İqtisadi informasiyanın xüsusiyyətləri
İqtisadi informasiya iqtisadi prosesləri səciyyələndirir. İqtisadi informasiya iqtisadi sistemlərdə dövran etməklə, onların fəaliyyətini təmin edən, daxili və xarici təsirlər kompleksinin universal ifadəsidir. İqtisadi informasiya bir sıra hallarda idarəetmə informasiyası ilə eyniləşdirilir. Lakin bu düzgün hesab edilə bilməz. İdarəetmə informasiyası öz tərkibinə görə zəngindir və ona sosial, texniki, hüquqi və digər informasiya növləri aiddir.
Bununla belə iqtisadi informasiya maddi istehsal sferasında istehsalın idarə edilməsi aləti kimi istifadə olunur.
İqtisadi informasiya öz xarakterinə görə daha çevikdir. Digər tərəfdən iqtisadi informasiya daha çoxcəhətli və mürəkkəbdir, çünki o iqtisadiyyat kimi mürəkkəb və dinamik bir sistemi səciyyələndirir.
İqtisadi informasiyanın fərqləndirici cəhədləri vardır və bunlara əsasən aşağıdakıları aid etmək olar:
iqtisadi informasiya iqtisadi- təsərrüfat fəaliyyətini natural və dəyər
göstəriciləri sistemi ilə əks etdirir;
iqtisadi informasiyanın əsas kütləsi diskretdir, başqa sözlə fasilərlə qəbul
və emal edilir;
müxtəlif maddi daşıyıcılarda: - sənədlərdə, perfo və maqnit daşıyıcılarda
əks oluna bilər;
iqtisadi informasiya sonlu nəticələr şəklində ifadə olunur;
iqtisadi informasiya əsasən xətti şəkildə ifadə olunur və sənədlər adətən
sətirbəsətir və ya sütunlar üzrə yazılır;
iqtisadi informasiya çox böyük həcmə malikdir. İqtisadi proseslərin baş
vermə məkanı genişləndikcə iqtisadi informasiyanın artım tempi bu genişlənməni həmişə qabaqlayır və bu qabaqlama əksər hallarda çox böyük həddə baş verir;
iqtisadi informasiya kütləvi və təkrarlanandır. Bu xassə iqtisadi sistemin
dinamikliyi və mürəkkəbliyindən, dövri baş verən proseslərin mövcudluğundan irəli gəlir;
iqtisadi informasiyanın xeyli hissəsi bilavasitə emal olunur və sadəcə
olaraq bir sənəddən digərinə köçürülür;
iqtisadi informasiyanın tərkibindəki nisbi sabit informasiyanın xüsusi
çəkisi yüksək olur;
quruplaşdırma əlamətləri çoxsaylıdır;
iqtisadi informasiya adətən uzun müddət saxlanır və s.
Dostları ilə paylaş: |