İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Qərbdə qadınlar əleyhinə şiddətin dəhşətli statistikası



Yüklə 1,54 Mb.
səhifə68/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

Qərbdə qadınlar əleyhinə şiddətin dəhşətli statistikası


Qadın və kişi hüquqlarının bərabərliyindən dəm vuran Qərb ölkələrində, o cümlədən Amerikada qadınlar əleyhinə zorakılıqlarda və müxtəlif yerlərdə qadından sui-istifadə etmələrə dair dəhşətli statistikalar mövcuddur. Qadının başından hicabı götürməklə və şəriət qaydalarından imtina etməklə qadının problemi daha da pisləşir. Bunun qarşılığında İslamın ağla əsaslanan sağlam mühit yaratmağa göstərdiyi səy durur. Orada zəifə qarşı əl uzanmayacaq.

Ölkənin məmur, mütəxəssis və incəsənət xadimi olan qadınları ilə görüşdə çıxışdan; 13 noyabr, 1995

Keyhan qəzeti

Ər və arvad arasında soyuq münasibət


Qərbdə ailənin təməli sarsılmışdır. Ər və arvad arasında soyuq münasibətlər hakimdir. Digər tərəfdən, Qərb cəmiyyəti səviyyəsində qadın... kişilərin ləzzət alması üçün bir vasitə kimidir. Ümumi vəziyyət belədir ki, qadın bu cəmiyyətlərdə heç bir özəl hörmətdən bəhrələnmir. Qərbin mədəni ənənəsi belə bir vəziyyətdədir.

Müsəlman və inqilabçı qadınlarla görüşdə çıxışdan; 8 dekabr, 1993

Keyhan qəzeti

Qərbdə ər və arvad arasında təəssüflü əlaqə


Təəccüblü budur ki, Qərbdə qadın dəyəri haqda bütün iddialara və bununla bağlı yalançı və zahiri işlərə rəğmən, evlərin daxilində qadının və ərlərin əlaqələri təəssüfləndiricidir. Yaxud bizim çox təəssüblü və mürtəce ailələrimizdə ər və arvad münasibətləri, misal üçün, arvadı döymək, bədənini qaraltmaq, kiçik məsələlərdən ötrü öldürmək adətdir. Bunlar təəccübə səbəb olur. Mən iki-üç il bundan öncə Amerika jurnallarının birində bir statistikanı oxudum. Belə məsələlərə görə ərlərindən şikayət edən qadınların sayı heyrətləndirici rəqəmi göstərirdi. Bu yalançı Qərb dünyasında qadına qarşı mövcud olan reallıqlardan xəbər verir. Bu, tərəqqi və təkamülün maneələrindən biridir.

Qadınlar cəmiyyətinin mərkəzi şurasının üzvləri ilə görüşdə çıxışdan; 5 may, 1992

Zahiri baxımdan azad dünyada qadının ailədə məzlumluğu


Əlbəttə, azad dünyada zahirən azadlıqların mövcud olduğu yerlərdə nöqsanların azadlıq tərəfindən vücuda gəlməməsinə, qadının iffəti və paklığı əleyhinə gizli təxribatçı əllərdən qaynaqlanmasına baxmayaraq, orada da qadın hüquqlarına zülm olunur. Orada, özəlliklə ailə daxilində və cəmiyyətin dərinliklərində qadın tamamilə məzlumdur. Televiziyada, yaxud dövlət təşkilatında qadın siması həqiqi sima deyil. Cəmiyyətlərin daxilində qadınlar yenə də məzlumdurlar. İndi Amerika cəmiyyətində öz həyat yoldaşı ilə mehriban və yaxşı rəftar edən kişiyə çox hörmət göstərirlər. Ümumiyyətlə ailə məsələsi onlar üçün mühüm bir məsələdir və bu, qadınlara hörmətsizlik cəhətindən zərər görmələrindən irəli gəlir. Orada bu zülmlər mövcuddur. Amma ümumilikdə baxdıqda görürsünüz ki, bu quruluşların zahiri baxımdan avtoritorizmdən uzaq quruluşlar kimi göstərilməsindən ötrü xüsusi yerlərdə qadına bir qədər imkan yaradılır. Əlbəttə, o sistemin özü zalım sistemdir.

Müsahibələr (87/88), səh. 146

Qərb mədəniyyətində ər evində qadının familiyasının dəyişilməsi


Bu gün, qadın ailə qurub ər evinə gedərkən öz familiyasını dəyişir və ərinin familiyasını götürür. O, ərə getməyincə öz familiyasında qalır, lakin ərə getdikdən sonra familyiası kişinin familiyasına çevrilir. Bu, qərblilərin adətidir. Bizim ölkədə belə olmayıb və indi də belə deyil. Bizdə qadın öz ailəvi kimliyini həmişə, hətta evləndikdən sonra da qoruyur. Onlardakı bu hal qədim Qərb mədəniyyətinin əlamətidir. Onlara görə, kişi qadının ağası idi.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qədim Avropa mədəniyyətində qadının ailə qurması


Avropa mədəniyyətində qadın bütün sərvəti və əmlakı ilə ailə qurub ər evinə getdikdə təkcə onun cismi ərin ixtiyarına keçmirdi, bütün sərvəti və əmlakı, atasından və ailəsindən ona çatmış sərvətləri də ərinə aid olurdu. Bu elə bir şeydir ki, qərblilər onu inkar edə bilməzlər. Bu Qərb mədəniyyətində olmuşdur. Qərb mədəniyyətində qadın ər evinə getdikdə ər əslində onun canına da malik olurdu. Buna görə siz qərb hekayələrində və Avropa şeirlərində çox görürsünüz ki, ər bir xarakter fərqinə görə öz həyat yoldaşını öldürür, heç kim də onu qınamır. Qız ata evində heç bir seçim haqqına malik deyil.

"Kövsər təvəllüdü" bayramı münasibəti ilə Azadlıq idman kompleksində xanımlarla görüşdə çıxışdan; 22 oktyabr, 1997

Qərb ailələrində qadına zülm


Mən bir-iki il bundan öncə bir Amerika jurnalında bir statistikanı oxudum. Amerika ailələrində kişi zülmlərinin statistikası doğrudan da dəhşətli idi. Əlbəttə, bilirsiniz ki, amerikalılar bəzi cəhətlərdən, necə deyərlər, azad və açıq olmaq baxımından, hətta klassik avropalılardan da yaxşıdırlar. Bunlar İngiltərədən və Fransadan daha açıq və rahatdırlar.

Qərb mədəniyyətində müşahidə olunan bu açıqlıq haləti Amerikada Avropa ölkələrindən daha çoxdur. Eyni zamanda orada evin qadınına təhqir, zülm və döymək də çoxdur. Mənim gördüyüm statistikada yazılmışdı ki, bu, cürət toplayıb şikayət edənlərin statistikasıdır. Çoxları isə şikayət etməyə cürət göstərmirlər.



İslam Şurası Məclisinin üzvü olan qadınlarla görüşdə çıxışdan; 21 iyul, 1997

Qərbdə ailə mühitində qadına zülm


Bəziləri zahirə baxırlar. Qərbdə ictimai mühitə baxıb görürlər ki, qadınlar gəlir və heç bir qorxu olmadan veyillənirlər. Elə bilirlər ki, bunlar ailə daxilində də belə qorxusuz hərəkət edirlər. Bu səhvdir. Ailədə qadınlara çox zülm olunur. İslam bunun qarşısını alır. Əgər bizim cəmiyyətimizdə bu sahədə nöqsan olsa, onun qarşısı alınmalıdır və qanunun qadını müdafiəsi güclü və kəskin şəkildə yerinə yetirilməlidir. Əlbəttə, ictimai yerlərdə elə fəaliyyətlər var ki, qadınlar orada daha fəaldırlar.

Şərqi Azərbaycan əhalisi ilə görüşdə çıxışdan; 19 sentyabr, 1996

Keyhan qəzeti

Qadının analıq sevgisini və şəfqətini ifadə etməkdən məhrum olması


Qərbdə ailə təməlinin zəifliyi o qədər nigaranedici olmuşdur ki, cəmiyyətin rəhbərlərinin fəryadı göyə ucalmışdır. Qərb qadına icazə vermir ki, təbii surətdə öz analıq sevgisini, bağlılığını və şəfqətini ifadə edib onunla inkişaf etsin.

İranın və dünyanın doqquz ölkəsinin müsəlman qadınları ilə görüşdə çıxışdan; 29 yanvar, 1989

Əbrar qəzeti

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin