İranın nüvə siyasəti hərbi məqsədlərə hesablanıb
Tehranın nüvə sirləri
İran adlanan ölkədə radikal bir rejimin mövcud olması və onun terror siyasətinə yönəlmiş ideologiyası dünya dövlətləri üçün təhlükə mənbəyidir. Orada əsarət altında yaşıyan digər millətlərin milli və insani hüqüqlarını daha kobud şəkildə pozulmaq, Regionda gərginlik yaratmaq, demokratikləşmə prosesinin qarşısını almaq məqsədilə müxtəlif yollara əl atan İran rejimi nüvə silahını əldə etməklə dünyada yeni bir təhlükə mənbəyi formalaşdırmağa çalışır. Məlumdur ki, İran çox geniş və mürəkkəb nüvə proqramına malikdir.
Rejim nüvə proqramları ilə məşğul olan elmi-tədqiqat mərkəzlərinin qeyri-hərbi funksiya daşıdığını açıqlasa da, bu kimi mərkəzlərin fəaliyyət istiqaməti belə açıqlamaları təkzib edir. Bu mərkəzlərdən biri Buşehr Atom Elektrik Stansiyasıdır. İndiyədək milyonlarla dollar vəsait sərf olunmuş bu mərkəzin layihəsini 1974-cü ildə alman şirkətləri "Siemens" və "Karft Werk Union" (KWU) verib və elə həmin ildən bu layihənin icrasına başlanılıb. Statistik məlumatlara görə, 5 il müddətində, yəni 1979-cu il inqilabı ərəfəsində layihənin birinci hissəsinin 90, ikinci hissəsinin isə 50 faizi yerinə yetirilmişdi. 80-ci illərin sonunda İran bu proyektin tamamlanması üçün nüvə sahəsi üzrə mütəxəssislərin ölkəyə dəvət olunması barədə Qərbi Almaniya, İspaniya və Argentina ilə danışıqlar aparıb. Lakin Amerikanın bu məsələdə mövqeyini nəzərə alan bu ölkələr İranla aparılacaq danışıqlardan kənara çəkiliblər. Yenidən 90-cı ilin fevralında İran İspaniya Milli Nüvə Enerjisi İnstitutu ilə müqavilə imzalayıb, lakin, Amerikanın göstərdiyi təpki bu müqavilənin reallaşmasına mane olub.
Avropa mütəxəssislərindən ümidi kəsildikdən sonra İran Sovetlər İttifaqı və Çinə üz tutub. İranla Sovet İttifaqı arasında ilk əməkdaşlıq protokolu 1990-cı il martın 6-da imzalanıb. Bu protokola əsasən SSRİ "Buşehr - 1" AES-in inşasını tamamlamağı öz öhdəsinə götürüb və İrana VVER-440 markalı iki reaktor verib. 1993-cü ildə İran Atom Elektrik Təşkilatı (AET) ilə Rusiya Atom Enerjisi Nazirliyi "Buşehr - 1" proyektinin tamamlanması haqqında müzakirələrə başlamış, 1995-ci ildə Rusiya atom enerjisi naziri Viktor Mixaylov və İran AET-in rəisi Rza Əmrullahi arasında 800 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb. Müqavilənin şərtlərinə görə, "Buşehr - 1" proyekti Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında həyata keçirilməlidir. Rusiya tərəfi bu proyekti 4 il müddətinə başa çatdırmalıydı. Lakin bəzi səbəblərdən müqavilənin şərtləri göstərilən müddətdə yerinə yetirilmədi. Hazırda bu proyekt üzərində 3 mindən çox rus mütəxəssisi işləyir. İran beynəlxalq təzyiqlərdən çəkinməyərək bütün vasitələrlə "Buşehr - 1" proyektinin reallaşmasına çalışır. 1000 MW-lıq "Buşehr - 1" obyektini Rusiyanın təkmilləşdirilməsi İranın nüvə proqramını həyata keçirməsində böyük rol
oynayacaq. Rejim bu proyektin qeyri-hərbi funksiya daşıdığını söyləsə də, 2000 ton təbii uranın istehsalı müxtəlif layihələrdə, o cümlədən kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilər.
İlkin hesablamalara görə, "Buşehr - 1" hər il 180 kq plutonium istehsal etmək gücünə malikdir. İran öz ərazisində göstərilən miqdarda plutoniumu saxlamağa qadir olmadığı üçün bu məhsul Rusiya ərazisində, Sibirin cənubunda yerləşən "Krasnoyarsk - 26" bazasında saxlanılır.
İranla Rusiya arasında bağlanmış müqavilənin tərkib hissəsi kimi Rusiyada atom üzrə iranlı mütəxəssislər hazırlanır. Digər Atom Enerjisi Tədqiqat Mərkəzi Təbrizin 80 km-də, Binab şəhərində yerləşir. Bu mərkəzə Hüseyn Əfradə rəhbərlik edir. Mərkəz Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətində deyil. Orada Çindən alınan reaktorlar yerləşdirilib. Bu obyektin fəaliyyətinin məxfi tərəfi onun hərbi məqsədlər üçün istifadə olunma ehtimalını artırır.
Əhvaz şəhərinin cənubunda, Karun çayının sahilində yerləşən mərkəzin ilkin layihəsinin ya Fransa, ya da Çinin vasitəsilə reallaşdırılması nəzərdə tutulmuşdu. Hələ şah hakimiyyəti dövründə, 70-ci ilin son aylarında İran Fransaya iki atom reaktorunun düzəldilməsini sifariş vermişdi. Bu sifarişə əsasən 1974-cü ildə İranla Fransanın "Framatom" şirkəti arasında razılaşma əldə olunmuş və iki 950 MW-lıq atom reaktorunun düzəldilməsi haqda müqavilə imzalanmışdı. Layihənin icrası 1979-cu il inqilabı zamanı dayandırılmış, 1992-ci ildə bu layihənin davamı kimi İran Çindən PR tipli 300 MW-lıq iki reaktorun alınması ilə bağlı danışıqlar aparmışdı. Bu proyekt "İstiqlal" adı ilə tanınır. Elə həmin il sentyabrın 11-də prezident Haşimi Rəfsəncani İranla Çin arasında olan nüvə əməkdaşlığına əsasən QNRC və SNRDİ Çin şirkətləri ilə bu reaktorların düzəldilməsi barədə son yekun razılaşmaya gəldiklərini bəyan etdi. Razılaşmaya görə, Çin dövləti bu öhdəliyi 10 il müddətinə yerinə yetirməli idi. "İstiqlal" proyektinin həyata keçirilməsi üçün 2 milyon dollar maliyyə vəsaiti ayrılıb. Məlum olmayan səbəblərdən 1995-ci ildə bu proyektin icrası dayandırılıb və həmin il sentyabrın 30-da Çinin xarici işlər naziri belə bir bəyanatla çıxış edib ki, bu obyektin yerləşdiyi ərazi münasib olmadığı üçün "İstiqlal" proyektinin təkmilləşdirmə işləri dayandırılır. Sonralar İran burada olan avadanlıqlardan "Buşehr-1" proyektində istifadə etdi. Ancaq belə bir ehtimal da var ki, İran hələ də bu mərkəzdə nüvə proyektləri ilə bağlı gizli fəaliyyət göstərir.
İsfahan Nüvə Texnologiya Mərkəzi 1970-ci ilin ikinci yarısında Fransanın köməyi ilə "Buşehr-1" Atom Enerji Stansiyasının proyektini həyata keçirmək məqsədilə mütəxəssis kadrların hazırlanması üçün təsis olunub. Bu mərkəz İsfahanda yerləşir və mərkəzə Kazım Rəsuli rəhbərlik edir. Mərkəzdə Çindən alınmış dörd tədqiqat reaktoru yerləşdirilib. İran 1996-cı ildən başlayaraq bu mərkəzin işinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. Mərkəzin sürətlə genişləndirilməsində Çin
mütəxəssisləri də yaxından iştirak edib. Bu mərkəz nüvə texnologiyasını əldə etmək məqsədilə gizli tədqiqatlar apararaq kütləvi qırğın silahlarının istehsalında vacib olan yüklənmiş uran əldə etməyə çalışır. Bu onu göstərir ki, İran nüvə proqramlarından yalnız hərbi məqsədlər üçün istifadə edir.
İran milli metallurgiya zavodu İsfahanda yerləşir. Nüvə sahəsində fəaliyyət qabiliyyətli olan bu obyekt uzaqmənzilli raketlərin istehsalında mühüm rol oynayır. Zavod 1996-cı ilin 20 avqustundan fəaliyyətə başlayıb və ildə 30000 ton dəmir məhsullar istehsal edir. Bu obyektin fəaliyyət istiqaməti sual altındadır. İtaliya şirkəti "DANİELİ"nin tikdiyi bu xüsusi kompleks bir neçə funksiyalı iş rejimini yerinə yetirir. Bu kompleksin oxşarı İraqda da fəaliyyət göstərirdi. Modern avadanlıqlarla təchiz olunmuş Qorqan Tədqiqat Mərkəzinin (NEKAN) fəaliyyət istiqaməti hərbi yöndədir və. şübhəli obyektlərdən biri sayılır. Məlumatlara görə, bu mərkəzdə rus, qazax, Ukrayna, erməni və İran mütəxəssisləri çalışır və onların aylıq məvacibi 20000-30000 ABŞ dolları məbləğindədir.
Moalem-Kəlaye Tədqiqat Mərkəzi Tehran şəhərinin şimalında, dağlıq ərazidə yerləşir. Bu mərkəz gizli fəaliyyət göstərir və Sipahe-Pastarana bağlı olan mütəxəssislər bu mərkəzdə çalışırlar. Mərkəz Fransa, Almaniya və İtaliyadan gəlmiş avadanlıqlarla təchiz olunub və 1987-ci ildən fəaliyyətə başlayıb.
Əmir Kəbir İnstitutu (əvvəllər Tehran Politexnik İnstitutu adlandırılıb) 1958-ci ildən fəaliyyət göstərir. Mərkəzdə elmi-nəzəri fəaliyyətlə məşğul olan mütəxəssislər yetişdirilir. Tehran Nüvə Tədqiqat Mərkəzi Tehran Universitetində yerləşir və İranın ən mühüm elmi mərkəzlərindən biri sayılır. Burada 1967-ci ildə Amerikadan yalnız tədqiqat məqsədilə gətirilmiş 5MWt gücündə beş reaktor yerləşdirilib. Bu reaktorlar ildə 600 qram plutonium istehsal etmək gücünə malikdi. Şah hakimiyyətdə olduğu dönəmdə bu mərkəzdə aparılan tədqiqat işlərinin istiqamətini nüvə silahının istehsalına yönəltmək niyyətindəydi. İran inqilabı zamanı bu layihələr müvəqqəti dayandırıldı və inqilabdan sonra 1987-ci ildə reaktorların iş həcmini artırmaq və 115,8 kq plutonium istehsal etmək məqsədilə İran Argentina Nüvə Tədqiqat Mərkəzinə 5,5 milyon ABŞ dolları vermişdi. İran kütləvi qırğın silahları proqramlarını layihələşdirmək üçün bu mərkəzdən istifadə edir. Ebne Heşan Tədqiqat Mərkəzi və bir neçə funksiyalı laboratoriyaların həmin mərkəzdə yerləşməsi göstərir ki, İran elmi-tədqiqat işi ilə yox, kütləvi qırğın silahı əldə etməyə çalışır. İran qarşısında qoyduğu bu məqsədə çatmaq üçün Çin və Argentina ilə ciddi danışıqlar aparıb.
Şərif Sənaye Universiteti nüvə sahəsində ən inkişaf etmiş tədqiqat mərkəzidir. Mərkəz nüvə sahəsi üzrə çox yüksək səviyyəli nəzəri və praktiki nəticələr əldə edib. Burada Səyid Söhrabpur, Abdullah Əfşar, Davud Rəştçiyan, Abbas Ənvəri kimi yüksək elmi dərəcəsi olan mütəxəssislər çalışır. Şərif Universitetində dörd əlavə laboratoriya da fəaliyyət göstərir.
Mərkəzin əsas məqsədi yüklənmiş uran əldə etməkdir. Bunun üçün universitet müxtəlif xarici şirkətlərlə danışıqlar aparıb və modern avadanlıqlarla təchiz olunub. 1991-93-cü illərdə "Thyssen" və "MFB" alman şirkətlərilə aparılan danışıqlar buna misaldır. Həmin illərdə İran bir çox xarici şirkətlərlə gizli şəkildə nüvə avadanlıqlarının alınması barədə danışıqlar aparıb. Fakt kimi onu göstərmək olar ki, 1991-ci ilin avqustunda İran vətəndaşları Riza Əmiri və Məhəmməd Daniş qadağan olunmuş vəsait və maddələrin satışına görə saxlanılıblar. Bu iki nəfərin verdiyi izahat İranın kütləvi qırğın silahlarının əldə olunması istiqamətində fəaliyyətini göstərir. Bunlardan başqa, İran beynəlxalq ictimaiyyətdən gizli saxladığı onlarla nüvə təhsisat mərkəzlərinə malikdir: iranin atom enerji təşkilatı tərəfindən 2005-ci il mart ayının sonlarından etibarən uran yataqlarının istismarına başlayayaraq.dünya dövlətlərinin və Beynəlxalq Atom Enerjisi agentliyinin xəbərdarlıqlarına məhəl qoymayacağını göstərmiş oldu. İranın atom enerjisi agentliyinin nüvə tədqiqatı üzrə müavini Məhəmməd Qənnadi İsfahan şəhərindəki UCF zavoduna baxışı zamanı elan etmişdir ki, Sağənd, Xəşumi, Zəriqan kimi rayonlarında uran yataqları var. Hazırda uranın olduğu ehtimal edilən İrandakı yataqlardan 1/3-də kəşfiyyat işi aparılır.
O,Həmçinin Yəzd şəhərinin 200 kilometrliyində yerləşən Sağənd bölgəsində yerin üst qatına yaxın zəngin uran yataqlarının mövcud olduğunu deyərək belə söyləmişdir: "Respublikamızın mütəxəssisləri Çin mühəndislərinin yardımı ilə 370 m dərinliyində iki quyu qazıblar. Bu quyularda yaradılan kanallar vasitəsilə uran yataqlarına çatıblar".
həmşinin o,qeyd etmişdir ki,"Təbəs şəhəri yaxınlığında yerləşən Xəşumi bölgəsində (Xorasan əyaləti - S.) zəngin uran yataqlarının olmasına dair də sevindirici xəbərlər var. Yaxın gələcəkdə onlardan da istifadə edilməyə başlanacaq".
Beynəlxalq Nüvə Enerji Agentliyi (İAEA) İranın nüvə fəaliyyətilə bağlı dəfələrlə hesabat hazırlasada bu hesabatların hamısında iranın nüvə fəaliyyətinin qeyri şəfaf oldğu göstərilib və iran tərəfindən bu istiqamətdə şəffaflıq tələb olunub bu tələbin yerinə yetirilməsi üşün rejim ilk olaraq Beynəlxalq Nüvə Enerji Agentliyi tərəfindən qəbul edilmiş əlavə protokola rəsmi olaraq imza atmalı və parlamentdə təsdiqləməlidir.Əlavə protokol əvvəlkidən fərqli olaraq agentliyə imkan verir ki, bütün şübhəli obyektlərə nəzarət etsin və müəyyən etdiyi obyektləri icazə almadan yoxlasın. Beynəlxalq Nüvə Enerji Agentliyi 1993-cü ildə İraqda yerləşən gizli nüvə obyektlərinin planlarına, Şimali Koreyanın gizli obyektlərində aparılan tədqiqatlara nəzarət edə bilmədiyi üçün tam təhlükəsizliyi təmin etmək məqsədilə əvvəlki layihəyə əlavə olaraq 93+2 layihəsini tənzimləmişdir . 93+2 layihəsi agentliyə imkan verir ki, elan olunmuş və olunmamış nüvə obyektlərində yoxlama aparsın. Beləliklə, Beynəlxalq Nüvə Enerji Agentliyinə üzv ölkələr öz nüvə enerji sahəsində apardıqları fəaliyyətlərlə bağlı verdiləri məlumatların doğru olub olmamsını yoxlamaq imkanı əldə etmiş olur və şübhəli məlumatları araşdıra və yaranmış suallara aydınlıq gətirmək üçün lazımi işləri görə bilir. Nüvə enerji agentliyinin direktorlar şurası tərəfindən15 may 1997-ci ildə qəbul olunmuş 93+2 protokolu bir sıra yeni tədbirləri özündə əks etdirir.
Əlavə protokola əsasən üzv ölkələr Nüvə Enerji Agentliyinə əvvəlkindən daha çox, daha dəqiq və ətraflı məlumatlar verməlidirlər: nüvə yanacaq dövriyyəsi, ölkələrin yanacaq dövriyyəsi fəaliyyəti, nüvə fəaliyyətinə aid olan tədqiqat materialları, nüvə materialına aid olmayan yanacaq dövriyyəsinin genişləndirmə fəaliyyəti, uran mədənlərinin yeri, miqdarı və illik istehsalı. Həmçinin, üzv ölkələr nüvə istehsalı siyahısına daxil olan materialların ticari fəaliyyətləri barədə agentliyə xəbər verməlidirlər.
Yeni yoxlama sistemi ölkələr tərəfindən verilmiş məlumatlardakı yaranmış sualları, ziddiyyətli məqamları araşdırmaq məqsədilə təyin olunmuş hər bir obyektin agentlik tərəfindən xəbərdarlıq edilmədən yoxlanılmasına imkan verir. Ölkələr bu protokolu qəbul etdiyi təqdirdə agentliyə ən qısa müddətdə elan olunmuş və elan olunmamış bütün obyektləri, həmçinin agentlik tərəfindən nəzərdə tutulmuş obyektləri yoxlamaq üçün zəmanət verir. Yoxlamaların daha tez vaxtda aparılması üçün ölkələr bir ay müddətində nüvə enerji müfəttişlərinə bir illik giriş və çıxış vizası verməlidirlər.
Ancaq İran rejimi hələ də müxtəlif bəhanələrlə bu protokola qoşulmaq niyyətindən uzaqdır. Təbii ki, bu məsələlər Nüvə Enerji Agentliyi Təşkilatının başçısı Məhəmməd Əlbaradeyinin Tehrana etdiyi səfərlərdə dəfələrlə müzakirə edilib .O, həmişə iranla bağlı çıxışlarında qeyd edib ki, "biz istəyirik İran beynəlxalq ictimaiyyəti inandırmaq üçün bu addımı atsın".ancaq rejim rəsmiləri bu sözləri işitmək əvəzinə nüvə silahı əldə etmək sahəsində daha surətlə fəaliyyət aparir .Tehran rəsmiləri hər dəfə nüvə silahının əldə olunması üçün çalışmadıqlarını bəyan edirlər. Ancaq mütəxəssislər belə bir fikirdədirlər ki, İranın bir neçə modern müəssisəsi atom silahının əldə olunmasında istifadə oluna bilər və bu ölkə atom silahının əldə olunmasına təsəvvür edildiyindən daha yaxın vaxtda nail ola bilər. Bu mənada Təhlükəsizlik Şurasının İran əleyhinə qəbul etdiyi 1737 saylı qətnaməsi də Bir daha Rejimin nüvə silahına yiyələnmək istiqamətin də apardığı gizli və təhlükəli məqamları ortaya qoymuş oldu. Ancaq İran-fars şovinizmi hələ də Dünya dövlətlərinə və Beynəlxalq Nüvə Enerji Agentliyinə konkret cavab vermək əvəzinə müxtəlif diplomatik gedişlər və hədələrlə Əlavə protokolun imzalanmasını gecikdirərək uranın zənginləşdirmə prosesini dahada sürətləndiriəcəkləri ilə bağlı hədələyici bəyanat vermək də davam edir. Rejimin MAQATE ilə səmərəsiz əməkdaşlığı nəzərə alaraq dünyanın gələcəyi naminə Dünya ölkələri daha prinsipial mövqe ortaya qoymalıdır .
Rejimin nüvə silahlarını əldə etməsi istiqamətdə fəaliyyəti, terrorçu təşkilatları dəstəkləməsi, insan haqları və demokratik prinsiplərə biganə munasibəti bunu demeye əsas verir ki,bu rejim bəşəriyyətə qarşı yönəlmiş davranışlarından əlçəkmək fikrində deil buna görədə dünya birliyi rejimin bu kimi hereketlerinin qarşısını almaq üçün birgə hərəkət etməli və daha kəskin mövqe tutmalıdır.
Güney Azerbaycan İstiqlal Partiyasının
Araşdırma və Mətbuat məsələləri Üzrə Sorumlusu Sadiq İsabəyli
07.01.2007
Dostları ilə paylaş: |