Allah demiyən təriqlə getdin,
Şeytani-rəcimi rəhbər etdin.
Bu yolda İmami rəhbər etdin,
Bu zikri həmişə əzbər etdin. (23,530).
Müsəlman kimi geri qalmağımızı haqqa arxa çevirməyimizdə görən professor V. Məmmədəliyev doğru olaraq qeyd edir: “İnkişafsızlığımızın və uğursuzluğumuzun səbəbini də, islamın müqəddəsliyini unutmağımızda, bir qismini isə dildə şüar edib işdə əməl etməməyimizdə axtarmaq lazımdır.”(5,4).
Rəsuli Əkrəmdən (s) sonra İslama biganəliyimizin acı təəssübünü çəkən şair Məmməd Aslanın dediyi kimi: “İnsanlıq yolunda soydaşlarımız, dindaşlarımız nə itirdisə, aləmlərə rəhmət üçün göndərilmiş o Varlıq Nurunun dünyasına yadlaşandan sonra itirdi. Xoşagəlməzliklərin hamısı qail olduğumuz islam dinindən törəmir, onun layiqli daşıyıcısı ola bilmədiyimizdən törəyir (22,5-10).
Dostları ilə paylaş: |