İQTİSADİ İNFORMASİYA HAQQINDA ANLAYIŞ
İnformasiya - izah etmək mənasına gələn çox qədim bir dildə olan cümlədir. 20-ci əsrin ortalarından informasiya elmi anlayışdır və müxtəlif təbiətli obyektlər (yaddaşlar) arasında baş verən məlumat mübadiləsinin məna yükünü ifadə edir. İqtisadi informasiya - çəmiyyətdə istehsal münasibətlərini xarakterizə edir.
İqtisadi informasiya iqtisadi sistemin (müəssisənin, nazirliyin, dövlətin və s.) ayrılmaz tərkib hissəsidir.
İqtisadi informasiya dəqiq, gerçək və operativ olmalıdır. Dəqiqlik bir informasiyanın bütün istehlakçılar tərəfindən birmənalı dərk edilməsi yolu ilə təmin edilir. Gerçəklik informasiyanın elə keyfiyyət səviyəsidir ki, bu səviyyə təmin olunduqda sistemin səmərəli fəaliyyətinə xələl gəlmir. Оperativlik isə konkret şəraitdə yüksək aktuallıq nümayişidir. İqtisadi informasiya ilk növbədə, idarəetmə funksiyaları və yaranma yerləri (idarəetmə səviyyələri) üzrə təsnifləşdirilir. İdarəetmə funksiyaları üzrə iqtisadi informasiya plan-uçot, normativ-arayış və hesabat-statistika informasiyasına ayrılır. Plan (direktiv) informasiya gələçək dövrlər üçün planlaşdırılan və nəzərdə tutulan iqtisadi göstəriçiləri əhatə edir. Uçot informasiyası müəyyən dövr üçün planlaşdırılmış göstəricilərin faktiki qiymətlərini əks etdirir. Normativ-arayış informasiyası istehsal prosesləri və münasibətləri ilə bağlı olan müxtəlif normaları və sorğu məlumatlarını özündə birləşdirir. Bu, ümumi informasiya kütləsinin 50-60 faizini təşkil edir. Hesabat-statistika informasiyası aşağı səviyyəli iqtisadi sistemin (müəssisənin, firmanın) yuxarı təşkilata təqdim etdiyi hesabat köstəriçilərini əhatə edir. Yaranma yeri üzrə informasiya giriş və çıxış informasiyaya bölünür. Giriş informasiya iqtisadi sistemə kənardan daxil olandır. Çıxış informasiya sistemi tərk edən informasiyadır.
Dostları ilə paylaş: |