İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Fatimeyi-Zəhra (s) - həyat yoldaşı



Yüklə 1,54 Mb.
səhifə10/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

Fatimeyi-Zəhra (s) - həyat yoldaşı


Bəzən insan elə bilir həyat yoldaşı odur ki, qadın evdə və mətbəxdə xörək bişirsin, otağı təmizləsin, döşəkləri səliqəyə salsın və qədimdə olduğu kimi, döşəkcəni qoyub kişinin idarədən, yaxud dükandan gəlməsini gözləsin. Həyat yoldaşı olmaq təkcə bunlar deyil. Siz baxın, görün Fatimeyi-Zəhra (s) necə həyat yoldaşı olub. Peyğəmbərin (s) Mədinədə olduğu 10 ilin təxminən 9-da həzrət Zəhra və həzrət Əmirəlmöminin (ə) ailə qurmuşdular. Bu 9 ildə kiçikli-böyüklü təqribən 60 müharibə baş vermişdir. Həzrət Əli (ə) onların əksəriyyətində iştirak edib. İndi siz baxın, bu xanım evdə oturub, əri isə daim cəbhədədir. Əgər cəbhəyə getməsə, işlər axsayar. Döyüş məsələləri ona sıx bağlıdır. Məişət baxımından da vəziyyətləri yaxşı deyil. Eşitdiyimiz kimi, “onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər”1, yəni doğrudan da çox kasıb şəkildə yaşayırdılar. Halbuki o, həm də rəhbərin qızıdır, Peyğəmbərin (s) qızıdır. Bu baxımdan da bir növ məsuliyyət hiss edir. Görün belə bir ərə kömək göstərmək üçün xanımın necə güclü ruhiyyəsi olmalıdır. O, ərinin ürəyini ailə nigarançılığından və həyatın problemlərindən arxayın etməlidir, ona ürək-dirək verməlidir, onun uşaqlarını gözəl şəkildə tərbiyə etməlidir. Siz deyə bilərsiniz ki, İmam Həsən və İmam Hüseyn (ə) imam idilər. Axı Zeynəb imam deyildi. Fatimeyi-Zəhra (s) onu bu 9 ildə tərbiyə edib. Çünki o həzrət Peyğəmbərdən (s) sonra çox yaşamayıb. Belə evdar, belə həyat yoldaşı olub və bununla tarixin unudulmaz ailəsinin həyatında mərkəzə çevrildi. Məgər bunlar bir cavan qız üçün, bir evdar xanım üçün nümunə ola bilməzmi? Bunlar çox mühümdür.

Gənc həftəsi münasibətilə gənclərlə görüşdə çıxışdan; 27 aprel, 1998

Ailə işlərini görmək, xalqın və müsəlmanların müraciəti üçün mərkəz


Fatimeyi-Zəhranın (s) həyatı bütün cəhətlərdə bir insanın işi, çalışması, ruhi təkamülü və ucalmasıdır. Onun gənc həyat yoldaşı həmişə cəbhədə və müharibə meydanlarındadır. Cəmiyyətin və yaşayışın problemləri Fatimeyi-Zəhranı (s) xalqın və müsəlmanların müraciəti üçün bir mərkəzə çevirir. Peyğəmbərin (s) işləri düzəldən qızı bu şəraitdə həyatı tam başucalığı ilə idarə edir. Həsən (ə), Hüseyn (ə) və Zeynəb (ə) kimi övladlar tərbiyə edir, Əli (ə) kimi bir həyat yoldaşını saxlayır, Peyğəmbər (s) kimi bir atanın razılığını cəlb edir. Fəthlərin və qənimətlərin başladığı dövrdə də Peyğəmbərin (s) qızı dünya ləzzətlərindən, bərbəzəkdən, dəbdəbəçilikdən, gənc qızların və qadınların ürəklərinin yönəldiyi məsələlərdən bir zərrəsini də özünə yaxın buraxmır.

Universitet mənsubu olan ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Peyğəmbərin (s) özünün gənc qızına xüsusi hörməti


Peyğəmbərin (s) öz qızı olan bu gənc xanıma qəribə hörməti bu həzrətin əzəmətli şəxsiyyətinin dərinliyini göstərir. Rəvayətlərdə göstərilmişdir ki, İslam Peyğəmbəri hər bir səfərə getmək istəyəndə əvvəl həzrət Fatimə (s) ilə vidalaşırdı. Səfərdən qayıtdıqdan sonra görüşdüyü birinci şəxs də həzrət Fatimə (s) olurdu. Allahın elçisi gənc bir xanım olan qızına xüsusi hörmət göstərirdi. Bu, görənlərin nəzərində qeyri-adi bir iş sayılırdı.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

Keyhan qəzeti

Ərə tabe olmaq


Əmirəlmöminin (ə) bir dəfə Fatimeyi-Zəhra (s) barəsində buyurdu ki, bu qadın evlilik dövründə məni bir dəfə də qəzəbləndirmədi, bir dəfə də mənim əmrimdən boyun qaçırmadı. Fatimeyi-Zəhra (s) o əzəmətinə rəğmən, ev daxilində bir həyat yoldaşıdır.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Övlad tərbiyəsində daha çox təsir


Sözügedən zəhmətli ailədə Fatimeyi-Zəhra (s) övlad sahibi olur və bu övladları ən gözəl şəkildə tərbiyə edir. Belə düşünmək olar ki, yaşadığı dövr boyunca Fatimeyi-Zəhranın (s) bu iki oğul və iki qız üzərində tərbiyəsinin təsiri Əmirəlmömininin (ə) tərbiyəsinin təsirindən çox olmuşdur. Çünki o həmişə uşaqlarla bir yerdə, Əmirəlmöminin (ə) isə səfərdə və hansısa işdə olurdu.

Cəmiyyətdə qadın rolunun araşdırılması" seminarında çıxışdan; 2 mart, 1986



İslam Cümhuriyyəti qəzeti

Bənzərsiz ana


Bu xanımın analıq cəhəti bənzərsiz və nümunədir. İki məsum və iki böyük insan olan İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi iki oğulun tərbiyəsi ananın şəxsiyyətindən ayrı ola bilməz. Qızı barəsində, misal üçün, həzrət Zeynəbin (ə) şəxsiyyətinin əzəmətini anasından götürə bilərik. İranlı qadının şəxsiyyəti belə olmalıdır. Dünyanın bütün müsəlmanları belə dəyərlərə sarı hərəkət etməlidirlər.

Xanımlarla görüşdə çıxışdan; 12 mart, 1985

İslam Cümhuriyyəti qəzeti

İctimai və siyasi cəhətlər


Siyasi və ictimai sahələrdə mübariz və görkəmli qadınların nümunəsi

Siyasi, ictimai və cihad sahələrində həzrət Zəhranın (s) şəxsiyyəti üstün və qabarıq bir şəxsiyyətdir. Belə ki, dünyanın bütün görkəmli siyasi, mübariz və inqilabçı qadınları onun qısa və dərin həyatından dərs götürə bilərlər. Bu qadın inqilab evində doğuldu. Bütün uşaqlıq dövrünü unudulmaz, qlobal və əzəmətli bir mübarizə halında olan bir atanın ağuşunda keçirdi. Bu xanım uşaqlıq dövründə Məkkə mübarizəsinin çətinliklərini daddı, Əbu Talib dərəsinə aparıldı, Məkkə mübarizəsi dövrünün acılığını, çətinliyini, qorxusunu və müxtəlif acılarını duydu. Sonra Mədinəyə hicrət etdikdə bütün həyatı Allah yolunda cihad olan bir insanın həyat yoldaşı oldu. Fatimeyi-Zəhra (s) ilə Əmirəlmömininin (ə) on bir ilə yaxın müştərək həyatında bir dövr olmadı ki, bu ər Allah yolunda cihada qalxmasın, döyüşə getməsin, bu böyük və fədakar xanım bir mücahid insana, əsgərə və müharibə meydanının daimi sərdarına ləyaqətli yoldaşlıq etməsin.

Deməli, Fatimeyi-Zəhranın (s) həyatı qısa olsa və təxminən iyirmi ildən artıq sürməsə də, bu yaşayış cihad, mübarizə, çalışmaq, inqilabi iş, inqilabi dözüm, dərs, öyrənmək, öyrətmək, çıxış, nübuvvəti, imaməti və İslam quruluşunu müdafiə baxımından iş, mübarizə və nəhayət şəhadətdən ibarət olan geniş bir dəryadır.

Bu, Fatimeyi-Zəhranın (s) çox əzəmətli, fövqəladə və həqiqətən bənzərsiz olan və şübhəsiz, bəşər zehnində istər bu gün, istər gələcəkdə parlaq və müstəsna bir nöqtə olan cihad həyatıdır.



İsfahan, Qum, Qəzvin və Kürd şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin