İnsani dəyərlərin əldə edilməsində qadın və kişi arasında fərqin olmaması
Hər bir insanın yaradılışında məqsəd ümumbəşəri yaradılışda olan məqsəddir: yəni insani təkamülə və bir insanın çata biləcəyi ən üstün dəyərlərə ucalmaq. Buna görə də, qadınla kişi arasında heç bir fərq yoxdur. Bunun göstəricisi birinci növbədə Fatimeyi-Zəhra (s) və sonra tarixin digər böyük qadınlarıdır. Yəni Fatimeyi-Zəhra (s) bəşəriyyətin zirvəsindədir və ondan yuxarı heç kim yoxdur. Bildiyimiz kimi, bu xanım bir müsəlman qadın olaraq özünü bu zirvəyə qaldırmaq imkanı əldə etdi. Deməli, qadınla kişi arasında fərq olmamalıdır. Bəlkə də məhz buna görə Allah-Talala Qurani-Kərimdə yaxşı və pis insanlara misal çəkmək istədikdə onlardan hər ikisinə qadınlardan nümunə göstərir; birinə Fironun həyat yoldaşını, digərinə isə Nuh və Lutun həyat yoldaşını misal çəkir: "Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi". Pis, bədbəxt, yanlış yolda hərəkət edən insanlar üçün isə Nuhun və Lutun həyat yoldaşlarını misal göstərir. Burada sual oluna bilər ki, misal vurduqda nə üçün həm kişi və həm qadın nümunələr göstərilmir. Quranın hər bir yerində iman gətirən insanlara misal çəkildikdə, yaxud kafirlərə misal göstərildikdə hər iki misal qadındandır. Bu onun üçün deyil ki, biz bəşər tarixi boyunca qadının məqamına qarşı yanlış və təəssüf ki, davamlı təsəvvürlərə İslamın dililə cavab verək? İslam tarix boyu qadın haqqında mövcud olan bu qeyri-obyektiv anlayış tərzinin, yanlış təsəvvür və üslubların qarşısını almaq istəyir.
Ölkənin qadın həkimləri ilə görüşdə çıxışdan; 16 yanvar, 1990
İslamın baxışında qadın bilgi, düşüncə, fikir və Allaha yaxınlıq baxımından kişi kimidir. Qadınla heç zaman ifrat-təfritçilik əsasında və onun məqamından uzaq rəftar etmək olmaz. Qadın və kişi müştərək və özəl vəzifələrə və məsuliyyətlərə malikdirlər. Bunlar diqqətlə öyrənilməli və təbliğ edilməlidir.
Televiziya və radio işçilərilə görüşdə çıxışdan; 1 avqust, 1996
Keyhan qəzeti
İnsani dəyərlərdə bərabərlik, özəl vəzifələrdə fərq
İslam dini qadın və kişi arasında insani dəyərlər baxımından bərabərliyi qəbul edir, amma özəl vəzifələr baxımından yox. İslam qadına onun özünə məxsus rol tanıyır. Bu rol əsla kişinin rolundan kiçik deyil. Diqqət yetirmək lazımdır ki, qadının fizioloji və psixoloji quruluşu onu xüsusi vəzifələr üçün yararlı edir. Qadın və kişi bu vəzifələrin sərhədləri vasitəsi ilə bir-birindən ayrılırlar.
İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 28 yanvar, 1990
Tamamilə aydın bir məqama diqqət yetirmək lazımdır. O da qadının fizioloji quruluşu ilə kişinin fizioloji quruluşu arasındakı fərqdir. Bu fərq əbəs deyil. Allah-Taala hikmətlidir. O bunların hər ikisini yaratmış və bu fərqi qoymuşdur. Əlbəttə, dedik ki, ictimai, siyasi, mədəni, insani və İslam sahələrində heç bir fərq yoxdur. Lakin iş mərhələsində bir-biri ilə fərqlənirlər. Misal üçün, kişilər bənnalıq edirlər. Qadın və kişi hüquqlarının bərabər olması, qadına hörmətsizlik edilməməsi üçün biz deməliyik ki, qadınlar da gedib bənnalıq etsinlər?! Bu iş ümumiyyətlə qadın üçün münasib deyil. Mən Hindistanda bir mənzərə gördüm. Bunu xatırlayanda həmişə narahat oluram. İnqilabdan sonra Hindistanın Banqalor şəhərində yaşayan bir dostumuzun evində qonaq idik. Bir gün günortadan sonra gəzintiyə çıxmaq istədim. Gördüm ki, bunların evinin arxasında təxminən əlli yaşlı bir qadın əlinə bir külüng götürüb daşları sındırır. Əvvəlcə anlamadım, soruşdum ki, o nə üçün belə edir? Dedilər ki, fəhlədir, işləyir. Elə isti havada tosqun bir qadın belə çətin bir işi görürdü. Bu mənzərəni görəndə çox naharat oldum. Dedim nə üçün bu işi görür? Dedi ki, əgər bunu etməsə, acından ölər. Soruşdum ki, nə qədər pul alır? Dedilər ki, səksən rupi. Bu qadına xidmətdirmi?! Bəzən məcbur olur və çarəsizlik üzündən işləyir. Bunun eybi yoxdur. Amma indi qadınlar üçün proqram hazırlamaq istəyiriksə, bu xidmətdirmi deyək ki, gərək qadınlar da ağır işlər görsünlər?! Nə lüzumu var ki, öz fizioloji vəziyyətləri ilə münasib olmayan işləri görsünlər?!
Qadının rolu barəsində “Günün qadını" jurnalı ilə müsahibədən; 4 mart, 1988
İslamda qadın və kişi hüquqları arasında ədalətə riayət etmək
İslamda irəli sürülən məsələ ədalətdən ibarətdir; yəni bütün insanlar, o cümlədən qadın və kişi cinsi arasında mütləq ədalətə riayət etmək.
Hüquqda bərabərlik məsələsi irəli sürülür. Lakin bəzi yerlərdə qadının hökmləri kişinin hökmlərindən fərqlənə bilər. Necə ki, qadının təbiəti bəzi xüsusiyyətlərdə kişinin təbiətindən fərqlidir.
"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997
İran qəzeti
İlahi atributları əldə etməkdə eynilik
Allah İslam ümmətinin ardıcılları üçün on xüsusiyyət sayır. Birincisi İslamdır, yəni Allahın qarşısında təslimçilik. Sonuncusu zikr və Allahı yad etməkdir. Bunların heç birində qadınla kişi arasında fərq qoyulmur. Ayədə belə deyilir: "Müsəlman kişilər və müsəlman qadınlar, imanlı kişilər və imanlı qadınlar, sadiq kişilər və sadiq qadınlar..."
Cümə namazı xütbəsindən; 4 iyul, 1980
Qadın və kişinin mənəvi dəyərlər meydanında bərabərliyi
İmandan, İslamdan, dözümlülükdən, sədaqətdən, insan, İslam və mənəviyyat dəyərlərini əldə etmək yolunda çalışmaqdan söz düşdükdə buyurur: “Müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, müti kişilər və müti qadınlar, sadiq kişilər və sadiq qadınlar, dözümlü kişilər və dözümlü qadınlar...“1 Bu ayədə mənəvi dəyərlər üçün on xüsusiyyət sayılır: İslam, iman, mütilik, sədaqət, dözümlülük, Allahdan qorxmaq və digər məsələlər. Qadın və kişi bu meydanda çiyin-çiyinə hərəkət edir və irəliləyirlər. Hər ikisini deyir. İslam bu ayələrdə cahil cəmiyyətlərdə həmişə kişilərin və hətta qadınların vasitəsi ilə pərəstiş olunan kişi hökmranlığı bütünü sındırır. Siyasi və ictimai məsələlərdə qadının beyət etməsini lazımi və aktual bir iş kimi təqdim edir.
Ölkənin müsəlman qız və qadınları ilə görüşdə çıxışdan; 21 sentyabr, 2000
İslam Cümhuriyyəti qəzeti
Dostları ilə paylaş: |