AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
«İQTİSADİ HÜQUQ» kafedrası
Bakalavr təhsil pilləsi üzrə
«ƏMƏK HÜQUQU»
KURSUNUN TƏDRİS
P R O Q R A M I
B A K I - 2012
Proqram Azərbaycan Dövlət İqtisad Universitetinin
«İqtisadi hüquq» kafedrasında hazırlanmışdır
Elmi redaktor: dos. O.F. Əfəndiyev
hüquq elmlər doktoru
Tərtib etdi: Azərbaycan Dövlət İqtisad Universitetinin
«İqtisadi hüquq» kafedrasının dosenti L.H. Mirzəzadə
Ə. Ə. Mustafayeva
Rəyçilər: h. e. d., professor A.M. Qasımov
BDU-nun Əmək və ekologiya hüququ
kafedrasının müdiri
Azərbaycan Dövlət İqtisad Universitetinin
«İqtisadi hüquq» kafedrasının dosenti J.V. Bədəlbəyli
GİRİŞ
«Əmək hüququ» fənninin tədrisi Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bazar iqtisadiyyatı şəraitində ictimai münasibətlərin bütün sahələrinə nüfuz edən bir sıra problemlərin tədqiq edilməsini, vətəndaşların konstitusiya ilə müəyyən edilmiş əmək hüquqlarının müxtəlif formalarda həyata keçirilməsi üsullarını, əmək müqaviləsi əsasında işçilərlə işəgötürənlər, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərinin milli hüququn mühüm sahəsi olan əmək hüququ ilə tənzimlənməsini öyrənir.
«Əmək hüququ» kursunun məqsədi ümumilikdə bu fənnin predmeti, obyekti, metodikası ilə yanaşı, əmək hüquq subyektliliyinin, əmək müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələrinin, əmək bazarında işçi qüvvəsinə olan tələb və təklif tarazlaşdırılmasının, habelə dövlətin hüquqi, iqtisadi və sosial siyasətinin həyata keçirilməsində məşğulluq və işədüzəltmənin, yoxsulluğun və işsizliyin səviyyəsinin azaldılmasının hüquqi təminatının üsulu kimi öyrənilməsi, eyni zamanda vətəndaşların əmək hüquqlarının həyata keçirilməsini təmin edən əmək hüquq normalarının tədris edilməsidir.
Kursunun mənimsənilməsi əmək hüququ haqqında ümumi təsəvvürə malik olmaqla yanaşı, əmək münasibətləri sahəsində konstitutsion hüquqlar, əmək müqaviləsi, o cümlədən kollektiv müqavilə və kollektiv saziş üzrə tərəflərin hüquq və vəzifələri, məşğulluq və işədüzltmə üzrə əmək hüquq münasibətləri, habelə əmək və icra intizamını təmin edən hüquqi vasitələr barəsində əsaslı məlumatların əldə olunmasını, tərəflərin qarşılıqlı maddi məsuliyyəti üzrə öhdəliklərin yerinə yetirilməsinin hüquqi proseduru, əməyin mühafizəsi, həmçinin əmək bazarı və fəaliyətinin hüquqi əsasları haqqında mülahizə yürütmək imkanı yaradacaqdır.
Ümumilikdə, müasir dövrdə əmək hüququnun, o cümlədən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, müvafiq sahədə qəbul edilmiş qanunların, qanundan aşağı qüvvəli normativ hüquqi aktların, Azərbaycan Respublikasının Prezidentinin əmək hüquq münasibətlərinin tənzilənməsi ilə bağlı verdiyi fərmanların, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarının və s. öyrənilməsi dövlət və özəl təşkilatlar, bələdiyyə orqanları, həmkarlar ittifaqları işçiləri, hüquqşünaslar, sahibkarlar və əmək qanunvericiliyi ilə maraqlanan bütün şəxlər üçün zəruridir.
«ƏMƏK HÜQUQU» fənninin
mövzuları üzrə saatların
B Ö L G Ü S Ü
S/s
|
Mövzular
|
Cəmi
|
Mühazirə
|
Məşğələ
|
1.
|
Əmək hüququnun predmeti, metodu və sistemi
|
4
|
2
|
2
|
2.
|
Əmək hüququnun mənbələri, funksiyaları və prinsipləri
|
4
|
2
|
2
|
3.
|
Əmək sahəsində hüquq münasibətləri
|
4
|
2
|
2
|
4.
|
Əmək hüququnun subyektləri
|
4
|
2
|
2
|
5.
|
Kollektiv müqavilə və sazişlər
|
4
|
2
|
2
|
6.
|
Məşğulluğun və işədüzəltmənin hüquqi tənzimlənməsi
|
4
|
2
|
2
|
7.
|
Əmək müqaviləsi
|
4
|
2
|
2
|
8.
|
İş vaxtı və istirahət vaxtı
|
4
|
2
|
2
|
9.
|
Əmək haqqı
|
4
|
2
|
2
|
10.
|
Əmək və icra intizamı
|
4
|
2
|
2
|
11.
|
İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti
|
4
|
2
|
2
|
12.
|
Əməyin mühafizəsi
|
4
|
2
|
2
|
13.
|
Əmək mübahisələri
|
4
|
2
|
2
|
14.
|
Əmək bazarı və fəaliyyətinin hüquqi əsasları
|
4
|
2
|
2
|
15.
|
Əmək münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi
|
4
|
2
|
2
|
|
CƏMİ
|
60
|
30
|
30
|
I BÖLMƏ
ÜMUMİ HİSSƏ
Mövzu 1: ƏMƏK HÜQUQNUN PREDMETI, METODU VƏ SITEMI
Əmək hüququnun anlayışı. Əmək hüququnun predmeti. Əmək hüquq münasibətləri.
Əmək hüququnun metodu. Əmək münasibətlərinin mərkəzləşdirilmiş, lokal, dövlət və müqavilə ilə tənzimlənməsi.
Əmək hüququnu milli hüququn digər sahələrindən (mülki, inzibati, sosial təminat və s.) fərqləndirən əsas xüsusiyyətləri.
Əmək hüququnun sistemi: ümumi və xüsusi hissə. Əmək qanunvericiliyinin və əmək hüquq elminin sistemi.
Mövzu 2: ƏMƏK HÜQUQUNUN MƏNBƏLƏRI, FUNKSIYALARI VƏ PRINSIPLƏRI
Əmək hüququnun mənbələrinin anlayışı. Əmək hüququnun mənbələrinin növləri və onların ümumi xarakteristikası.
Azərbaycan Respublikasının Konstitusiyası, Beynəlxalq müqavilələr əmək hüququnun mənbəyi kimi. Əmək hüququ sahəsində qanundan aşağı qüvvəli normativ hüquqi aktlar əmək hüququnun mənbəyi kimi. Əmək hüququnda normativ hüquqi aktların zamana, məkana və subyektlərə görə qüvvəsi.
Əmək hüqunun funksiyalarının anlayışı. Əmək hüququnun funksiyalarının növləri. Tərbiyəvi (ideoloji), iqtisadi (istehsal) və sosial (müdafiə) funksiya.
Əmək hüququnun prinsiplərinin anlayışı. Əmək hüququnun əsas prinsipləri: sahələrarası, sahəvi və sahədaxili prinsiplər.
Mövzu 3: ƏMƏK SAHƏSINDƏ HÜQUQ MÜNASIBƏTLƏRI
Əmək sahəsində hüquq münasibətlərinin anlayışı və sistemi.
Əmək hüquq münasibətlərinin anlayışı və məzmunu və onun əsas xüsusiyyətləri.
Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və xitam edilməsinin əsasları.
Əmək hüquq münasibətlərinin əməklə sıx bağlı olan digər hüquq münasibətlərindən fərqi.
Mövzu 4: ƏMƏK HÜQUQUNUN SUBYEKTLƏRI
Əmək hüququnun subyektlərinin anlayışı. Əmək hüquq subyektliliyi. Əmək hüquq, fəaliyyət və delikt qabiliyyəti. Qanunvericiliklə müəyyən edilmiş əmək hüquq və vəzifələr. Əsas əmək hüquq və vəzifələrinin hüquqi təminatları. Əmək vəzifələrinin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət.
Əmək hüququnun subyektlərinin növləri. Vətəndaşlar, işəgötürən, həmkarlar ittifaqı orqanları əmək hüququnun subyekti kimi.
Mövzu 5: KOLLEKTIV MÜQAVILƏ VƏ SAZIŞLƏR
Kollektiv müqavilənin anlayışı, tərəfləri.
Kollektiv müqavilənin məzmunu. Kollektiv müqavilənin qüvvəsi.
Kollektiv müqavilənin yerinə yetirilməsinə nəzarət və onun pozulmasına görə məsuliyyət.
Kollektiv sazişin anlayışı, tərəfləri və növləri. Baş, sahə (tarif), ərazi (rayon) kollektiv sazişi.
Kollektiv sazişin yerinə yetirilməsinə nəzarət.
Kollektiv müqavilə və sazişin əmək hüquq münasibətlərində əhəmiyyəti və rolu.
II BÖLMƏ
XÜSUSİ HİSSƏ
Mövzu 6: MƏŞĞULLUQ VƏ IŞƏDÜZƏLTMƏNIN HÜQUQI TƏNZIMLƏNMƏSI
Məşğulluğun anlayışı, formaları. Məşğulluğun hüquqi tənzimlənməsi və təşkili.
İşsiz vətəndaşın hüquqi statusu. İşsiz statusunun verilməsi və işsiz sayılmayan vətəndaşlar. İşsiz vətəndaşlara peşə yönümü xidmətlərinin təqdim.
İşədüzəltmənin hüquqi statusu. İşədüzəltmənin hüquqi təşkilində əhalinin əmək məşğulluğunun təmin edilməsinə yönəlmiş dövlət tədbirləri.
Vətəndaşların məşğulluq sahəsində sosial təminatları. Haqqı ödənilən ictimai işlərin təşkili. İşsizlik müavinətinin ödənilməsi qaydaları. İşsizlik müavinətinin ödənilməsinin dayandırılması.
Mövzu 7: ƏMƏK MÜQAVILƏSI
Əmək müqaviləsinin anlayışı və tərəfləri. Əmək müqaviləsinin mülki hüquqi müqavilədən fərqləndirən əsas xüsusiyyətləri.
Əmək müqaviləsinin məzmunu, forması və bağlanması qaydası.
Əmək müqaviləisnin müddəti. Müddətli və müddətsiz əmək müqavilələri.
Sınaq müddəti. Sınaq müddəti müəyyən edilməyən hallar.
Əmək müqaviləsinin növləri. Əvəzçilik üzrə bağlanmış əmək müqaviləsinin hüquqi tənzimlənməsi.
Əmək müqaviləsinin xitam edilməsinin ümumi əsasları. İşçi və işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi.
Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam edilməsi. Müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar əmək müqaviləsinin xitam edilməsi.
Əmək müqaviləsinin xitamının rəsmiləşdirilməsi və haqq-hesabın aparılması.
Mövzu 8: İŞ VAXTI VƏ ISTIRAHƏT VAXTININ HÜQUQI TƏNZIMLƏNMƏSI
İş vaxtının anlayışı və növləri. Tam, qısaldılmış və natamam iş vaxtı.
İş vaxtının rejimi. İş vaxtının uçotu.
İş vaxtından artıq işlər və buna yol verilən müstəsna hallar.
İstirahət vaxtının anlayışı və növləri.
Məzuniyyətlərin anlayışı, növləri və müddəti. Ödənişsiz məzuniyyətlərin növləri və verilmə qaydası.
Məzuniyyətlərin verilməsi və istifadəsi qaydası.
Mövzu 9: ƏMƏK HAQQI
Əmək haqqı iqtisadi və hüquqi kateqoriya kimi
Əmək haqqının hüquqi tənzimlənməsinin metodları
Əmək haqqı sistemləri. Vaxtamuzd əmək haqqı sisitemi. İşəmuzd əmək haqqı sistemi. İşçilərin mükafatlandırılması.
Əmək normaları. Hasilat normaları. Vaxt normaları. Xidmət normaları. İşçilərin say normaları.
Tariflə nəzərdə tutulmuş iş şərtindən kənara çıxdıqda əməyin ödənilməsi
Əmək haqqının hüquqi mühafizəsi.
Mövzu 10: ƏMƏK VƏ ICRA INTIZAMI
Əmək və icra intizamının anlayışı
Müəssisədaxili intizam qaydaları. Əmək və icra intizamının intizam nizamnamələri ilə tənzimlənməsi.
Əmək hüququnda həvəsləndirmə.
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti. İntizam xətası. İntizam məsuliyyəti. İntizam tənbehi: verilməsi qaydası və şərtləri.
Mövzu 11: İŞƏGÖTÜRƏNIN VƏ IŞÇININ QARŞILIQLI MADDI MƏSULIYYƏTI
İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin anlayışı və şərtləri.
İşəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti.
İşçiyə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi
qaydası.
İşçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti.
İşəgötürənə dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi qaydası.
Tam maddi məsuliyyət. Kollektiv maddi məsuliyyət.
Mövzu 12: ƏMƏYIN MÜHAFIZƏSI
Əmək hüququ üzrə əməyin mühafizəsinin anlayışı.
Əməyin mühafizəsi sahəsində işçilərin və işəgötürənlərin hüquq və vəzifələri.
İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçotu.
Əməyin mühafizəsi üzrə norma və qaydaların pozulmasına görə məsuliyyət.
Mövzu 13: ƏMƏК MÜBAHISƏLƏRI
Əmək mübahisələrinin anlayışı, növləri və səbəbləri
Fərdi əmək mübahisələrinin anlayışı, tərəfləri və onların həlli qaydası. İddia və qeyri-iddia xarakterli fərdi əmək mübahisələri.
Kollektiv əmək mübahisələrinin anlayışı, tərəfləri və onların həlli qaydası. Kollektiv əmək mübahisələrinə vasitəçilərin iştirakı, razılaşdırıcı komissiyalarda və əmək arbitrajında baxılması.
Kollektiv əmək mübahisələrinin həlli üsullarından biri kimi tətilin elan edilməsi, təşkili və onun keçirilməsi qaydası.
İşəgötürən tərəfindən lokautun elan edilməsi və bu hüququ məhdudlaşdıran hallar.
Mövzu 14: ƏMƏK BAZARI VƏ ONUN FƏALIYYƏTININ HÜQUQI ƏSASLARI
Əmək bazarının mahiyyəti. Əmək bazarının strukturu. Əmək bazarının bazar infrastrukturunun elementi kimi statusu.
Əmək bazarının subyektləri və onların hüquqi vəziyyəti. Əmək bazarındakı münasibətlərin hüquqi forması.
Əmək yarmarkaları.
İqtisadiyyatın müxtəlif sahələri üzrə xarakterik əmək münasibətləri.
Kənddə məşğulluq səviyyəsi. Kənd təsərrüfatında işsizlik və onun tənzimlənməsi istiqamətləri.
Mövzu 15: ƏMƏK MÜNASIBƏTLƏRININ BEYNƏLXALQ HÜQUQI TƏNZIMLƏNMƏSI
Əmək miqrasiyası və onun hüquqi aspektləri.
Əmək münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin zəruriliyi.
Əmək münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin prinsipləri.
Əmək münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsinin mənbələri.
Əmək münasibətlərinin mühfizəsinin beynəlxalq hüquqi tənzimlənməsi.
Əmək sahəsində insanların əsas hüquqlarının beynəlxalq hüquqi tənzimi.
Beynəlxalq Əmək Təşkilatı və onun fəaliyyətinin ümumi xarakteristikası. BƏT ilə dövlətlər arasında münasibətlərin hüquqi təminatı.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
-
Azərbaycan Respublikasnın Konstitusiyası. Bakı: Qanun, 2011
-
Azərbaycan Respublikasnın Əmək Məcəlləsi. 2012
-
Beynəlxalq Əmək Təşkilatı. Konvensiyalar və Tövsiyələr. Bakı, 1996
-
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Kommentariyası / Prof.A.M.Qasımovun məsul redaktorluğu ilə. Bakı: Adiloglu, 2007
-
Azərbaycan Respublikasnıın Əmək Qanunvericiliyi. Normativ-hüquqi aktlar toplusu / Tərtib edən prof. A.M.Qasımov. Bakı: Qanun, 2006
-
Qasımov A.M. Əmək hüququ: Dərslik. Bakı: Adiloglu, 2007.
-
Ağayev E.C. Əmək münasibətlərinin əməyin tətbiqi ilə bağlı olan mülki və inzibati hüquq münasibətlərindən fərqi. /Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri. Elmi-məqalələr məcmuəsi. 17-ci buraxılış, Bakı, 2007, s.318-325
-
Məmmədov R.Y. Əmək hüququnun beynəlxalq hüquqi mənbələri. Azərbaycan hüquq jurnalı, 2006, № 1, s. 38-44
-
Ə.Ə. Mustafayeva. «Vətəndaşların əmək hüquqlarının hüquqi təminatlarının anlayışı və növləri». Azərbaycan Respublikasında dövlət və hüquq qurculuğunun aktual problemləri. Elmi məqalələr məcmuəsi, 01/2009
-
Tofiq Quliyev “Menecmentin (idarəetmənin) əsasları”. BAKI-2006
-
K. A. Şahbazov, M. H. Məmmədov, H. S. Həsənov “ Menecment”. Bakı- 2005
-
Ağasəf İmran “Menecment”. Bakı - 2007
-
Болдырев B.A., Сысоев B.A. Tpyдовoe npaвo Poссии: yчебник. M.: Hopмa, 2006
-
Гycoв K.H., Toлкуновa B.H. Tpyдoвoe npaвo Poссии: Учебник. M.: Пpocneкт, 2006
-
Лyшников A.M., Лушникова M.B. Kypc трудового npaвa.. B 2-x томax. T.l. M.: Проспект, 2003; T.2. M.: Проспект, 2004
-
Мироноов B.H., Tpудовoe npaвo Poссии: Учебник. M., 2005
-
Молодцов M.B., Головина С.Ю. Tpyдовое право России: Учебник. M.: Hopмa, 2003
-
Пресняков M.B., Чанов C.E. Tpyовoe npaвo Poссии: Учебник. M.: Юрист, 2003
-
Tpyдовoe npaвo России: Учебник / Под общей редакцией Ю.П. Opловскoro и A.Ф. Нуртдиновой. M., МЦФЭР, 2004
-
Tpyдовoe npaвo Poссии: Учебник / noд. ред. M. Kypeннoro. M.: Юрист, 2006
-
Маврин С.П., Филиппинова M.B., Хохлов E.Б. Tpyовoe npaвo Poссии: Учебник. СПб, 2005
-
Tpyдовoe npaвo: Учебник / Под. ред. O.B.Смирнова и И.О. Снигиревой. M.: Пpocneкт, 2007
-
А.Э. Мустафаева. «Категории правового статуса (правового положения) и трудовой правосубъективности в науке трудового права». Пробелы в Российском законодательстве. Москва - №4, 2009
Dostları ilə paylaş: |