Иран Ислам Республикасынын


الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ



Yüklə 345,5 Kb.
səhifə2/5
tarix10.01.2022
ölçüsü345,5 Kb.
#108907
1   2   3   4   5
الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ
وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ

O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!”1



Məzhəblərarası yaxınlaşmanın konsepsiyaları

Məzhəblərarası yaxınlaşmanın konsepsiyaları dedikdə, məzhəbləri ana xətlərdə birləşdirən və orta məxrəcdə mərkəzləşdirən əsaslar nəzərdə tutulur:



  • Heç şübhəsiz ki, müsəlmanlar irqindən, cinsindən, rəngindən və məzhəbindən asılı olmayaraq vahid İslam ümmətini təşkil edirlər. İslamın əsas rüknlərindən biri sayılan vəhdət prinsipi ən önəmli məsələlərdən biridir. İslam birliyi carçılarından sayılan İmam Kaşif əl-Ğitai vəhdətlə bağlı açıqlamasında vurğulayır: “İslam iki kəlməyə söykənir: Tovhid kəlməsi və kəlmə töhidinə”. Yəni, müsəlmanlar La ilahə illəllah, Muhəmmədun rəsulullah kəlməsi ilə birləşdiyi kimi, dillərinə gətirdikləri sözdə də bir olmalıdırlar.

  • Müsəlmanların izzəti və rifahı onların birliyindədir. İslamın sədası yalnız müsəlmanların birləşməsi ilə yayıla bilər. Müsəlmanların öz aralarında çəkişmələri, qarşılıqlı anlaşıl­mazlıqları onları zəiflədib sarsıdar, gücdən salar.

  • Qeyd olunması zəruri sayılan isə məzhəbləri birləşdirən ana xətlərin yekdil olaraq müsəlmanlar tərəfindən qəbul olunmasıdır. Belə ki, müsəlmanlar məzhəbindən asılı olma­yaraq Allahı təsdiq edir, Məhəmməd peyğəmbərə və ondan qabaqkı peyğəmbərlərə aralarında fərq qoymadan inanır, axirətə, cənnət və cəhənnəmə etiqad edir, namaz, oruc, zəkat, həcc, cihad və s. kimi Allahın və Rəsulunun buyurduğu əmrləri və qadağaları qəbul edirlər. Kitabları və qiblələri bir olan müsəlmanlar qardaşdırlar, bərabər hüquqludurlar, sosial təbəqələrə bölünmürlər, ağı qarasından, ərəbi əcəmisindən üstün hesab edilmir, üstünlük yalnız təqvadadır.

  • Müsəlmanların vəhdətə və məzhəblərarası yaxınlaş­mağa dəvət olunması dedikdə, burada onların öz məzhəblərin­dən imtina etməsi və ya bir məzhəbdə birləşmələri və ya məzhəbsizliyə yuvarlanmaları nəzərdə tutulmur. Bu yanlış məfhumdur ki, bəzən məzhəblərarası yaxınlaşmaqdan danışıl­dıq­da məzhəb­lərin sıradan çıxması və ya müsəlmanların bir məzhəbdə mərkəzləşməsi kimi başa düşülür. Qeyd olunan yanaşmalar qeyri-mümkündür. Ona görə ki, hər bir məzhəbin çoxlu sayda davamçıları və məktəbləri vardır. Bu irs bu günə qədər davam edibsə, onu tarixdən silmək həqiqətə ziddir. Əks təqdirdə, belə bir addım yeni bir məzhəbin yaranmasına, ixtilaf dairəsinin daha da genişlənməsinə, vəhdətin pozulmasına gətirib çıxara bilər.

  • Əqidə və Şəriət məsələlərində İslamın əsasları və ya ana xətləri üzərində birləşməyə daha çox önəm verməklə İslam ruhunu, qardaşlığını və bərabərliyini yaşatmaq mümkündür. Bununla yanaşı İslam hüdudlarından kənara çıxmayan məzhəbləri ehtiramla xatırlamaq, qarşılıqlı maariflənmə və anlaşmanı bərpa etmək də lazım gəlir. Amma şəriət məsələlərindəki ixtilaflara gəlincə isə, bu İslamın əsas rüknlərinə, qəti və açıq-aydın dəlalətlə varid olan hökmlərinə toxunmur. Kənarda qalan məsələlərə ixtilafın nüfuz etməsi ictihadın nəticəsidir ki, zaman və məkan bunu tələb edir. Yeni hadisələrin, problemlərin üzə çıxdığı bir vaxtda alimlər onun həllini Qurandan və Sünnədən qəti cavab tapa bilmədikləri halda Quran və Sünnənin qoyduğu düsturlar, qanunlar və məqsədləri çərçivəsində təhlil edirlər. Buna da ictihad deyilir. İctihad əhli sayılan alimlər elm və şüurda bərabər olmadıqları üçün fikir ayrılıqları yaranır. Bu da təbii qəbul oluna bilər. Allah-təala buyurur:


Yüklə 345,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin