İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Yeddinci fəsil: Qadın və ictimai fəaliyyət



Yüklə 1,54 Mb.
səhifə34/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   30   31   32   33   34   35   36   37   ...   77

Yeddinci fəsil: Qadın və ictimai fəaliyyət

İslam quruluşunda qadının ictimai yeri


İctimai quruluşlarda qadının layiqli yerinin izah olunmasının zəruriliyi

İctimai quruluşlarda və cəmiyyətdə qadının yerinin qadınlara layiqli şəkildə izah olunması fikri bizim dövrümüzün ən zəruri məsələlərindən biridir. Çünki bizim fikrimizcə bu iş indiyədək görülməmişdir.



"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

İslam və qadının ictimai yeri


İslam baxışından qadın bir insan olaraq bütün təkamül mərhələlərini keçməlidir. Qadın kişi kimi bir alim, ixtiraçı, filosof, siyasət, idarə və dövlət işlərində fəal element kimi cəmiyyətə xidmət göstərə bilər.

"Qadın və qlobal İslam inqilabı" beynəlxalq konfransında çıxışdan; 6 fevral, 1988

İslam Cümhuriyyəti qəzeti

Beyət - qadının siyasi və ictimai işlərdə fəaliyyəti


İslamda qadının beyəti, qadının mülkiyyət hüququ, qadının əsas siyasi və ictimai fəaliyyətlərdə iştirakı təsbit olunmuşdur: “Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et“.1 Qadınlar gəlib Peyğəmbərlə (ə) beyət edirdilər. İslam Peyğəmbəri buyurmadı ki, kişilər gəlib beyət etsinlər, qadınlar da onların səs verdiyi və qəbul etdiyi hər bir məsələni qəbul etməyə məcbur olsunlar. Xeyr, dedi ki, qadınlar da beyət etsinlər, bu hökuməti, bu ictimai və siyasi düzəni qəbul etməkdə onlar da iştirak etsinlər. Qərblilər bu sahədə İslamdan min üç yüz il geridə ola-ola bu iddiaları edirlər. Mülkiyyət hüququ barəsində də belədir. İctimai və siyasi məsələlərə aid olan digər sahələrdə də belədir.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Təbii xüsusiyyətlərini qorumaq şərti ilə qadının müxtəlif fəaliyyətlərə həvəsləndirilməsi


Bu İslamın nəzəridir. Qadının həm qadınlıq xüsusiyyəti (onun bütün duyğuları və istəkləri bu qadınlıq istəkləri əsasındadır) qorunmuşdur. O, məcbur edilməmişdir. Qadın olmaq təbii və fitri bir xüsusiyyət və bütün qadınlıq duyğularının və fəaliyyətlərinin əsasıdır. İslamın baxışında bu qorunmuşdur. Həm eyni zamanda onun üzünə elm meydanı, mənəviyyat meydanı, təqva meydanı və siyasət meydanı açılmışdır. O həm elm öyrənməyə həvəsləndirilmişdir, həm də müxtəlif ictimai və siyasi sahələrdə fəaliyyət göstərməyə. Sonra ailə daxilində kişiyə deyilmişdir ki, vəzifə göstərmək, məcbur etmək, həddini aşmaq, cahilanə və qeyri-qanuni güc göstərmək haqqın yoxdur. Bu, İslamın baxışıdır.

Qadınlarla görüşdə çıxışdan; 21 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Qadınların İslam cəmiyyətinin bütün sahələrində böyük rolu


Bizim ölkəmizdə qadınlar təyinedicidirlər. Bizim ölkəmizin mühüm məsələlərində qadının iştirak etmədiyi bir yer yoxdur. Əgər qadınlar olmasaydı, müharibə olmazdı. Əgər qadınlar inqilabla əlbir olmasaydılar, inqilab ümumiyyətlə qələbə çalmazdı. Əgər qadınlar olmasaydılar, bu əzəmətli tədbir belə təntənə ilə vücuda gəlməzdi. Ümumiyyətlə bizim inqilabımızın əlli faizi qadınların sayəsində olub. Biz qadınlar üçün dəyər tanıyırıq. Əgər məclisdə qadın olsa, biz gedirik. Bizim İslam Şurası Məclisimizin daxilində qadın var. Bizim İslam cəmiyyətlərimizdə qadın var. Bizim cümə namazımızda qadın var. Bizim məscidlərimizdə qadın var. Biz heç bir yerdə qadının iştirakına qarşı çıxmırıq. Biz qadının uyğun olmayan geyiminə qarşı çıxırıq. Biz qadının qeyri-düzgün rəftarına qarşı çıxırıq. Qadın və kişi şərab içmək istədikləri yerdə, təbii ki, biz iştirak etmirik.

Tehranın cümə namazı xütbəsindən; 24 yanvar, 1986

Keyhan qəzeti

Qadınların cəmiyyətdə təyinedici və qurucu təsiri


Əgər müsəlman qadınlar çalışmasaydılar, İslam hökmlərini və təlimlərini, İslamın əzəmətli məsuliyyətlərini özlərinə yönəlik bilməsəydilər və ona əməl etməsəydilər, bu inqilab qələbə çalmazdı, bu məcburi müharibə və İranın müsəlman xalqının səkkizillik müdafiəsi nəticə əldə etməzdi. Bu gün də əgər müsəlman qadınlar səhnədə olmasalar, quruculuq meydanı nöqsanlı olacaq və quruculuq işi ləngiyəcək.

Məsələ təkcə bundan ibarət deyil ki, qadınlar ölkə əhalisinin yarısını təşkil edirlər. Bu məsələyə kəmiyyət gözü ilə baxmaq olmaz. Bəli, qadınlar ölkə əhalisinin yarısıdırlar. Amma qadının bu yarı təsiri bu ölkənin tale məsələlərinə qarışmaq istədikdə, bütün əhalinin yarı təsirindən artıq olur. Bir zaman biz insanların bir məcmusunu təsəvvür edirik, onların yarısının əlli faiz miqdarında rolu vardır. Lakin cəmiyyətdə qadın faktoru belə deyil, bundan yüksəkdir.

Əgər bir cəmiyyətdə qadınlar bir düşüncəyə bağlanıb, bir yolda addımlasalar və maneələrə baxmayaraq, o yolu davam etdirsələr, onların öz övladları, həyat yoldaşları, hətta qardaşları və ataları üzərində təyinedici və qurucu təsiri olacaq. Gəncləri tərbiyə edib müxtəlif yollara qoşan ilk növbədə analardır. Düzdür, başqa amillərin də rolu var, çox rolları da var. Amma ananın rolu o rollardan az deyil və bəzən artıq olur. Qadının təkcə özü bir yolla getmir, kişiləri də o yolla aparır. Bir cəmiyyətdə qadınların təfəkkürünün əhəmiyyəti bundadır.

Hörmüzqan vilayətinin qadınları ilə görüşdə çıxışdan; 18 fevral, 1998

İslam Cümhuriyyəti qəzeti

Qadının bütün ictimai səhnələrdə iştirakı


Qadın bütün ictimai səhnələrdə iştirak edə bilər: dərs oxuya bilər, dərs verə bilər, pul qazana, idarə işində çalışa, fəhləlik edə bilər. Kişinin cəmiyyətdə gördüyü bütün ictimai-siyasi fəaliyyətləri və mübarizələri qadın da hicabla görə bilər.

Cümə namazı xütbəsindən; 31 oktyabr, 1986

İslam Cümhuriyyəti qəzeti


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin