62. Rezidentlərin xarici ölkədəki investisiya fəaliyyəti nə ilə tənzimlənir?
A) beynəlxalq öhdəliklə;
B) Azərbaycan Respublikasının müvafiq qanunu ilə;
C) Azərbaycan Respublikasının Konstitusiyası ilə;
D)) müvafiq xarici dövlətin qanunvericiliyi ilə;
E) BMT –nin qətnaməsi ilə.
63. Azərbaycan Respublikası ərazisində bütün investorların fərqlənməyən cəhəti hansıdır?
A) dövlət qarşısındakı öhdəliklər;
B) investisiya fəaliyyəti ilə bağlı müstəsna hüquqları;
C) dövlət tərəfindən edilən güzəşt;
D)) investisiya fəaliyyəti ilə bağlı bərabər hüquqları;
E) fəaliyyət sferasının seçilməsi.
64. Azərbaycan Respublikasında investisiya qoyuluşu məqsədilə maliyyə vəsaiti hansı formada əldə oluna bilər?
A) kredit;
B) borc;
C) qiymətli kağız;
D)) kredit, borc, qiymətli kağız buraxılışı;
E) kredit, borc.
65. Azərbaycan Respublikasında investisiya fəaliyyətinin subyektlərinin ümumi vəzifələri nəyin əsasında müəyyən olunur?
A) şirkətlərin əsasnamələri əsasında;
B) “Əsrin müqaviləsi” əsasında;
C) hökümətin qərarı əsasında;
D)) müvafiq qanun əsasında;
E) dövlətlərarası sazişlər əsasında.
66. Aşağıdakılardan hansı attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunur?
A) qiymətli kağız;
B) təsis aktı;
C) əsasnamə;
D)) lisenziya;
E) akkreditiv.
67. Attestasiya tələb edən xüsusi növ işlərin yerinə yetirilməsi zamanı tələb olunan lisenziyanın verilmə qaydalarını aşağıdakılardan hansı müəyyən edir?
A) Milli Məclis;
B) Maliyyə Nazirliyi;
C) İqtisadi İnkişaf Nazirliyi;
D)) Nazirlər Kabineti;
E) Ali məhkəmə.
Dostları ilə paylaş: |