Təklif və Nəticə
Respublikamızda yerləşən XİZ-ların ölkə iqtisadiyyatına, həmçinin ailə təsərrüfatına göstərdiyi təsirləri gözdən keçirərək belə nəticəyə gələ bilərik ki, XİZ dövlətin sosial-iqtisadi funksiyalarını yerinə yetirilməsi zamanı əvəz edilməz vasitəyə çevrilir. XİZ və onun ətrafında yaradılmış subyektlərlə birlikdə sistem yaradaraq müəyyən təsirlər göstərir. Yalnız iqtisadi və işgüzar şəraitin qeyri-stabil olması, həmçinin gözə görükməyən faktorların təsiri ilə XİZ dövlətin gözlədiyi effektləri göstərməyə bilər. Ölkəmizdə XİZ-ın potensiallarına yaxın dərəcədə təsirlərini göstərməsi üçün dövlət tərəfindən müdaxilələr vacibdir. Ölkəmizdə XİZ-lərin fəaliyyətinin maksimum həddə çatdırılması və bununlada onların sosial-iqtisadi təsirlərinin patensial dərəcədə göstərməsi üçün dövlət tərəfindən görülməli olan tədbirlər aşağıdakılardır:
Əmlaklar və torpaqlar ərazilər barəsində məlumat əldə edilmə ilə bağlı vahid elektron mərkəz yaradılmalı və həmin mərkəzdə yığılmış məlumatlar müəyyən çərcivə daxilində hər bir kəsə açıq olmalıdır. Çünki, əmlak yatırımcıları və yeni müəssisə tikmək istəyən şəxs özəl torpaq ərazilər barəsində məlumat əldə etmə barəsində çətinlik yaşayır. Müəyyən prosedurdan sonra həmin şəxslər maraqlandıqları ərazi barəsində məlumat əldə edə bilirlər. Vahid elektron mənbə həm bu problem həllinə yol açacaq, həm də torpaqların səmərəli istafəsi üçün ana mənbə rolunu oynayacaq.
Ölkəmizin regional logistik mərkəz kimi çıxış etməsi üçün lazım olan infrastruktur layihələri sürətləndirilməli və digər dövlətlərlə əlaqələrin gücləndirilməsi ilə dövlətimizin tranzit ölkə kimi çıxış etməsinə yardımcı olmalıdır. Bu isə öz növbəsində infrastuktur səviyyəsinin yüksəlməsi ilə yeni yatırımcıları cəlbinə səbəb olacaqdır.
Maliyyə bazarının inkişaf etdirilməsi vacibdir. Bura həm ölkəmizdə səhm bazarının inkişaf etdirilməsi, həm də kredit əl çatanlığı daxildir. Son dövrlər ölkəmizdə səhm bazarının inkişafı istiqamətində tətbirlər görülür, lakin kreditin əl çatanlığı, həmçinin faizlərin yüksəkliyi yerli kredit məhsulunun rəqabət qabliyyətliyini azaldır.
Ölkədə elma olan maraq artırılmalıdır. Universitetlərin tətqiqat yönümlü bölmələr açılmalı və müəssisələr ilə sazişlər imzalanmalıdır. Bu sazişlər həm firma fəaliyyəti ilə bağlı araşdırmaları, həm də insan kapitalının müəyyən istiqamətdə yetişdirilməsi üzrə razılıqları əhatə eləməlidir. Dövlətin bu istiqamətdə olan xərcləri artırılmalıdır.
XİZ-lərə yatırımcıların cəlb edilməsində xarici dövlətlərdə həmin zonaların tanıdılması üçün tətbirlər keçirilməlidir. Bu tətbirlər nəticəsində ölkəmizin yalnız ənənəvi qeyri-neft sektorundan başqa digər sektorlarında inkişaf potensialı var. Həmçinin qonşu dövlətlərlə aramızdakı gömrük prosedurları sadələşdirilməli və xammal və aralıq məhsullarının gətirilməsi zamanı sadələşdirilmiş prosedurlar tətbiq edilməlidir.
Yuxarıda göstədiyim təkliflərinin realizasiyası yalnız XİZ-ın deyil həmçinin digər subyektlərinn fəaliyyətinə müsbət təsir edəcəkdir. Nəticə olaraq XİZ-lərin fəaliyyət göstəricilərinin yüksəldilməsi ilə onların göstərdiyi sosial-iqtisadi təsirlər potensial müsbət istiqamətində effekt göstərəcəkdir.
Dostları ilə paylaş: |