QURAN VЯ HЯDİS BAXЫMЫNDAN ИSLAMЫN VЯHDЯT VЯ BİRLİYİ
Xüsusilə son əsrlərdə İslam böyüklərinin çoxunun diqqət etdiyi və üzərində dayandığı İslam ümmətinin vəhdəti böyük məsələlərdəndir ki, onu Qurani-Kərim və ali məqamlı övliyaların sünnətini əks etdirən orijinal dini mətnlərə əsasən, çoxsaylı məqamlar və müxtəlif aspektlərdən araşdırmaq olar.
Amma Quran və hədisin qoyduğu və zərurətinə təkid etdiyi məsələni üç istiqamətdə araşdırıb qiymətləndirmək olar:
Hazırlıq və zəmin yaradan tərəf:
A- Müsəlmanların ictimai və vəhdət yaradan ibadətləri fərdi və mənəvi xarakterli ibadətlərlə müqayisədə İslam baxımından əzəmət və xüsusi əhəmiyyətə malikdir. İctimai ibadətlər böyük üstünlüyə malikdir və daha çox Allahın razılığına və cəmiyyətin qəbul etməsinə səbəb olurlar.
Nümunə üçün Həcci göstərmək olar ki, böyük bir beynəlxalq İslam konqresidir. Həcc müsəlmanların iştirakı və birgə toplaşması ilə həyata keçirilir. Həcc elə uca məqama malikdir ki, şəraitin olmasına baxmayaraq, bu böyük vacibatı tərk edən kəs iman və İslamiyyət cərgəsindən xaricdir, Allahsızlıq vadisinə yuvarlanaraq İlahi əzaba giriftar olacaqdır.
Qurani-Kərim bu barədə buyurur:
وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ
«Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.»1
İmam Sadiq (ə) buyurmuşdur:
Dostları ilə paylaş: |