19. Bunlardan hansı dövlətin daxili funksiyasına aid deyil?
A)) maliyyə sistemi vasitəsilə reallaşdırılan tarazlıq funksiyası;
B) dövlətin iqtisadi funksiyası;
C) dövlətin sosial funksiyası;
D) dövlət qanunçuluğunun qorunması ilə bağlı funksiya;
E) ekologiya sahəsində dövlətin funksiyası.
20. Müasir iqtisadi ədəbiyyatlarda göstərilən bu bəndlərdən hansı dövlətin iqtisadi funksiyasına aid deyil?
A)) bazar sisteminin qeyri – rasional fəaliyyətinə şərait yaradan ictimai mühitin təmin edilməsi;
B) bazar sisteminin fəaliyyətinə şərait yaradan hüquqi bazanın təmin edilməsi;
C) rəqabətin qorunub saxlanması;
D) gəlir və sərvətlərin yenidən bölgüsü;
E) iqtisadiyyatın sabitləşməsi.
21. İqtisadiyyatın birbaşa dövlət tənzimlənməsi hansı iqtisadi vasitə ilə həyata keçirilir?
A)) büdcə siyasəti vasitəsilə;
B) maliyyə siyasəti vasitəsilə;
C) vergi siyasəti vasitəsilə;
D) pul – kredit siyasəti vasitəsilə;
E) investisiya siyasəti vasitəsilə.
Dostları ilə paylaş: |