İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Pis hicablılıq və cinsi özbaşınalıq - pozğunluğun və gənclərin inqilabdan uzaqlaşmasının amili



Yüklə 1,54 Mb.
səhifə62/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

Pis hicablılıq və cinsi özbaşınalıq - pozğunluğun və gənclərin inqilabdan uzaqlaşmasının amili


Bu pis hicablılığın pərdə arxasında bəzi məsələlər var. Bunlar işin zahiridir. Siz pis hicablılığı, yaxud yad bir qızın və oğlanın küçədə danışmasını görürsünüz. Bu bizim hizbullahçı gəncimizi, yaxud şəhid ailəsini əsəbiləşdirir. Bu hər bir işin zahiridir. İşin pərdə arxasında təhlükəli və fəsadlı bir şəbəkə durur. Bu şəbəkə İslam düşməni olan bütün qərbli siyasətçilər tərəfindən gücləndirilir. Xalqı fəsada sürükləmək, bizim gənclərimizi və cəmiyyətimizi fəsadlı etmək üçün onlar azca hazırlığı olan bütün insanlara plan hazırlamışlar. Gənc üçün, uşaq üçün, yeniyetmə üçün, qız, oğlan, hətta gənclik dövrünü keçirmiş kişi və qadınlar üçün, hamı üçün proqram hazırlayıblar. Belə bir fəsad şəbəkəsini daxildə özlərinə bağlı ünsürlərin vasitəsi ilə genişləndirmək istəyirlər. Səbəb də bir şeydir: bizim cəmiyyətimizin sağlamlığını əlindən almaq, gənc nəsli inqilabdan almaq, ölkəmizin siyasi baxışını, kişidə, qadında, qocada, gəncdə - hamıda möhkəm olan siyasi baxışı almaq, heyvanlar kimi, ölkədə olub siyasi, əxlaqi məsələlərə, dəyərlərə və insani fəaliyyətlərə diqqət yetirməyən insanlar kimi başlarını qatmaq.

Cümə namazı xütbəsindən; 23 avqust, 1986

Risalət qəzeti

Düşmənin mədəni hücumunu proqnozlaşdırmaq


Bilin, gənclər! Gənc qızlar və gənc oğlanlar! Hegemonçu təxribatlar hələ pusqudadır. Bunlar bəşərin xarakterindən məyus olmayıblar. Hətta mömin bir cəmiyyəti də azdırıb pozğunluq burulğanına çəkə biləcəklərini, onu yenə də qafil edə biləcəklərini düşünürlər. Əlbəttə, bizim qadın və kişimizin müsəlman imanı və məqsədi onlara bəlli deyil. Onlar bilmirlər ki, bizim xalqımızın qəlbində necə dərin və güclü iman şöləsi mövcuddur. Amma biz də sayıq olmalıyıq. Kişilər, qadınlar, xüsusən də gənclər gərək sayıq olsunlar. Qərbin və Amerikanın üçüncü dünya ölkələrinə və müsəlman xalqlarına köhnə sovqatlarından olan azdırıcı, çılpaqlığa meylli, fəsadlı və pozğunluğa həvəsləndirici mədəniyyətinin təbliğat hiyləsindən ciddi çəkinsinlər, ehtiyatlı olsunlar. Bizim beynəlxalq hegemonluq əleyhinə apardığımız mədəni hücuma görə onlar bir qədər dayanıblar. Əgər biz özümüzün o azdırıcı mədəniyyət əleyhinə hücum ruhiyyəmizi əldən versək, onların hücumu başlayacaq. Biz nə qədər süst və zəif olsaq, onlar güclü şəkildə irəliləyəcəklər.

Qadınlarla görüşdə çıxışdan; 12 mart, 1985

Cinsi özbaşınalığın bir adətə çevrilməsi


Bu təkcə mətbuata aid deyil. İran filmləri, yaxud İran mətbuatı qadının üzünü kişilər üçün müxtəlif formalarda göstərməyə və öz filmlərini bəziləri üçün xoşagələn etməyə çalışırlar. Bu tədricən bir adətə çevrilir. Yəni getdikcə elə olur ki, əgər bu filmdə bu görüntü və bu şəkil olmasa, daha xoşlarına gəlmir. Halbuki əvvəldən belə olmayıb, tədricən belə olmuşdur.

İranlı və xarici qadınların inqilab rəhbərilə səmimi sual-cavab məclisindəki söhbətlərdən: 10 oktyabr 1998.

Cinsi özbaşınalığa qarşı tədbirin üsulu
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:

1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin