İqtisadi artım və səmərəlilik plan


Milli iqtisadiyyatın səmərəliliyi və maksimum iqtisadi səmərəlilik konsepsiyası



Yüklə 84,39 Kb.
səhifə13/17
tarix31.12.2021
ölçüsü84,39 Kb.
#113526
1   ...   9   10   11   12   13   14   15   16   17
Mövzu İqtisadi artım və səmərəlilik

3. Milli iqtisadiyyatın səmərəliliyi və maksimum iqtisadi səmərəlilik konsepsiyası.

Səmərəlilik hazırda insan fəaliyyətinin əsas xarakteristikalarından biri, iqtisad elminin ən mühüm kateqoriyasıdır. İqtisadi səmərəlilik haqqında ən sadə təsəvvürü faydalı səmərəni (nəticəni) və xərcləri müqayisə etməklə əldə etmək olar.

Səmərəliliyi artırmaq - səmərə vahidinə xərclərin azal dılmasma nail olmaq. (əmtəə vahidi, istehsalın əvvəlki həcm: və s.) və ya «əvvəlki» xərclər (maddi, maliyyə və əmək) səviyyəsində səmərəni artırmaqdır. İstehsalın səmərəliliyinir art-ması təsərrüfat işlərinin elə aparılmasını tələb edir ki, bu zaman istehsal obyektinə qoyulmuş, xammala, materiala, yanacaq və enerjiyə, işçilərin əməkhaqqının ödənil-məsinə xərclənmiş hər bir manat maksimum xeyir gətirsin, buraxılan hazır məhsulun həcmi sürətlə artsın, amma məhsul vahidinə çəkilən məcmu xərclər azalsın.

Səmərəlilik (efficiency) - nadir amillərin məsrəfi ilə əmtəə və xidmətlər bura-xılışı arasındakı nisbətdir. Bu nisbəti fiziki (texnoloji səmərəlilik) və ya dəyər (iqtisadi səmərəlilik) baxımından ölçmək mümkündür.

«Səmərəlilik» dedikdə yalnız bütövlükdə xalq təsərrüfatının və ya ayrılıqda götürülmüş sahənin, müəssisənin bu və ya digər zaman kəsiyi ərzində əldə etdiyi nəticəni başa lüşmək düzgün deyil. Bu nəticəni səmərəlilik kimi deyil, səmərə kimi səciyyələndirmək daha düzgün olardı.

Səmərə böyük ola bilər, lakin o böyük məsrəflər hesabına əldə olunmuşsa, sə-mərəlilik həmin səviyyədə qala və hətta aşağı düşə bilər. Deməli, səmərə və səmə-rəliliyi fərqləndirmək lazımdır. Səmərəlilik yalnız istehsal göstəricilərinin artmasını deyil, həm də, (bu isə ondan daha az əhəmiyyətli deyil) əldə olunmuş artımın nəyin hesabına (hansı nəsrəflər bahasma) əldə olunmasmı göstərir. Səmərəlilik - nütləq deyil, nisbi kəmiyyətdir.

Səmərəlilik qiymətləndirmə kateqoriyasıdır, çünki nəticənin qiymətliliyi ilə, məsrəflərin qiymətliliyinin nisbəti ilə ılaqədardır. O, qiymətlər dəyişdikcə dəyişə bi-lər, buna görə lə həmişə mövcud olan səbəb-nəticə əlaqələrindən çıxış edəcək bu nəti-cəyə gəlmək olar ki, istənilən subyektiv üstünlükvərimində istənilən dəyişiklik əslin-də istənilən prosesin iəmərəliliyini dəyişə bilər. Bundan başqa, başqa dəyərlər sis-emindən çıxış edən insan üçün istənilən hər bir şey qeyri-səmərəli ola bilər, buradan da - bizim səmərəlilik və qeyri-səmərəlilik haqqında anlayışlarımız bizim nəyi dəyərləndirməyimizlə müəyyənləşir.


Yüklə 84,39 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin