İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Qadınların iman və elminin artması – İslamın izzətinin yaşamasının təminatçısı



Yüklə 1,54 Mb.
səhifə30/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

Qadınların iman və elminin artması – İslamın izzətinin yaşamasının təminatçısı


Bu gün Allaha həmd olsun ki, İslam və bütün İslam fikirləri, o cümlədən qadına aid olan fikirlər dünyada parlayır. Ümidvarıq Allah-Taala bizə uğur bəxş etsin və bu İslamı düzgün tanıtdıra bilək. Mən siz müsəlman və inqilabçı qadınlara tövsiyə edirəm ki, bacardığınız qədər və harada olsanız, öz İslam imanınızı və elminizi inkişaf etdirin, dərinləşdirin və öz məlumatlarınızı günbəgün artırın. Bu inşallah İslamın daimi izzətinin qalması üçün təminatçı olacaq.

Tehran, Təbriz, İsfahan, Kerman şəhərlərinin qadınları ilə görüşdə çıxışdan; 16 yanvar, 1990

Qadınların məlumatının artırılması


Əziz bacılar və xanımlar! Mühüm olan budur ki, bu gün İslam öz qanunları və bilgiləri ilə bizim cəmiyyətimizin bütün təbəqələrini - qadın və kişini, kəndli və şəhərlini, müxtəlif, xüsusən də zəif təbəqələri müdafiə etməyə qalxmışdır. Başqa bir baxışdan, İslam quruluşu və İslam hökmləri bütün dünyada məzlumları müdafiə etməyə qalxmışdır. Məhz bu baxışa görə, bu gün imperializm İslam Respublikası quruluşu əleyhinə təxribat aparır. Bu gün Allaha həmd olsun ki, ölkənin hər bir yerində universitet və elmi hövzə var. Gənc qızlar elmi hövzələrdə və universitetlərdə dərs oxuyurlar, müxtəlif sahələrdə elm öyrənirlər, məlumat toplayırlar. Nə qədər ki, Allahın lütfü ilə bizim cəmiyyətimizdə belə maraqlı, məlumatlı, iradəli və sevgili gənclər var, Amerika hegemonluğu bu ölkəyə qarşı heç bir iş görə bilməyəcək. Tövsiyəm budur ki, mənim əziz bacılarım və qızlarım, bu məlumatları artırın. Kitab, mütaliə, tədqiqat, dərs və dini işlərlə məşğul olmaq və bu gün ölkə qadınlarının özlərini kişilər qədər məsuliyyətli bilməsi qaçılmaz və qəti vəzifələrdəndir. Saleh övladlar tərbiyə edənlər sizsiniz. Öz həyat yoldaşlarınızı yaxşı meydanlara daxil olmağa həvəsləndirənlər sizsiniz. Bir çox qadınlar öz ərlərini cənnətlik və onları dünya və axirət problemlərindən xilas edirlər.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Düşmən qarşısında müqavimət üçün elmi səviyyənin yüksəldilməsi


Mən qəlbləri iman nuru və inqilab ruhiyyəsi ilə döyünən bütün şagird və tələbə qızlardan, ali təhsilli, işləyən və evdar qadınlardan istəyirəm ki, cəmiyyətin inkişafında daha fəal rol oynamaq, müsəlman qadının rolunu ifa etmək barədə düşünsünlər. Siyasi təşkilatlar yaratmaqla, elmi işlər görməklə, dəyərli xidmətlər göstərməklə, öz bilgi və məlumatlarının səviyyəsini yüksəltməklə düşmənlər qarşısında müqavimət göstərsinlər.

Şəfqət bacıları, tələbələr və könüllü keşikçilərlə görüşdə çıxışdan; 13 oktyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qadınlar arasında İslam düşüncələrinin yayılması


Sizin (elmi hövzə tələbəsi olan bacıların) indiki işi və hərəkəti gələcəkdə İslam xalqının problemini həll edə bilər. Bu səbəbdən biz əminik ki, gələcək İslam ümmətinə və məzlumlara məxsusdur. Çünki bu gün İslam düşüncəsi bizim qadınlarımızın gənc nəsli arasında yayıldıqda, bu düşüncə təkcə bu nəslin inhisarında qalmır, hətta gələcək nəsillər də məzlumlara məxsus olacaq. İslam əxlaqını təmin etməyin ən yaxşı və ən uğurlu yolu Allahı xatırlamaqdır.

Süleyman məscidində elmi mədrəsə tələbəsi olan qadınlarla görüşdə çıxışdan; 26 avqust, 1982

Qadınların elmi və mənəvi inkişafının səmərələri


Əgər qadın cəmiyyətdə Allah-Taalanın və ilahi ayinin bütün insanlar - kişi və qadınlar üçün eyni səviyyədə nəzərdə tutduğu elmi, maarifi, mənəvi və əxlaqi keyfiyyətləri əldə edə bilsə, övladların tərbiyəsi daha yaxşı, ailə daha səmimi, daha səfalı olacaq, cəmiyyət daha artıq inkişaf edəcək, həyatın düyünləri daha asan açılacaq. Yəni qadın və kişi xoşbəxt olacaqlar. Bunun üçün çalışmaq lazımdır.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların elmi hərəkətinə ciddi yanaşmaq


Qadınların elmə, biliyə, mütaliəyə, məlumat və maarif əldə etməyə sarı hərəkəti qadınların özləri arasında ciddi sayılmalı və ona əhəmiyyət verilməlidir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadınların, hədləri qorumaq şərtilə elm və əmələ doğru kişilərlə çiyin-çiyinə hərəkəti


Biz Allah yolunda hərəkət və fəaliyyət üçün özümüzü hazır saxlamalıyıq. Bu işdə qadın və kişi fərqlənmir. Kişilər də borcludurlar, qadınlar da borcludurlar. Kişilər də elm və bilik əldə etməlidirlər, qadınlar da elm və bilik əldə etməlidirlər. Kişilər də bacardıqları qədər və bacardıqları hər yerdə ölkənin quruculuq işində çalışmalıdırlar. Qadınlar da ölkənin quruculuq yolunda, xüsusən də yeni nəslin İslam tərbiyəsi yolunda bacardıqları qədər təlaş göstərməlidirlər. Əgər İran xalqının bu əzəmətli təbəqəsi, yəni qadınlar İslam hədlərini qorumaq şərti ilə kişilərlə çiyin-çiyinə bir müsəlmana layiq olan elm və incəsənət işlərini öyrənib əməl etsələr, şübhəsiz, müvəffəqiyyət daha artıq olacaq.

Buşehr əhalisinin toplantısında çıxışdan; 1 yanvar, 1992

Elm və mədəniyyət meydanında öncüllük


Bizim müsəlman qadınlarımız bilməlidirlər ki, bu gün Qərb dünyasının cahil vəziyyəti qarşısında İslam dəyərləri səngərinin keşikçisidirlər. Gərək İslam tərbiyəsi ilə, elm, mədəniyyət, siyasət və iqtisadiyyat meydanında öncül olmaqla İslam mədəniyyətinin möhkəm qalasını qorusunlar.

Xalqın müxtəlif təbəqələri və feldşerlərlə görüşdə çıxışdan; 13 noyabr, 1991

İslam elmlərini öyrənmək – müsəlman qadınlar üçün ən fundamental iş


Əgər sizin işinizi dəyərləndirmək istəsək, nə deməliyik? Deməliyik ki, cəmiyyətdə vücuda gəlmiş şərait əsasında gələcək üçün mümkün olan ən güclü iş bu yolla görülür. Yəni əgər siz bacılar gördüyünüz bu işi, oxuduğunuz bu dərsi, davam etdirmək istədiyiniz bu İslam elmləri fənnini düzgün davam etdirsəniz, bilməlisiniz ki, bu iş inqilabdan sonra indiyədək qadınlar tərəfindən görülən ən möhkəm, ən fundamental, ən perspektivli bir işdir.

Bir işin daha artıq şövqü və həyəcanı, başqa bir işin isə daha az şövqü və həyəcanı ola bilər. Amma ola bilsin az həyəcanı olan bir işin daha artıq dərinliyi və təsiri və daha yaxşı gələcəyi olsun. Sizin işiniz bu qəbildəndir.



Süleyman məscidinin tələbə qızları ilə görüşdə çıxışdan; 26 avqust, 1982

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin