istifadə etmək

  2. torpağın münbitliyini üzvi-bioloji yollarla bərpa etmək və yüksəltmək

  3. ekoloji-təmiz məhsul istehsal etmək

  4. kimyəvi mineral gübrələrdən, pestisidlərdən istifadə etmək

49. Aqrolandşaft haqqında fikirlərdən hansı yanlışdır?



  1. Landşaft – almanca “land-tarla,meşə”, “şaft – şəkilçidir

  2. Aqrolandşaftlara tarla, bostan, bağ, üzümlük, meşə plantasiyaları, güllük və s. daxildir

  3. insan cəmiyyəti tərəfindən dəyişdirilən və ya yeni yaradılan landşaft kompleksidir.

  4. landşaft dedikdə təbii ərazi kompleksi başa düşülür.

50. Bioloji tarazlığın insanın təsiri ilə pozulmasına səbəb olan amilləri seçin?



  1. Şəhərsalma və digər tikintilər hesabına bitki örtüyünün ləğv edilməsi və meşələrin qırılması

  2. Şəhərsalma, meşələrin qırılması, quraqlıq, səhralaşma, sərt qış və normadan artıq istilər

  3. Sel, daşqınlar, quraqlıq, səhralaşma, sərt qış və normadan artıq istilər

  4. Sərt qış və normadan artıq istilər, heyvanların ovlanması, seleksiya işlərinin aparılmaması

51. Azәrbaycanda әtraf mühitin başlıca çirklәnmә mәnbәlәrindәn biridir:



  1. su nәqliyyatı

  2. yüngül sәnaye

  3. yeyinti sәnayesi

  4. neft sәnayesi

52. Ekologiya termini mәnşәyinә görә hansı mәnalı sözlәrdәn әmәlә gәlmişdir?

  1. ekol – yaşayış, loqos – tәlim

  2. oykos – ev, loqos - elm

  3. loqos – elm, oykos – tәbiәt

  4. loqos – tәlim, oykos  mühit

53. Yer üzәrindә abiotik faktorlardan olan günәş şüasının әhәmiyyәtinә aiddir:

  1. әhәmiyyәti yoxdur

  2. tәbiәtin proseslәrinә mane olur

  3. fotosintez prosesini yaradır

  4. istilik enerjisi mәnbәyi deyil

54. Ekoloji faktor nәyә deyilir?

  1. әtraf mühitin çirklәnmәsi

  2. canlı orqanizmlәrin qarşılıqlı әlaqәsi

  3. canlı orqanizmlәrә tәsir edәn hәr hansı bir mühit

  4. istehsala tәsir göstәrәn amillәr

55. Əksər yazlıq bitkilərin toxumu torpaqda nə qədər temperatur yarandıqda cücərir?

  1. 12-140C

  2. 1-20C

  3. 0-10C

  4. 30-400C

56. Bitkidə qida maddələrinin köklərdən yarpağa hərəkət etməsi üçün lazım olan amil hansıdır?

  1. Hava

  2. İşıq

  3. Külək

  4. Su

57. Neçə iqlim qurşağı var?

  1. 11

  2. 12

  3. 13

  4. 14

58. Əsas iqlim qurşaqlarına aid deyil?

  1. ekvatorial

  2. tropik

  3. subtropik

  4. arktik

59. Gün ərzində günəşli saatların miqdarını təyin edən cihaz necə adlanır?

  1. Flüger

  2. Termometr

  3. Hiqrometr

  4. Helioqraf

60. Külək - ......

  1. 1 m3 havada olan su buxarının qramlarla miqdarıdır

  2. Havanın yer səthinə və oradakı cisimlərə göstərdiyi ağırlıq qüvvəsidir

  3. Havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru üfüqi istiqamətdə yerdəyişməsidir.

  4. Buxarın maye halına keçməsi prosesidir

Düzgün cavablar:
































A

C

C

A

A

C

B

D

A

C

B

A

A

C

B































B

D

A

B

C

B

B

C

A

D

A

B

A

A

C































A

A

B

D

A

B

A

A

A

A

D

C

D

D

C































A

C

D

A

A

D

B

C

C

A

D

C

C

D

C

Yüklə 84,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin