İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Qadın – Qərb mədəniyyətində dəbdəbəçilik və eyş-işrət vasitəsi



Yüklə 1,54 Mb.
səhifə57/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   53   54   55   56   57   58   59   60   ...   77

Qadın – Qərb mədəniyyətində dəbdəbəçilik və eyş-işrət vasitəsi


Qadın tarix boyunca məzlum bir varlıq olmuşdur, çox müstəsna və nadir yerlərdən başqa. Bütün dövrlərdə qadına hörmətsizlik olmuşdur. Avropa ölkələrində isə vəziyyət qat-qat pisdir. Qadın çox peşəkar kələkbazlıqla təhqir olunur. Qərbin hakim mədəniyyətinin ideoloqları özlərinin maddi baxışları ilə elə şərait yaradıblar ki, həm qadın və həm kişi qadının dəbdəbəçilik və eyş-işrət vasitəsi olmasına inanmışlar. Əsrlərlə bu mədəniyyət üzərində işləmişlər. İki-üç əsr bundan öncə indiki Qərb sivilizasiyasının əsasını qoyanlar bu məsələ üzərində işləmişlər. Qadını elə bir tərəfə çəkirlər ki, orada əyləncə vasitəsi olsun.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

Qadınların bəzənməsi və özünü göstərməsi


Əgər qadın və kişi əlaqələrində qeyd-şərtsiz münasibətlər və özbaşınalıq mövcud olsa, bu, fəsada səbəb olacaq. Əgər bu gözəlləşdirmə məsələsi - başa, görkəmə, paltara və bu kimi məsələlərə diqqət yetirmək həyatın əsas məşğuliyyəti olsa, yoldan azmaq və tənəzzüldür. Tağut dövründə əyan və əşrafın xanımları bəzənmə stolu arxasında otururdular. Sizcə neçə saat otururdular? Altı saat. Bu həqiqətdir. Bizim dəqiq xəbərimiz var ki, altı saat otururdular. Bir insan bəzənmək üçün bu qədər vaxt sərf edir. Misal üçün, toya getmək istəyir, saçını, yaxud üzünü filan formada düzəltmək istəyir. Əgər iş bu formaya düşsə, azğınlıq və tənəzzüldür. Lakin özlüyündə əgər özünü göstərmək və yadların qarşısında bəzənmək niyyəti ilə olmasa, başa, görkəmə və paltara diqqət yetirməyin eybi yoxdur. İslamda təbərrüc qadağandır. Təbərrüc, yəni cəlb etmək və fitnə yaratmaq üçün qadınların kişilər qarşısında özünü göstərməsi. Bu bir növ fitnədir və çox eybi var. Eybi təkcə bu deyil ki, bu gənc qız, yaxud gənc oğlan günaha düşəcək. Bu əvvəlidir. Bəlkə də deyə bilərəm ki, ən kiçiyidir, davamı ailələrə çatır.

Gənc günü münasibətilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Qızıl və zinətin əsiri olmaqdan yüksəkdə duran müsəlman qadın


Müsəlman qadının dəyəri qızıl-gümüş və ləl-cəvahirat əsiri olmaqdan çox-çox ucadır. Demək istəmirəm ki, bunlar haramdır. Demək istəyirəm müsəlman qadınının məqamı o qədər ucadır ki, cəmiyyətimizin çox insanlarının köməyə ehtiyacları olduğu dövrdə pul verib qızıl almamalıdırlar, zinət əşyaları almamalıdırlar, növbənöv məişət əşyaları almamalıdırlar, müxtəlif sahələrdə israfçılıq etməməlidirlər. İsraf müsəlman qadının örnəyi deyil. Bu, bizim hegemonçu dünya qarşısında iddiaçı olduğumuz yerlərdəndir.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

Qadınların dəbdəbəçiliyinin təhlükəsi


Dəbdəbəliyə meyl uzun müddət bizim cəmiyyətimizdə azalmışdı. İnqilabın əvvəllərində qadınlar dəbdəbə və zinətlərə etinasız yanaşırdılar. Lakin təəssüf ki, eşitdiymiz kimi, bu məsələlər indi bizim cəmiyyətimizdə inkişaf etməkdədir. Cəmiyyətimizin düşüncəli, mütəfəkkir və mərifətli qadınları bunu təhlükə bilməlidirlər.

Qadınlar dəbdəbəliyə sarı sövq olunmamalıdırlar. Əlbəttə, bu təhlükə kişilər üçün də var. Lakin uyğun potensial qadınlarda daha artıqdır. Bəzən bu məsələlərdə kişilərin çoxu qadınların təsiri altına düşürlər. Siz bu məsələyə qarşı ciddi mübarizə aparmalısınız. Özünüz də nəzarət edin.

Mən az, normal və çəkinməsi mümkün olmayan həddə dəbdəbəliyin əleyhinə deyiləm. Lakin bu ifrat şəkil alsa, olduqca əbəs bir işdir. Xanımlar növbənöv paltarlara, bəzənməyə və qızıl-zinət əşyalarına etinasız yanaşmağa, bu məsələlərdə ifratdan çəkinməyə əhəmiyyətli baxmalıdırlar. Allahın lütfü ilə belə zahiri gözəlliklərə yox, həqiqi gözəlliklərə daha artıq diqqət yetirin.

Qadınların mədəni-ictimai şurasının üzvləri və mütəxəssis həkim qadınlarla görüşdə çıxışdan; 25 dekabr, 1991

Yanlış azadlıqlar


Qadın azadlığı haqda paradoksal təsəvvürlər

Hal-hazırda Qərbdə şüar formasında mövcud olan məsələlərdən biri də Qadın azadlığı məsələsidir. Azadlıq geniş mənalara sahibdir: həm əsirlikdən, həm də əxlaqdan azad olmağa şamil edilə bilər. Çünki əxlaq da bir növ buxov və zəncir sayılır. Azadlıq qadını az muzdla zavoda çəkən sahibkarın sui-istifadəsindən, eləcə də onu əri qarşısında vəzifəli edən qanunlardan azad olmaq mənasında işlədilə bilər. Azadlıq bütün bu mənalarda ola bilər. İrəli sürülən bu şüarların böyük bir hissəsində bu istək və tələblər var. Onlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Bu azadlığın mənası nədir? Təəssüf ki, bu gün Qərb dünyasında azadlıq sözü yanlış və zərərli mənalarda işlədilir: ailə məhdudiyyətlərindən azad olmaq, kişinin mütləq nüfuzundan azad olmaq, qarşısında ötəri ehtiras məqsədi olduqda hətta nikah bağlamaqdan, ailə qurmaqdan və övlad böyütməkdən azad olmaq. Buna görə də Qərb dünyasında səslənən fikirlərdən biri abortun azadlığı məsələsidir. Bu çox əhəmiyyətli məqamdır. Zahiri sadə və kiçik olsa da, əslində çox təhlükəli və ağır sözdür. Bu, Qərbdə irəli sürülən bir alət, şüar və istəkdir. Onlar bunların kompleksini Qadın azadlığı hərəkatı adlandırırlar. Düzgün sistemdə, düzgün tələb və mübarizədə məqsəd bu qədər geniş ola bilməz. Onun bir qismi haqqında qətiyyətlə deyə bilərik ki, zərərlidir. Başqa bir qismi faydalı da ola bilər. İndi daha yaxşı, daha münasib, daha düzgün və daha həlledici şüarlar axtarmaq lazımdır.



Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın azadlığının yalançı iddiaçıları


İctimai və iqtisadi yenilik yaratmaq adı ilə, inkişaf və sivilizasiya niqabı altında özlərinin pis və mənfur modellərini dünya qadınlarına məcburən verən şəxslər nəinki təkcə qadınlara, hətta insana və insaniyyətə xəyaət edirlər.

Yalandan qadın azadlığı şüarı verən çirkin insanlar onu istehlakçılıq mədəniyyətinin əsiri, pis və dağıdıcı mədəniyyətin istehlakçısı etmək istəyirlər ki, belə anaların süst və zəif övladlarını və yetirmələrini iradəsiz alət kimi asanlıqla istismar edə bilsinlər.



Şirazda Kövsər seminarına müraciətdən; 19 fevral, 1987

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin