و هم يدعلي سواهم
«Yəni onlar güclü dövlətlərin həmlə və hücumları qarşısında bir cəbhədə birləşsinlər.»
Və bu elə bir həyat tərzi və sünnətdir ki, İslamın ali məqamlı canişin və imamları öz əxlaqi və ictimai münasibətlərində ona təkid etmiş, özləri də ona əməl etmişlər.
Bu barədə böyük İslam mütəfəkkiri Ustad Şəhid Murtəza Mütəhhərinin maraqlı bəyanı vardır və deyir: «İslam vəhdətində məqsəd nədir? Məqsəd budurmu ki, İslam məzhəbləri arasında biri seçilsin? Məqsəd budurmu ki, bütün məzhəblərin müştərək tərəfləri götürülsün və aralarındakı fərqlər kənara qoyulsun və beləliklə, yeni məzhəb ixtira olunsun ki, məzhəblərdən heç birinin eyni olmasın. Yaxud, İslam məzhəbinin heç vəchlə məzhəblərin vəhdəti ilə əlaqəsi yoxdur. Müsəlmanların birliyində məqsəd yadların qarşısında əsaslar və ikincidərəcəli cəhətlərin qorunması ilə yanaşı müxtəlif məzhəb ardıcıllarının birliyidir.»
Müsəlmanların birliyi ilə müxalif olanlar İslam vəhdətindən qeyri-məntiqi və qeyri-əməli məfhum düzəltmək üçün onu məzhəbi vəhdət adı ilə izah edirlər ki, ilk addımdaca məğlubiyyətlə üzləşirik. Aydındır ki, İslamın mütəfəkkir alimlərinin İslam vəhdətində məqsədi əqli və məntiqi olsa da, bəyənilən və əməli olmayan bir məzhəblə məhdudlaşdırmaq, ya müştərəklikləri götürüb fərqləri rədd etmək deyil. Alimlərin məqsədi müsəlmanların müştərək düşmənləri qarşısında bir cərgədə təşkilatlanmaqdır. Bu iş kitab və sünnətin meyarları ilə uyğunlaşmaqdan əlavə əqli və bəyənilən də olacaqdır.
Misir alimi Məhəmməd Fikir Əbunnəsrin bəyanına əsasən, hətta yəhudilər xristianlarla birləşməyə çalışırlar. Hətta Papa tərəfindən elan olunur ki, yəhudilər Həzrət Məsihin qətlində müqəssir deyillər və beləliklə, neçə əsrlik kin-küdurətləri öz qəlblərindən çıxarmağa və düşmənləri qarşısında məsihi və yəhudi birliyini yaratmağa səy göstərirlər.1
Qüdrətli dövlətlər siyasət sahəsində də müsəlmanlar arasındakı ixtilaflardan son dərəcə sui-istifadə edib onları pərakəndə və ləziz loxmalar kimi udurlar.
Aşağıda qeyd etdiklərimiz bu mənanı isbat edən və bu hədəfi daşıyan məsum imamların həyat tərzindən dəlil və sübutlardır.
Əli(ə) öz siyasi sistemində xilafət məsuliyyəti ilə münasibətdə İslamın əsas istiqamətini təhlükədə görəndə şəxsi haqqını qurban verir və müsəlmanların ümumi xeyirləri üçün özünü İslam xəlifələri ilə uyğunlaşdırırdı.
Necə ki, beyətə imtinadan sonra Malik Əştərə yazdığı məktubda qeyd edirdi: «Mən birinci öz əlimi cilovladım. Müşahidə edirdim ki, İslam camaatının çoxu dindən qayıdırlar və digərləri Məhəmməd(s) dininin aradan getməsinə çalışırlar. Onda qorxdum ki, əgər İslam və müsəlmanlara köməyə qalxmasam, İslam məhv olacaq ki, onun müsibəti bir neçə günlük xilafətin aradan getməsindən daha böyük olacaq. Buna görə özümü beyətlə uyğunlaşdırdım.»2
Hətta o Həzrət sonra da xəlifə ilə həmkarlığını belə bəyan etdi: «Siz özünüz bilirsiniz ki, mən xilafətə başqalarından daha layiqəm. Amma Allaha and olsun. Madam müsəlmanların işi yaxşıya doğru gedir, mən zülmə məruz qalsam da, bu vəziyyətdə (İslamın əsasının qorunması üçün) təslim olacağam və heç bir iddiam olmayacaq.»1
Beyət işində razılaşmadan sonra o Həzrət nə mövcud vəziyyəti bütövlüklə rəsmi tanıdı və nə də qapalı şəkildə hadisələrdən kənara çəkildi. Cari işlərdə heç bir əməkdaşlıq etməsə də, İslam və müsəlmanların taleyi ilə əlaqəli məsələlərdə onunla məşvərət edirdilər, o da öz xeyirli tövsiyələrini verirdi. Belə ki, İslam ordusu o zamankı İranın qüvvələri müqabilində məğlubiyyətlə üzləşəndə və onun komandiri Əbu Übeydə Səqəfi öldürüləndə bəzilərinin təklifinə əsasən qərara alındı ki, müsəlmanların bütün qüvvələri Yəmən-Məkkə-Mədinə-Kufə-Bəsrə və Şamda cəbhəyə səfərbər olunsunlar, xəlifə də onların komandanlığını öhdəsinə götürsün. Amma o Həzrət nəsihət və ürək-dirək verməklə yanaşı, İslam millətinin öz birliyinə görə qüvvət və şövkətə malik olduqlarını bəyan edib xəlifəyə buyurdu: «Sən dəyirman kimi ol, Mədinədə qal və döyüş meydanında iştirak etmə, cəmiyyətin çarxını müsəlmanların vasitəsilə hərəkətə gətir. Çünki əgər Mədinədən xaric olsan ərəb səninlə öz əhdi-peymanını pozacaq, ətrafdan İslamın mərkəzinə doğru qiyam edib fəsad və dağıntılar törədəcəklər. Belə ki, sənin ön cəbhə və xarici düşmənlərlə mübarizədən daha çox arxa cəbhədəki problem və böhranların yaranacaq.»2
Romalılarla müharibədə Ömərə məsləhət edərkən onu döyüşdə komandanlıqdan çəkindirir və buyurur: «Əgər özün düşmənə tərəf yollansan, onlarla qarşılaşmada məğlub olacaqsan, müsəlmanlara ucqar şəhərlərdə belə sığınacaq qalmayacaq. Səndən sonra fitnə və toqquşma atəşini söndürmək üçün müqavimət göstərən olmayacaq.»1
Həmin əsasa uyğun imamlar (ə) razılaşma və uyğunlaşma mövqeyində olmuş, müsəlmanların cərgələrində iştirakı onların əzəmət və yüksəlişi üçün çox faydalı və təsirli bilmişlər. İmam Musa ibn Cəfər (ə) buyurur: «İmam Həsən və İmam Hüsyen (ə) Mərvanın arxasında namaz qılırdılar və biz də elə edirik.»2
İmam Sadiqin (ə) dostlarından olan Əbu Əli imam-camaat haqqında etiraz edəndə səhabələrə qarşı pis danışmasını İmama bildirir. İmam həmin sözlərə əhəmiyyət vermir və öz dostlarını ağıllı və qurucu üsullarla tövsiyə edir və buyurur: «Allaha and olsun, əgər sən əməli düzgün olsan, məscidə getmək üçün daha ləyaqətli olacaqsan. Buna əsasən məscidə daxil olan ilk kəs və məsciddən çıxan axırıncı kəs olmalısan, öz əxlaqını gözəlləşdir, müsəlmanlarla yaxşı və gözəl sözlərlə danış.»3
Vəhdətlə bağlı məsum imamların həyat tərzi belə müsəlmanların arasında iştirak şəklində idi. İslamın ali məqamlı imamları əxlaqi və ictimai münasibətlərdə həmişə cəmiyyətin quruculuğu, onun yüksəliş və inkişafını nəzərdə tuturdular. Bu ali məqsədi öz ictimai münasibətləri, əxlaqi rəftarlarında da həyata keçirirdilər və onu başqalarına da tövsiyə edirdilər.
Abdullah ibn Sənan deyir: «İmam Sadiq(ə) buyurmuşdur ki, həmişə Allahı nəzərdə tutun və günahlardan çəkinin. Müsəlman xəstələrə baş çəkin, onların dəfnlərində iştirak edin, onların əleyhinə olsa da dəvət edildiyiniz şəhadətlərdə hazır olun, onlarla birgə camaat namazını qılın.»
İmamların göstərişlərindən əlavə böyüklərin də ictimai münasibətlərdə aydın şəkildə bəyanatları vardır ki, müsəlmanlar heç bir fərqə varmadan bir-birinə məhəbbət və ehtiram bəsləməlidirlər. Beləliklə, bu yolla müsəlmanların səmimiyyəti və məhəbbəti daha da artar.»1
Əli(ə) öz övladı Məhəmməd Hənəfiyyəyə sifarişində buyurur: «Ey övladım, başqalarının sənə yaxşılıq etməsini istədiyin kimi insanlara yaxşılıq et. Onlar üçün elə şeyə razı ol ki, onu özün üçün bəyənirsən, özün üçün çirkin və bəyənilməyən saydığını başqaları üçün də bəyənmə və öz əxlaqını bütün insanlara qarşı layiqli və gözəl et.»2
O Həzrət öz övladlarından birinə başqa xitabında buyurur: «Öz müsəlman qardaşını sev, özün üçün istədiyini başqaları üçün də istə, özünün bəyənmədiyini başqadarı üçün də bəyənmə.»
Bu barədə çoxlu mətnlər və dəlillər vardır ki, biz bu məqalədə yazdıqlarımızla kifayətlənirik. Bəli, İslam kəlməsinin yüksəldilməsi üçün əzəmətli məqam sahibi olan imamların sünnət və yaşayış tərzi bu idi. Onların ardıcılları da bu ali məqsədə çatmaq üçün çalışırlar və dünya müsəlmanlarının məhəbbətlə vahid bir sırada durmasının şahidi olacaqlarına ümidləri böyükdür.
Dostları ilə paylaş: |