339. Xalis gəlir necə hesablanır?
A)) Ümumi gəlir ilə istehlak fondunun fərqi və ya ümumi məhsul ilə cari istehsal xərclərinin fərqi kimi hesablanır
B) Ümumi məhsulun dəyərindən əmək məsariflərini çıxdıqda yerdə qalan hissəsidir
C) Ümumi gəlirin əmək məhsuldarlığına olan nisbəti kimi müəyyən olunur
D) Ümumi məhsulun ona sərf olunan vaxta olan nisbəti kimi müəyyən olunur
E) Mənfəətin əsas və dövriyyə fondlarının dəyərinə olan nisbəti kimi müəyyən olunur
340. Təkrar istehsal hansı formalarda fəaliyyət göstərir.
A)) Sadə və geniş
B)Sadə, mürəkkəb, intensiv
C) Sadə və ekstensiv
D) Ümumi və xüsusi
E)Sadə və mürəkkəb
341. Geniş təkrar istehsalın əsas göstəricisi hansıdır?
A)) Ümumi məhsulun artımı
B) Mənfəətin artımı
C) Xalis gəlirin artımı
D) Ümumi gəlirin artımı
E) Rentabellik səviyyəsi
342. Təmərküzləşmə nədir?
A)) İstehsal vasitələrinin iş qüvvəsinin və məhsul istehsalının bir sahədə, müəssisədə, rayonda, konkret obyektdə cəmlənməsidir
B) İş qüvvəsinin və məhsul istehsalının müəssisələr arasında ixtisaslaşmaya görə bölgüsü
C) Xırda müəssisələrin birləşdirilməsi əsasında iri müəssisələrin yaranması
D) İstehsal vasitələrinin iş qüvvəsinin kiçik müəssisələr arasında bölüşdürülməsi prosesi
E) İstehsal vasitələrinin, iş qüvvəsinin və məhsul istehsalının ayrı-ayrı sahələrdə, müəssisədə, rayonda, konkret obyektlər arasında bölgüsü
343. Kənd təsərrüfatının iqtisadiyyatı elminin nəzəri-metodoloji əsasını hansı elm təşkil edir?
A)) İqtisadiyyat (İqtisadi nəzəriyyə)
B) Tikintinin iqtisadiyyatı
C) Bitkiçilik və heyvandarlığın iqtisadiyyatı
D) Sənayenin iqtisadiyyatı
E) ASK-nın iqtisadiyyatı
Dostları ilə paylaş: |