İQTİsadi TƏŞƏBBÜSLƏRƏ yardim iCTİMAİ BİRLİYİ Azərbaycan Respublikasının 2017-ci IL dövlət büdcəsi (proqnozu) ilə bağlı r ə y baki – 2016


ARDNF-in transferi nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri büdcənin illik cari xərclərini və dövlət borcuna xidmətlə bağlı xərcləri ödəmək iqtidarında olmayacaq



Yüklə 189,3 Kb.
səhifə2/3
tarix18.06.2018
ölçüsü189,3 Kb.
#54070
1   2   3

ARDNF-in transferi nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri büdcənin illik cari xərclərini və dövlət borcuna xidmətlə bağlı xərcləri ödəmək iqtidarında olmayacaq. 2017-ci ildə Neft Fondunun transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 10155.0 mln. manat nəzərdə tutulur. Bu o deməkdir ki, 2008-ci ildən sonra ilk dəfə olaraq dövlət büdcəsinin ARDNF-in transferti nəzərə alınmadan gəlirləri büdcədən planlaşdırılan illik cari xərclərdən (10045.2 mln. manat) bir qədər (təqribən 110.0 mln. manat) çox olacaq. Lakin dövlət büdcəsinin cari xərcləri ilə yanaşı dövlət borcuna xidmətlə bağlı xərcləri də nəzərə alınarsa (bu iki qrup xərclərin cəmi 11687.0 mln. manat), onda Neft Fondunun transferti nəzərə alınmadan 2017-ci il dövlət büdcəsinin gəlirləri bu xərclərdən 1532.0 mln. manat (yaxud 13.1%) az olacağı gözlənilir;

  • Dövlət büdcəsi gəlirlərində bir neçə mənbənin rolu, yəni gəlir mənbələrinin təmərküzləşmə səviyyəsi yüksək olaraq qalmaqdadır:

    a) 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin 83.6%-i 4 mənbə hesabına təmin olunuacaq: büdcə gəlirlərinin 37.5%-i ARDNF-in, 25.5%-i ƏDV-nin, 13.4%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin və 7.2%-i fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşür;

    b) 2017-ci ildə ARDNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin 79.7%-i 4 verginin payına düşür: ƏDV – 40.7%, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi – 21.5%, fiziki şəxslərin gəlir vergisi – 11.5% və aksizlər – 6.0%;

    c) 2017-ci ildə ARDNF-in transferti nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu – 51.2%-i dolayı vergilərin və gömrük rüsumlarının hesabına formalaşacaq: ƏDV – 40.7%, aksizlər – 6.0% və gömrük rüsumları – 4.5%;

    d) 2017-ci ildə Vergilər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin xətti ilə qeyri-neft sektorundan dövlət büdcəsinə cəlb ediləcək vəsaitlərin 65.4%-i dolayı vergilərin (ƏDV və aksizlər) və gömrük rüsumlarının payına düşür.

    1. Vergi Məcəlləsində aksiz vergisinə cəlb olunan mallaırn siyahısının genişləndirilməsinə və bəzi mallar üzrə aksiz dərəcələrinin artırılmasına baxmayaraq 2017-ci ildə aksizlər üzrə daxilolmaların azalması proqnozlaşdırılır. 2017-ci ildə dövlət büdcəsinə aksiz vergisi üzrə daxilolmaların 608.0 mln. manat olması gözlənilir ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 29.0 mln. manat yaxud 4.6%, 2015-ci ildəki faktiki məbləğdən 39.8 mln. manat yaxud 6.1% azdır. Azalma həm idxal malları üzrə (15 mln. manat), həm də ölkədə istehsal olunan mallar (14 mln. manat) üzrə gözlənilir. bu, aksizli malların idxalnın və istehlakının azalmasına əlalət edir;

    2. Dövlət büdcəsinin 3 əsas vergi növü üzrə daxilolmalar proqnozunun artırılması ilə bağlı yetərincə izahat yoxdur:

    a) 2017-ci ildə dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 1168.0 mln. manat olması gözlənilir ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 88.0 mln manat yaxud 8.1%, 2015-ci ilin faktiki göstərici ilə müqayisədə 185.5 mln. manat yaxud 18.9 faiz çoxdur. Hökumət bunu son dövrlərdə iqtisadiyyatda yeni iş yerlərinin açılması və orta aylıq əmək haqqının artımla proqnozlaşdırılması ilə izah edir. 2015-ci ildən başlayaraq ölkədə iqtisadi artım templərinin aşağı düşdüyü və böhran proseslərinin dərinləşməkdə davam etdiyi bir şəraitdə bu tədiyə növü üzrə daxilolmaların belə artımının proqnozlaşdırılması başa düşülən deyil. Araşdırmalar göstərir ki, ölkədə iqtisadi artımın müşahidə olunduğu 2012-ü ildə bu tədiyə növü üzrə dövlət büdcəsinə daxilolmalar əvvəlki illə müqayisədə 14.0%, 2013-cü ildə 5.7% və 2014-cü ildə 13.6% artdığı, habelə 2015-ci ildə bu tədiyə növü üzrə artımın cəmi 0.2% olduğu halda, 2017-ci ildə belə yüksək artım göstəriciləri real görünmür;

    b) əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət (gəlir) vergisi ilə bağlı proqnozlaşdırılan artımları, xüsusilə büdcə layihəsi Milli Məclisin müzakirələrinə təqdim ediləndən sonra bu tədiyə növləri üzrə daxilolmalar proqnozunda olan mühüm artımları hökumət qeyri-neft ÜDM-nin artması və vergi Məcəlləsində edilən dəyişikliklərlə izah edir. Lakin bu artıma gətirib çıxaracaq amillər və onların hər birinin təsir dərəcəsi qiymətləndirilməyib. Habelə manatın məzənnəsinin dəyişilməsi və qiymətlərin artması kimi proseslərin bu artımlarda rolu ilə bağlı heç bir qiymətləndirmə yoxdur;

    1. Sadələşdirilmiş vergi üzrə büdcə daxilolmalarının sürətlə artması proqnozlaşdırılır. 2017-ci ildə sadələşdirilmiş vergi üzrə büdcəyə daxilolmalar 344.0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin proqnozundan 44.0 mln. manat yaxud 14.7%, 2015-ci ildə qeydə alınan faktiki məbləğdən 176.0 mln. manat yaxud 2 dəfə çox deməkdir. Bu tədiyə növü üzrə daxilolmaların belə sürətli artımı bu vergiyə cəlb edilən vergi ödəyicilərinin siyahısının genişləndirilməsi ilə izah olunur;

    2. Qeyri-neft sektorundan daxilolmalarının qeyri-neft ÜDM-ə nisbəti çox aşağıdır. Hökumətin proqnozlarına əsasən, 2017-ci ildə dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarının gözlənilən ümumi məbləği illik qeyri-neft ÜDM-nin 20.2 faizi qədər olacaq. Vergi olmayan gəlirləri və neft sektorunda yaranan, lakin, yuxarıda qeyd etdiyimiz kimi, hökumətin öz hesablamalarında nəzərə almadığı daxilolmaları da nəzərə alsaq, onda qeyri-neft sektorundan dövlət büdcəsinə daxil olan vergi ödəmələrinin qeyri-neft ÜDM-nə nisbətinin 18%-dən də az olması ortaya çıxır. Ölkədə vergi inzibatçılığının gücləndirildiyi bir şəraitdə qeyri-neft sektorundan bütün tədiyələr üzrə vergi daxilolmalarının qeyri-neft ÜDM-ə nisbətinin bu qədər aşağı olması başa düşülən deyil və hökumət bunun izahını verməyib. Əgər bu, ayrı-ayrı vergi növləri üzrə məvcud olan və son illər genişləndirilən vergi güzəştləri və vergidən azadetmələrlə bağlıdırsa, hökumət belə güzəştlərin real məbləğini hesablayıb ictimaiyyətə təqdim etməlidir. Milli Məclisə təqdim edilən büdcə zərfində vergi güzətləri formasında hökumətin təsərrüfat subyektlərinə təqdim etdiyi subsidiyalaşmanın məbləği və belə subsidiyalaşmanın nəticələri barədə məlumatların olması məqsədəuyğundur;

    3. Dövlət büdcəsinin yerli gəlirlərin azalması tendensiyası davam edir. Dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlər 2017-ci ildə dövlət büdcəsində 620.3 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 146.0 mln. manat yaxud 19.1%, 2015-ci ilin proqoz göstəricisindən isə 214.2 mln. manat yaxud 25.7% azdır. Hökumətin büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi ölkənin şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması üçün həmin ərazilərdə faktiki fəaliyyət göstərən ödəyicilərin vergiləri hesabına maliyyə yardımının (dotasiyanın) azaldılması istiqamətində işlərin davam etdirildiyi, habelə son illər ölkənin regionlaırnda çoxsaylı istehsal və xidmət müəssisələrinin yaradıldığı bəyan edildiyi bir şəraitdə dövlət büdcəsinin yerli gəlirlərinin azalma ilə proqnozlaşdırılması başa düşülən deyil. Dövlət büdcəsində hər bir rayon üzrə yerli gəlirlərin tədiyə növləri üzrə açıqlanmasının verilməsi belə suallara aydınlıq gətirə bilər;

    4. Dövlət müəssisələrinin büdcə öhdəlikləri barədə detallı məlumatlar yoxdur. 2017-ci ilin dövlət büdcəsi layihəsinə əlavə edilən sənədlərdə və hökumətin izahatında dövlət müəssisələrinin büdcə öhdəlikləri və bu öhdəliklərinin yerinə yetirilməsi vəziyyəti haqqında məlumatlar əksini tapmayıb. Halbuki məhz zaman-zaman dövlət büdcəsindən müxtəlif formalarda maliyyə dəstəyi alan bu şirkətlərin ölkənin iqtisadi və sosial həyatında rolu, bu müəssisələrin fəaliyyətinin səmərəliliyi və büdcə qarşısında öhdəliklərini yerinə yetirmə dərəcəsi daima hökumətin və ölkəı parlamentinin diqqət mərkəzində olmalıdır.

    III. Büdcə xərcləri siyasəti üzrə müşahidə
    olunan əsas meyllər

    3.a) Qarşıdakı 3 il üzrə hökumətin xərc siyasətinin əsas prioritetləri

    2017-2020-ci illər üzrə hökumətin büdcə siyasətinin əsas istiqamətlərinə dair sənədində xərcləmələrlə bağlı əsas hədəfləri kimi aşağıdakılar qeyd edir:



    1. Fiskal yığcamlaşdırma siyasətinin davam etdirilməsi. Bu siyasət müdafiə olunan xərc maddələri istisna olmaqla digər xərc maddələri üzrə xərclərin əvvəlki dövrlə müqayisədə azaldılmasını, lakin dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin və sosial proqramların saxlanmasını nəzərdə tutur. Hökumətin 2017-2020-ci illər üzrə büdcə proqnozlarına görə 2016-cı ilin proqnoz göstəricisi ilə mqayisədə 2020-ci ildə dövlət büdcəsinin xərcləri 3.6 mlrd. manat və ya 19.7% azalacaq.

    2. Dövlət sektorunda xərclərin səmərəliliyinin artırılması istiqamətində işlərin davam etdirilməsi. Bu addım səmərəsiz xərcləməlir azaldılması ilə yanaşı iqtisadiyyatın bir çox sahələrində dövlət maliyyəsinin iştirakını mərhələli şəkildə məhdudlaşdırılması hesabına özəl investisiyaların cəlb edilməsinin daha da fəallaşdırılması, dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsi və şəffaflığın artırılmasını təmin edən qanunvericilik bazasının gücləndirilməsi istiqamətində işləri davam etdirilməsi, götürdükləri öhdəliklərin icrasının vaxtında təmin edilməsi üçün dövlət zəmanəti əsasında kredit vəsaitlərini cəlb edən dövlət müəssisələrinin rəhbərlərinin qanunvericiliklə məsuliyyətinin artırılması kimi mühüm addımların atılmasını nəzərdə tutur.

    3. Fiziki infrastruktur layihələri üçün maliyyə təminatının yaradılması. Bu çərçivədə həmçinin ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi üçün beynəlxalq maliyyə təşkilatları ilə birgə maliyyələşdirmənin davam etdirilməsi nəzərdə tutulur. Hökumətin 2017-2020-ci illər üzrə büdcə proqnozlarının əks olunduğu sənədlərdə göstərilir ki, qarşıdakı 4 ildə dövlət investisiya proqramlarının icrası üçün müxtəlif beynəlxalq maliyyə qurumlarından 4.3 mlrd. manat məbləğində kredit vəsaitlərinin cəlbi nəzərdə tutulub;

    4. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatının yaradılması. Hökumətin 2017-2020-ci illər üzrə büdcə proqnozlarından aydın olur ki, digər xərc istiqamətlərindən fərqli olaraq ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xərclərin ixtisarı hədəflənmir. Qarşıdakı 4 ildə təhsil, səhiyyə, sosial müdafiə də daxil olmaqla hökumətin daimi prioritetləri sırasında olmuş funksional istiqamətlərdə xərclərin 2016-cı ilə nisbətən 15-20% intervalında ixtisarı nəzərdə tutulsa da, müdafiə və təhlükəsizlik xərclərinin sabit həcmdə qorunub saxlanması hədəflənib;

    5. Qeyri-neft sektorunun inkişafının stimullaşdırılması ilə bağlı dövlət dəstəyinin daha da gücləndirilməsi. Hökumətin 2017-2020-ci illər üzrə sosial-iqtisadi inkişaf kpnsepsiyasında müəyyən edilmiş investisiya prioritetlərində qeyd edilir ki, qeyri-neft sektorunun müxtəlif sahələri, o cümlədən kənd təsərrüfatı, qida sənayesi, tütün məmulatlarının istehsalı, yüngül sənaye, tikinti materiallarının istehsalı, rezin və plastmas məmulatlarının istehsalı mühüm istiqamətlər kimi hədəflənib.

    6. Regionların sosial-iqtisadi inkişafının gücləndirilməsi üçün dövlət dəstəyinin artırılması. Hökumətin 2017-2020-ci illər üzrə sosial-iqtisadi inkişaf kpnsepsiyasına görə, ortamüddətli dövrdə ölkədə regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, regionlarda kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, sosial infrastrukturun yaxşılaşdırılması əsas hədəflər kimi seçilib;


    3.b) 2017-ci il dövlt büdcəsinin xərclər siyasətində müşahidə edilən ən mühüm trendlər

    Ümumilikdə, 2017-ci il dövlət büdcəsinin xərc proqnozlarının əvvəlki ilin göstəriciləri ilə müqayisəli təhlili əsas meyllər kimi aşağıdakıları qiymətləndirməyə imkan verir: 



    1) Hökumətin “fiskal yığcamlaşma” adlandırdığı, reallıqda büdcə xərclərinin məhdudlaşdırılması siyasəti sosial sektordan da yan keçməyib. Hökumət son onillikdə müntəzəm olaraq büdcənin sosial yönümlülüyünün onun üçün əsas prioritetlərdən biri olduğunu vurğulayıb. 2017-2020-ci illər üzrə büdcə siyasətinin əsas istiqamətlərində qeyd edilir ki, maliyyə məhdudiyyətlərinə baxmayaraq sosial öhdəliklər və sosial proqramların qorunub saxlanması hökumətin başlıca hədəfləri sırasındadır. Lakin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 2017-ci ildə sosial sektorun mühüm istiqamətlərinin hər biri üzrə xərclərin əhəmiyyətli dərəcədə azalması müşahidə edilir.

    Təhsil xərcləri 1.736 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 96.8 mln. manat və ya 5.3% azdır. Səhiyyə bölməsi üzrə xərclər 745.4 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 85.4 mln. manat və ya 10.3% azdır. Sosial müdafiə və təminat bölməsi üzrə xərclər 2. 253 mlrd. manat nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 445.8 mln. manat və ya 16,5% azdır.

    Ümumilikdə əvvəlki illə müqayisədə 2017-ci ilin büdcə layihəsində bu 3 aparıcı sosial istiqamət üzrə xərclərin ixtisar olunan məbləği 827.9 mln. manat və ya orta hesabla 18.3% təşkil edir. Həmin xərclərin dövlət büdcəsində payı 28% səviyyəsində proqnozlaşdırılır, 2016-cı il üzrə isə bu göstərici 29% təşkil edirdi.

    2) Büdcə təşkilatlarının büdcədənkənar xərclərində əhəmiyyəti artım müşahidə edilir. Hazırkı büdcə qanunvericiliyi müxtəlif təyinatlı büdcə təşkilatlarına göstərdikləri müxtəlif xidmətlərə (gördükləri işlərə) görə müstəqil maliyyə resursları formalaşdırmaq hüququ verir. Həmin resurslardan istifadə “büdcədənkənar xərcləmələr” hesab edilir. Nümunə olaraq, dövlət təhsil və səhiyyə müəssisələrinin, “Asan Xidmət” mərkəzlərinin ödənişli xidmətlərdən əldə etdiyi və istifadəsinə özlərinin sərəncam verdiyi vəsaitlər büdcədənkənar xərcləmələrdir. 2017-ci ildə büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə xərcləri 353,0 mln. manat proqnozlaşdırılmışdır ki, bu da 2016-cı illə müqayisədə 48,0 mln. manat və ya 15,7 faiz çoxdur. Ümumdövlət xidməti funksional istiqaməti üzrə büdcədənkənar xərclərin daha yüksək templə artımı gözlənir. Belə ki, bölmə üzrə 120.7 mln. manat büdcədənkənar xərc nəzərdə tutulub ki, bu da 2016-cı ilin göstəricisindən 34.6 mln. manat (40.1%) çoxdur. Bu vəziyyət onu göstərir ki, hökumət büdcənin imkanlarının məhdudlaşdığı şəraitdə büdcə təşkilatlarına müstəqil maliyyə mənbələrindən gəlirlərin genişlənməsində, xərc ehtiyaclarının qarşılanmasında bu mənbələrin payının artırılmasında maraqlıdır.

    3) Dövlət büdcəsi xərclərinin ifrat səviyyədə mərkəzləşməsi baş verir. Əvvəlki ilin proqnoz göstəriciləri ilə müqayisədə 2017-cı ilin yerli xərclər 852.4 mln. manat və ya 2.2 dəfə azalıb 2017-ci ilin proqnozuna əsasən, yerli xərclərin ümumi büdcə xərclərində payı 4.1% təşkil edəcək. Halbuki 2016-cı il üzrə həmin göstərici 8.3% müəyyən edilib.

    2017-ci ildə yerli xərclər 688.7 mln. manat və ya büdcə xərclərinin 4.1%-i səviyyəsində proqnoz edilir. Əvvəlki ilə nisbətən yerli xərclər 852.5 mln. manat və ya 2.2 dəfə az proqnozlaşdırılır. 2016-cı ildə yerli xərclərin büdcədə payı 8.3% səviyyəsindədi.

    Növbəti ilin büdcə layihəsinə görə, yerli xərclər ümumdövlət xidməti bölməsi üzrə xərclərin 3.5%-i, təhsil bölməsi üzrə xərclərin 8.2%-i, səhiyyə bölməsi üzrə xərclərin 30.5%-ni, mədəniyyət, incəsənət və idman bölməsi üzrə xərclərin 2.8%-i, mənzil kommunal təsərrüfatı bölməsi üzrə xərclərin 65.5%-i səviyyəsində müəyyən edilib.

    Xərclərin mərkəzləşməsinin əsas səbəb budur ki, hökumət təhsil, mədəniyyət-incəsənət sektoru kimi bir sıra mühüm sahələr üzrə rayon idarələrini ləğv edir, regional strukturlar yaradır. Azərbaycanın ərazi bölgüsü haqda qanuna görə isə regional səviyyəli büdcə sərəncamçısı yoxdur və onların fəaliyyəti üçün tələb edilən vəsaitlərin həcmi müvafiq mərkəzi hakimiyyət orqanları vasitəsilə paylanır.



    4) Ölkənin müdafiəsi ilə bağlı xərcləmələr hökumətin 2 əsas prioritetindən birinə çevrilib. Belə ki, bu bölmə üzrə xərclərin proqnozlaşdırlan büdcədə payı 2006-cı ildən sonra ən yüksək həddə yüksəlib. 2006-cı ildə müdafiə xərcləri ümumi büdcə xərclərinin 17.4%-i səviyyəsində proqnozlaşdırılmışdı. 2007-2016-cı illərdə həmin göstərici 7.7-13% intervalında dəyişilmişdir. 2017-ci ilin xərc proqnozlarına görə isə müdafiə funksional bölməsi üzrə xərclərin dövlət büdcəsinin ümumi məxaricində xüsusi çəkisi 15.6% səviyyəsində nəzərdə tutulur. Öz növbəsində, 2010-2016-cı illərdə müdafiə xərcləri xüsusi çəki etibarı ilə 14 əsas funksional istiqamət arasında bəzi illərdə 3-cü, bəzi dövrlərdə isə 4-cü sırada qərarlaşmışdı. 2017-ci ildə müdafiə üzrə məcmu xərclərin büdcədə payı ümumdövlət xidməti xərclərindən sonra 2-ci sıradadır.

    5) Büdcə investisiyalarının həcmi və ümumi xərclərdə payı sürətlə azalır. 2017-cü ildə dövlət büdcəsində investisiya xərcləri 2.521 mlrd. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 503.6 mln. manat və ya 16.6% azdır. Bölmə üzrə xərclərin büdcədə payı 14.9% təşkil edəcək ki, bu əvvəlki ilin göstəricisindən 1.5% bəndi azdır.

    Öz növbəsində, investisiya xərclərinin büdcənin ümumi məxaricində payı 2005-ci ildən sonra ən aşağı göstəricidir. Belə ki, 2006-2016-cı illərdə həmin göstərici 23.9-39.9% intervalında dəyişib.

    2017-ci ildə büdcə investisiya vəsaitlərinin təxminən nin yarısı – 1.233 mlrd. manatı 5 iri dövlət şirkətinə ayrılacaq. Dövlət Neft Şirkətinə 617.3 mln. manat, “Azəravtoyol” ASC-ə 290.4 mln. manat (2016-da 122.1 mln), Dövlət Dəmir Yolları QSC-ə 130 mln. manat (175.2), Nəqliyyat Nazirliyinə 100 mln. manat (70 mln) və “Azərsu” ASC-ə 95 mln. manat vəsait yönəldilməsi proqnozlaşdırılır.

    Büdcə investisiyalarının sektorlar üzrə strukturuna gəldikdə, 2017-ci ilin büdcə investisiyalarında nəqliyyat infrastrukturuna 545 mln. manat (2016-cı ilin göstəricisinə nisbətən 1.9 əfə və ya 483 mln. manat az), kommunal infrastruktura 260 mln. manat (2016-cı ilin göstəricisinə nisbətən 2.8 dəfə və ya 484 mln. manat az), energetika və sənaye sektoruna 639.3 mln. manat (2016-cı ilin göstəricisinə nisbətən 2.2 dəfə və ya 761 mln. manat az), aqrar sektora 230 mln. manat (2016-cı ilin göstəricisinə nisbətən 2.5 dəfə və ya 154 mln. manat çox), 227.7 mln. manat müdafiə və hüquq-mühafizə layihələrinə (2016-cı ilin göstəricisinə nisbətən 3 dəfə və ya 142 mln. manat çox), su ehtiyatları və irriqasiya sektoruna 131.8 mln. manat, sosial sektor (təhsil, səhiyyə, sosial müdafiə və mədəniyyət) sektoruna 180 mln. manat (2016-cı ilin göstəricisinə nisbətən 28% və ya 40 mln. manat az), idman layihələrin 330 mln. manat (2016-cı ilin göstəricisinə nisbətən 100 dəfə dəfə və ya 327 mln. manat çox) vəsait yönəldiləcəyi proqnozlaşdırılır.



    6) Dövlət borclarının ödənilməsilə bağlı xərclərin büdcədə payı yüksək olaraq qalır. 2017-ci ildə dövlət borclarına xidmət xərclərinə ödənilməsinə büdcədən 1.641 mlrd. manat vəsait ayrılması nəzərdə tutulur. Bu 2016-cı ilin göstəricisindən 5.7% və ya 100 mln.manat azdır. Xərclərin mütləq ifadədə məbləği azalsa da, büdcənin ümumi məxaricində xüsusi çəkisi artmışdır. Belə ki, 2017-ci ildə dövlət borcuna xidmət xərcləri büdcə xərclərinin 9.7%-ni təşkil edəcək. Bu son 10 illikdə ən yüksək göstəricidi. Dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsində xüsusi çəkisi 2016-cı ildə 9.4% səviyyəsində proqnozlaşdırılmışdı. 2005-2015-ci illər üzrə proqnozlaşdırılan büdcə xərclərində həmin göstəricinin payı 0.99-6.7% intervalında dəyişmişdir.

    Dövlət borclarına xidmət xərcləri ilə bağlı diqqəti cəlb edən başqa bir məqam budur ki, xərc artımı əsasən xarici dövlət borcunun maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, 2017-ci ildə borclarla bağlı proqnozlaşdırılan məbləğin 1.581 mlrd. manatı xarici borclara yönəldiləcək ki, bu da əvvəlki ilin göstəricisindən 106 mln. manat və ya 7.2% çoxdur. Ümumilikdə isə xarici borclara xidmət xərclərinin büdcədə payı 9.3% səviyyəsində proqnoz edilir.



    2017-ci ildə daxili dövlət borcunun ödənməsi ilə bağlı xərclər 61 mln. manat olacaq ki, bu əvvəlki ilin proqnoz göstəricisindən 207 mln. manat və ya 4.4 dəfə azdır.

    7) Elmin inkişafı üçün büdcə dəstəyinin həcmi azalıb. Bölmə üzrə xərclərin 4.2%-ni və ya 118.5 mln. manatını elm xərcləri təşkil edir. Bu əvvəlki ilə nisbətən 16.7 mln. manat və ya 12.3% azdır. 2014 və 2016-cı illərdə elm xərcləri bir qədər artırılsa da, 2017-ci il üçün proqnozlaşdırılan məbləğ 2012-2013-cü illərdəki səviyyəyə enib. Elm xərclərinin növbəti ilin büdcəsində xüsusi çəkisi 0.7%-dən də aşağıdır. Dünyanın inkişaf etmiş ölkələrindəbu göstəricinin 2-3% intervalında olduğunu nəzərə alsaq, Azərbaycanın anoloji göstəricisi kifayət qədər aşağıdır.

    8) Dövlət hakimiyyət orqanlarında əmək haqqı xərclərinin artım tempi digər büdcə sektorları ilə müqayisədə daha yüksək olub. 2017-ci ildə dövlət hakimiyyət orqanlarının və diplomatik korpusun saxlanması xərcləri 658.4 mln. manatı təşkil edir və həmin vəsaitin 366.1 mln. manatı və ya 65.8%-i əmək ödənişi xərcləri kimi müəyyən edilib. Əvvəlki ilə nisbətən əmək ödənişi haqqı xərcləri 41.8 mln. manat və ya 12.9% artırılıb.

    9) Hüquq-mühafizə orqanlarının saxlanması xərclərinin artımı hökumətin prioritetləri sırasında olub. 2017-ci ilin dövlət büdcəsində “hüquq-mühafizə” köməkçi bölməsi üzrə xərclər 927.5 mln. manat proqnozlaşdırılır ki, bu əvvəlki ilin anoloji göstəricisindən 64.6 mln. manat və ya 7.5% çoxdur. Hüquq-mühafizə xərcləriin artımı əsasən daxili işlər sisteminin – Daxili İşlər Nazirliyi və bu nazirliyin Daxili Qoşunlar Baş İdarəsinin xərclərinin çoxaldılması hesabına baş verəcək. Belə ki, polis sistemi üzrə ümumi xərclər 565.1 mln. manat proqnozlaşıdırlır ki, bu əvvəlki ilə nisbətən 51 mln. manat və ya 9.9% çoxdur.

    10) Büdcə sektoru üzrə əmək ödənişi xərclərinin artımı ölkədə inflyasiya səviyyəsinə adekvat deyil. Hökumət 2016-ci ildə ölkədə ikirəqəmli inflyasiya (12.1%) gözləyir, 2017-ci il üzrə 7.3% proqnozlaşdırır. Amma ayrı-ayrı sahələr, xüsusilə sosial sektor üzrə əmək ödənişi xərclərinin artımı inflyasiya səviyyəsindən xeyli aşağıdır. Məsələn, təhsil xərclərinin 1.247 mlrd. manatı əmək haqqı xərcləri üçün nəzərdə tutulub ki, bu əvvəlki ilin göstəricisindən 18 mln. manat və ya 1.5% çoxdur. Səhiyyə bölməsi üzrə 385.9 mln. manatı (51.7%-i) əmək haqqı xərclərinə yönəldiləcək ki, bu əvvəlki ilə nisbətən 10.6 mln. manat və ya 1.3% çoxdur.

    11) İdman tədbirlərinin maliyyələşdirilməsi hökumətin önəm verdiyi xərc istiqamətləri sırasında olub. Son illər Azərbaycanın beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi büdcənin idman sektoru ilə bağlı xərclərini artırıb. 2016-ci ilin büdcə layihəsində idman xərcləri 438 mln. manat səviyyəsində proqnozlaşdırılmışdı, əlavə olaraq 3.2 mln. manat investisiya bölməsindən idman tədbirlərinə ayrılmışdı. Ümumilikdə 2016-cı ildə dövlət büdcəsindən idman sektoru üzrə xərclər 441.2 mln. manat nəzərdə tutulmuşdu. 2017-ci ildə mədəniyyət, incəsənət və idman funksional istiqaməti üzrə “idman” köməkçi bölməsinə əvvəlki ilə nisbətən 11.5 dəfə və ya 400 mln. manat az vəsait ayrılsa da, investisiya bölməsində idman layihələrinin maliyyələşdirilməsi üçün vəsaitlər təxminən 100 dəfə və ya 327 mln. manat artırıklıb. Ümumilikdə 2017-c ilin büdcəsində idmana ayrılan xərclər 368 mln. manat səviyyəsində müəyyən edilib ki, bu əvvəlki ilə nisbətən 16.5% və ya 73 mln. manat azdır.

    12) Büdcə vastəsilə iqtisadi inkişafın dəstəklənməsi imkanları xeyli məhdudlaşdırılıb. 2017-ci ildə “İqtisadi inkişaf” bölməsi üzrə xərclər 191.5 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 168.5 mln. manat və ya 46,8% azdır. 2017-ci ilin büdcə layihəsində “İqtisadi fəaliyyət” bölməsinin xərclərinin dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkisi 1,2% səviyyəsindədir, lakin əvvəlki ildə isə 1.9% təşkil edir. 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fonduna 70 mln. manat, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə 5 mln. manat, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 32 mln. manat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna 4 mln. manat vəsait nəzərdə tutulduğu halda, 2017-ci ildə həmin xərclər tamamilə kəsilib.

    Nəqliyyat və rabitə bölməsi üzrə xərclər 101.8 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 28.1 mln. manat və ya 21.6% azdır.

    Kənd təsərrüfatı bölməsi üzrə xərclər 517.4 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu ötən ilə nisbətən 167 mln. manat və ya 24.4% azdır. Bölmə üzrə xərclərin 2017-ci ilin dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkisi 3,1% səviyyəsində proqnozlaşdırılmışdır ki, bu da 2016-cı ilin müvafiq göstəricisindən isə 0,6% bəndi azdır. Bilavasitə kənd təsərrüfatı tədbirləri üzrə xərclərin azalması 105.8 mln. manat (31.3%), meliorasiya tədbirləri üzrə azalma 80 mln. manat (28.4%) təşkil edir.

    Doğrudur, investisiya bölməsində kənd təsərrüfatına ayrılan vəsaitlərdə 154 mln. manat artım var. Lakin 2016-cı ildə kənd təsərrüfatı və tikinti funksional bölmələr üzrə birlikdə 761 mln. manat təşkil etdiyi halda, 2017-ci il üzrə həmni xərclərin həcmi 747 mln. manat proqnozlaşdırılır. Göründüyü kimi, növbəti ildə büdcədən aqrar sektorun inkişafı ilə bağlı xərclərin həcmi 14 mln. manat və ya 1.8% azalma ilə proqnozlaşdırılır.



    Yüklə 189,3 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin