İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Aldadıcı təbliğata rəğmən, Qərb sivilizasiyasında qadına zülm



Yüklə 1,54 Mb.
səhifə65/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

Aldadıcı təbliğata rəğmən, Qərb sivilizasiyasında qadına zülm


Bu gün Qərb sivilizasiyasının qadına əsas rolları tapşırmaq barəsində aldadıcı təbliğatına rəğmən, qadın hələ də tarixi və hərtərəfli zülmə məruz qalır.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Qərblilərin qadın barəsində ifrat və təfritçiliyi


Qərblilər qadın təbiətini tanımaqda və onunla rəftarın necəliyində ya ifrata varmış, ya da həddən az diqqət göstərmişlər.

Ümumiyyətlə, Qərbin qadına baxışı bərabərsizliyə və uyğunsuzluğa əsaslanır. Siz Qərbdə verilən şüarlara baxmayın. Bu şüarlar puçdur və reallığı göstərmir. Qərb mədəniyyətini bu şüarlardan anlamaq olmaz. Qərb mədəniyyətini onların ədəbiyyatlarında axtarmaq lazımdır. Avropa ədəbiyyatı ilə, Avropa şeri və avropalıların roman, hekayə və pyesləri ilə tanış olanlar bilirlər ki, orta əsrlərdən başlayaraq indiki əsrin ortalarına qədər Avropa mədəniyyətinin gözündə qadın ikinci dərəcəli məxluq olmuşdur. Kim bunun əksini iddia etsə, yalan deyir. Siz məşhur Şekspirin pyeslərinə baxın. Görün bu pyeslərdə və Qərbin digər ədəbiyyatında qadına hansı nəfəslə, hansı dillə və hansı gözlə yanaşılır. Qərb ədəbiyyatında kişi qadının ağası, ərbabı və ixtiyar sahibidir. Bu mədəniyyətin bəzi nümunələri və onun təsirləri bu gün də qalmaqdadır.



"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

İş, incəsənət və ədəbiyyat sahəsində Qərbin qadına zalım baxışı


Qərblilər təkcə iş və sənayedə yox, ədəbiyyat və incəsənətdə də qadına zülm etdilər. Siz bu gün hekayələrə, romanlara, rəsm əsərlərinə və incəsənətin digər sahələrinə baxın, görün qadına hansı gözlə baxılır. Qadında olan müsbət cəhətlər və uca dəyərlər nəzərə alınırmı? Allah-Taalanın qadının vücudunda əmanət qoyduğu analıq hissi, övlad tərbiyəsi, övladını qorumaq istəyi və bu kimi incə duyğular, mehriban və şəfqətli rəftar nəzərə alınır, yoxsa ehtiras cəhətləri? Onlar çox yanlış olaraq bunun adını eşq qoyurlar. Bu eşq deyil, ehtiras və şəhvətdir. Onlar qadını belə yetişdirmək, buna alışdırmaq istədilər: Onlar qadını əliaçıq və ürəyiaçıq istehlakçı, iddiasız və ucuz işçi sayırlar.

Ölkə qadınları ilə görüşdə çıxışdan; 16 dekabr, 1992

İslam Cümhuriyyəti qəzeti

Qərb ədəbiyyatında qadının məzlum təsviri


Toxunduğum bu pyesdə sizin gördüyünüz də budur: evlənməyə məcbur edilən qız, əri tərəfindən qətlə yetirilən qadın, xanımın güclü təzyiqə məruz qaldığı ailə; olanlar bu qəbildəndir. Bu Qərb ədəbiyyatıdır. İndiki əsrin ortalarına qədər bu mədəniyyət davam etmişdir.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qadın probleminin həllində Qərbin çıxılmaz vəziyyətdə qalması


Bəlkə də siz xanımların arasında dünyanın yazıçı və sənətkar qadınlarının bəziləri fars dilinə tərcümə olunmuş, bəziləri isə orijinal dillərində mövcud olan ədəbi və incəsənət əsərlərini görən, yaxud oxuyan şəxslər olsun. Bunların hamısı fərz olunan bu məsələdən xəbər verir; yəni bəşər hələ qadın məsələsini, bu məsələnin ardınca iki cinsin, yəni qadın və kişinin məsələsini və zəruri olaraq insaniyyət məsələsini həll edə bilməmişdir. Başqa sözlə desək, ifratçılıqlar, yanlış getmələr, yanlış anlamalar və bunların ardınca təcavüzlər, zülmlər, psixoloji çatışmazlıqlar, ailəyə aid olan problemlər, iki cinsin qarışmasına və münasibət tərzinə aid olan problemlər hələ də bəşəriyyətin həll olunmamış problemlərindəndir.

Qadınların mədəni-ictimai şurasının üzvləri ilə görüşdə çıxışdan; 25 dekabr, 1991

İyirminci əsrin əvvəllərinə qədər qərbli qadınların ictimai hüquqdan məhrum olması


Onillərdir dünya səviyyəsində qadın hüquqları barəsində söhbətlər, təbliğatlar və bəzən də əməllər müşahidə olunur. Diqqət yetirmək lazımdır ki, Qərb dünyası qadınların hüququnu dirçəltmək fikrinə çox gec düşdü. İyirminci əsrin əvvəllərinə qədər Qərbdə qadınların çoxu özünün çox ictimai hüquqlarından məhrum idilər.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Yaxın keçmişdə qərbli qadınların təhsil diplomu almaqdan məhrum olması


Bu Qərb ölkələrində, çox yox, bir neçə il bundan öncəyə qədər ali məktəb oxuyan qadınlara rəsmi diplom verilmirdi. Son illərdə adını çəkmək istəmədiyim bir Qərb ölkəsinin, yenə də adını çəkmək istəmədiyim bir jurnalında bir yazı getmişdi. Deməli, 1917-ci ildə İngiltərədə ali təhsilini doktorluq səviyyəsində başa vurmuş, lakin heç bir diplom ala bilməmiş qadından söhbət gedirdi. Bu qadından nə üçün diplom ala bilmədiyi soruşulduqda cavab verir ki, 1947-ci ilə qədər İngiltərədə qadınlara diplom verilmirdi. Bu gün bunlar gəlib İslam Respublikası qarşısında qadın hüquqlarından danışırlar. Qərb mədəniyyətində belə bir təhqirlərin müşahidə olunduğu o illərdə müsəlman İranda isfahanlı bir qadın dövrünün birinci dərəcəli müctəhidlərindən müctəhidlik icazəsi alır və İsfahanda fəlsəfə və fiqhin tədrisi ilə məşğul olur. İslam budur!

İmam Xomeyninin məqbərəsindəki çıxışdan; 4 iyun, 1997

Keyhan qəzeti

Qərbdə qadının səsvermə və mülkiyyət hüququndan məhrum olması


Siz baxın, Qərb dünyasında və qadın hüquqlarının müdafiəsindən bu qədər dəm vuran (və təqribən hamısı yalan olan) Avropa ölkələrində ötən əsrin ilk onilliklərinə qədər qadınların təkcə səsvermə hüququ, danışmaq və seçmək haqqı yox, heç mülkiyyət hüququ da yox idi. Yəni qadın ona miras qalan mülkün sahibi deyildi. Onun bütün malları ərinə məxsus idi.

Qadınlarla görüşdə çıxışdan; 20 sentyabr, 2000

İslam Cümhuriyyəti qəzeti

Ucuz işçi qüvvəsinə ehtiyac - Qərbdə qadına mülkiyyət hüququ verilməsinin amili


19-cu əsrin sonlarında Qadın azadlığı adlı bəzi hərəkətlər başlanılıb... Bu sahədə düşünmək istəyən gənc xanımlar diqqət yetirsinlər. Məsələ burasındadır ki, Avropada mülkiyyət hüququnun tanınması, elə avropalı sosioloqların dəqiq incələmələrinə görə, Qərbdə sənayenin və modern texnologiyaların işə başlamasından ötrü idi. Onların fəhləyə ehtiyacları vardı. İşci qüvvəsi yetərli olmadığından qadınları zavodlara cəlb edib onlardan istifadə etdilər. Onlar qadınlara daha az əmək haqqı verirdilər. Buna görə qadının mülkiyyət hüququ elan olundu.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin