Fakültə: İbtidai Təhsil İxtisas: İbtidai Sinif Müəllimliyi Qrup: 2205B Kurs: 1 Müəllim: Fəxrəddin Alıyev Fənn: Riyaziyyat və tədris metotikası Mövzu: Üçbucaq və onun elementləri. Üçbucağın tərəf və bucaqlarına görə növləri Müstəvi üzərində bir düz xətt üzərində yerləşməyən üç nöqtə və onları cüt-cüt birləşdirən üç düz xətt parçası götürək. Asanlıqla görünür ki, minimal sayda təpələri olan ABC qapalı sınıq xətti alınır.
Minimal (n=3) sayda təpələri olan qapalı sınıq xəttin müstəvisinin bu sınıq xətlə məhdud olan bütün nöqtələr çoxluğu ilə birləşməsindən alınan fiqur üçbucaq adlanır. Deməli, üçbucaq minimal n=3 sayda bucaqlara malik qabarıq n bucaqlının ən sadə növüdür. ABC qapalı sınıq xəttini əmələ gətirən AB,BC,AC düz xətt parçaları üçbucağın tərəflərini, bu qapalı sınıq xəttin A, B, C təpələri isə üçbucağın təğələri adlanır.