İran İslam İnqilabının rəhbəri cənab Ayətullah Xamenei


Qərbin İran əleyhinə düşmən təbliğatına qarşı tədbir



Yüklə 1,54 Mb.
səhifə75/77
tarix04.06.2018
ölçüsü1,54 Mb.
#52613
1   ...   69   70   71   72   73   74   75   76   77

Qərbin İran əleyhinə düşmən təbliğatına qarşı tədbir


Təbliğatın siyasi və qeyri-həqiqi olması

Bu gün İslam və inqilab düşmənlərinin İranda qadınların vəziyyətinə dair təbliğatı düşmən təbliğatı, hərtərəfli siyasi, qeyri-həqiqidir və İran İslam Respublikasına qarşı təzyiq xarakteri daşıyır. İndiki vəziyyətdə düşmənlərin təbliğatını zərərsizləşdirmək üçün İslam cəmiyyətinin qadınlarının vəzifəsi çox böyük və əhəmiyyətlidir.



Ölkə qadınlarının bir qrupu və məclisin qadın deputatları ilə görüşdə çıxışdan; 23 noyabr, 1994

İslam Cümhuriyyəti qəzeti

Qərbin mədəni hücumu


Hər bir xalqın kimliyi onun mədəniyyəti ilədir. Elmi üstünlük əldə edən qərblilər bütün dünyanı özününkü bilməyə çalışdılar. Bu yalnız mədəniyyətlə mümkündür. İndi sizin paltarınız haranındır? Kimin qalstuku, yaxud bantı olmasa, rəsmi məclisə buraxılmır. Bu, mədəniyyətin eksportudur. Məcburi mədəniyyət budur. Siz də onların yaşadığı kimi yaşamalısınız. Əgər qadın məsələsində sizin rəftarınız onlar kimi olmasa, sizə güclü hücum etməyə başlayırlar. Bunlar mədəni hücumun qlobal sahələridir.

İranın xaricdəki mədəni nümayəndələrilə görüşdə çıxışdan; 1 sentyabr, 1997

Keyhan qəzeti

Qərbin qadın barəsində mühakiməsi


Qadın məsələsi də belədir. İnqilabın əvvəlindən indiyə qədər 19 il ərzində İslam Respublikası quruluşunun və İslamın qadına baxışına qarşı ardıcıl olaraq mənasız sözlər danışırlar. İslam özünün qadınlara və qadınların cəmiyyətdəki roluna – fərdi roluna, ailə roluna, siyasi və ictimai roluna qarşı baxışına bütün iddiaçı xalqların əməl etməli olduğunu iddia edə bilər. Əgər bu sahədə Qərb ölkələri mühakimə stolu arxasında oturub cavab verməli olsalar, şübhəsiz, rüsvay olarlar.

İmam Xomeyninin vəfatının ildönümü mərasimində çıxışdan; 4 iyun, 1997

İslam Cümhuriyyəti qəzeti

Fəsad və çılpaqlığın qarşısını almaq – İranın qadına qarşı çıxdığını göstərmək üçün bir bəhanə


Bu bir neçə ildə İslam İranının qadına qarşı çıxmasını göstərmək istəyən hegemonçu və sionist təbliğatın bundan başqa bəhanələri olmayıb. Deyirlər ki, bugünkü İranda Qərbin muzdur rejiminin əli ilə düzəldilmiş məcburi fəsad dayandırılmış, çılpaqlıq, qadın və kişinin qeyri-sağlam qarışması ənənəsi ləğv edilmişdir.

İmam Xomeyninin baxışında qadın şəxsiyyətinin araşdırılması” seminarına müraciətdən; 25 oktyabr, 1989


İranın qadın hüquqlarını pozmaqda ittiham edilməsinin səbəbi


Qadın hüquqlarının pozulması iddiası, hicabı və şəriət hüdudlarını qorumaqla ölkənin ən yüksək fəaliyyətlərində iştirak edən iranlı qadının uca məqamını bəyənməyən şəxslərin atdığı böhtandır. Onlar qadın və kişi münasibətlərinə hakim olan pozğunluğu və Qərb cəmiyyətlərində qadından namərdcəsinə istifadəni qadının ictimai həyatında ideal proqram sayırlar.

Hacılara müraciətdən; 29 may, 1993

İslam Cümhuriyyəti qəzeti

Müsəlman qadının şəxsiyyəti, izzəti və Qərbdən təsirlənənlərin ajiotajı


Haqq dövləti qurduqdan sonra Allahın lütfü ilə İran İslam ölkəsinin qadınları öz həqiqi şəxsiyyətlərini böyük həddə əldə edə bildilər, müxtəlif meydanlara qoşuldular və müsəlman qadının ruhiyyəsinin əzəmətini göstərdilər. Siz nümunəsini bu şəhid anasının, bizim əziz analarımızın və digər şəhidlərin dilavər analarının vəziyyətində gördünüz və görürsünüz. Mən harada şəhid anaları ilə qarşılaşmışamsa, onları hətta şəhid atalarından da güclü görmüşəm. Nümunəsini adətən bu böyük və şücaətli anaların ruhiyyəsində görə bilərsiniz. Bu müsəlman qadının siyasi və mədəni meydanlarda yaratdığı əzəmətdir. Lakin onlar gəlib İslam Respublikasında qadın hüquqlarının tapdanması barəsində yazır və ajiotaj yaradırlar. Əgər biz onları razı salmaq üçün qadının izzətinə səbəb olan İslam dəyərlərinə zidd bir söz danışsaq, qadın barəsində böyük səhv etmiş olacağıq. Nə üçün kimlərsə qadın barəsində, yaxud insan hüquqları sahəsində elə danışmalıdırlar ki, sanki biz çalışıb özümüzü qərblilərin fikirlərinə yaxınlaşdırmalı və onlarla tanış etməliyik? Onlar səhv edirlər. Onlar öz fikirlərini bizə yaxınlaşdırmalıdırlar. Onlar qadın məsələsinə, insan hüquqlarına, azadlığa və demokratiyaya dair özlərinin yanlış və puç baxışlarını düzəltməlidirlər, İslamın nəzəri ilə uyğunlaşdırmalıdırlar. Bu tərəfdən bəziləri təsirlənməməlidirlər.

Tehran vilayətinin şəhid sərdarlarının ailələri ilə görüşdə çıxışdan; 7 may, 1997

İslam Cümhuriyyəti qəzeti

İslamın qadın barəsindəki fikirlərinin Qərbdə tanınmaz qalması


İslam mədəniyyəti və İslam baxımından qadının məqamı Qərb dünyası üçün tanınmaz qalmışdır. İslam mədəniyyəti bütün sahələrdə, xüsusən də qadının məqamı sahəsində Qərbin tənəzzülə uğramış mədəniyyətinin təsirindən dünya və dünya qadınları üçün tanınmaz qalmışdır. Qərb dünyası düzgün şəkildə xəbərdar deyil və bu, insanlar əleyhinə təxribat aparan beynəlxalq təxribatçı qurumların işidir. Onlar qadın həyatının həqiqi məfhumunu və İslamın qadın barəsindəki nəzərini söyləmirlər.

Cümə namazı xütbəsindən; 24 yanvar, 1986

İslam Cümhuriyyəti qəzeti

Qadın məsələləri barəsində televiziya və radionun vəzifəsi


Qadının məqamının və ailədəki rolunun izah olunması

Radio və televiziyada qadın məsələsi barəsində elə işlər görülməlidir ki, onun ailə məqamı cəmiyyətdə düzgün şəkildə izah olunsun.



Televiziya və radio işçilərilə görüşdə çıxışdan; 1 avqust, 1996

Keyhan qəzeti

Qadın və kişi münasibətlərində İslamın baxışının izah olunması


Burada televiziya və radionun İslam mədəniyyətinin bütün sahərlərdəki, xüsusən də qadın və kişi münasibətlərinin və qadının ictimaiyyətdə rolu barəsindəki gözəlliklərini göstərməkdə olan vəzifəsi aşkarlanır. Televiziya və radionun çox məsuliyyəti var. Radio və televiziya bir əyləncə maşını deyil, öyrədən bir təşkilatdır.

Həkimlər, feldşerlər, ölkənin ali tibb mərkəzlərinin işçiləri ilə görüşdə çıxışdan; 6 dekabr, 1989

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin