1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahanşahın dövründə erməni katolikosluğunun Kilikiyadan Çuxursəədin Vağarşabad kəndindəki Üçkilsə monastırına köçürülməsindən sonra müxtəlif yerlərdən axışıb gələn azsaylı ermənilər xanlığın ərazisində tədricən məskunlaşmışdılar. Tez-tez müharibələrdə iştirak edən Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi hökmdarları İrandakı və Şərqi Anadolunun cənub hissəsindəki xristian əhalinin üzərində hakimiyyəti daha da möhkəmləndirmək və onların üsyan təhlükəsinin belə olmaması üçün Üçkilsə katolikoslarını himayə edirdilər.
17-ci əsr fransız səyyahı Şardenin məlumatına görə "....İrəvan qalası təxminən səkkiz yüz evdən ibarətdir. Orada ancaq təmizqanlı qızılbaşlar yaşayırlar". "Qədim İrəvan" kitabında İrəvan əhalisindən bəhs edən Yervand Şahəziz 1673-cü ildə İrəvanda olan fransız səyyahı Şardenin İrəvan qalasında yaşayan əhali haqda məlumatına toxunuraq yazır: "ermənilərin İrəvanda şəhərində yalnız dükanları var idi... 18-ci əsrin əvvəlində İrəvana gəlmiş missioner Monye yazır: "Evlərdən daha çox bağçalar və üzüm bağlarına qərq olmuş şəhər ikiqat qala divarları ilə əhatə olunmuşdur. Əhalinin ¼-i ermənilərdir".
Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına – 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin Azərbaycan türkü olduğunu göstərir.
Paskeviç İrəvan xanlığında əhalinin milli tərkibi haqda verdiyi məlumatda burada 10 min azərbaycanlı, 3 min erməni ailəsinin yaşadığını qeyd etmişdir. ABŞ-dan olan professor Castin Makkarti Rusiya işğalına – 1828-ci ilə qədər İrəvan xanlığı əhalisinin 80 faizinin Azərbaycan türkü olduğunu göstərir.
İvan Şopen 1828-1832-ci illərə qədər İrəvan xanlığında əhalinin mütləq çoxluğunu müsəlmanların, yəni Azərbaycan türklərinin təşkil etdiyini yazmışdır. Onun hesablamalarına görə, İrəvan əyalətində 81.749 nəfər müsəlman, 25.151 nəfər isə erməni idi. Müsəlman dedikdə İ.Şopen Azərbaycan türklərini və müsəlman kürdləri nəzərdə tuturdu.
Beləliklə, 1829-1832-ci illərdə həyata keçirilmiş kameral siyahıyaalınmanın təhlilindən belə nəticəyə gəlmək olar ki, Rusiya-Qacar müharibələrindən əvvəl İrəvan xanlığının əhalisi 134.646 nəfərdən ibarət olmuşdu. Bunlardan 99.609 nəfəri Azərbaycan türkü, 19.878 nəfəri erməni, 14.902 nəfəri kürd, 257 nəfəri qaraçı idi.
Ümumilikdə isə 1828-1830-cu illərdə Azərbaycan ərazilərinə Türkmənçay müqaviləsinə (1828) əsasən 40.000 İran ermənisi, Ədirnə sülh müqaviləsinə (1829) əsasən isə 84.000 Türkiyə erməniləri köçürülmüş və onların da böyük hissəsi Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanın qərb torpaqlarında ermənilərin yerləşdirilməsi yaxın gələcəkdə yerli Azərbaycan türklərinə əhaliyə qarşı kütləvi qırğınlardan, soyqırımı və deportasiyadan xəbər verirdi.
Mənbə
AZƏRBAYCAN TARİXİ MÜHAZİRƏLƏR TOPLUSU BAKI- 2014
Elçin Teymur oğlu Qarayev. "Azərbaycanın İrəvan bölgəsinin tarixindən(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında)".
Fuad Əliyev, Urfan Həsənov. İrəvan xanlığı.