الجماعة رحمة و الفرقة عذاب
«Vəhdət rəhmətin mayəsi və təfriqə əzabın səbəbidir.»
İmam Əli (ə) «Nəhcül-bəlağə»nin başqa bir yerində insanları birliyin qorunmasına və ixtlafı tərk etməyə səsləyir.
اللزموا الجماعة و اجتنبوا الفرقة
«Öz cəmlik və birliyinizi qoruyun, təfriqə və ayrılıqdan çəkinin.»
«Səhih Buxari» kitabında Həzrət Rəsuli-Əkrəmdən (s) hədis nəql olunur:
المسلم اخوالمسلم
«Müsəlman müsəlmanın qardaşıdır.»
«Biharul-ənvar» kitabında (c.74, səh.234) İmam Baqirdən(ə) nəql olunur ki, o Həzrət buyurmuşdur:
المؤمنون في توادهم و تراحمهم و تعاطفهم كمثل الجسد. اذا اشتكي تداعي له سائره بالسهر والحمي
«İmanlı fərdlər bir-birinə qarşı yaxşılıq, mehribanlıq və məhəbbətdə bir bədən kimidirlər ki, əgər birinin bir üzvü dərd və narahatlığa düçar olsa, digər üzvlər də onun müalicəsinə qalxarlar."
Dostları ilə paylaş: |