7) Uğurlu nümunələr Dövlət orqanlarında inqilabi təşkilatlar
Quruculuq cihadı
“Quruculuq cihadı” elə bir təşkilatdır ki, inqilab onu iman, etiqad, inqilabi eşq, məsuliyyət hissi əsasında yaratmışdır. Tam mənada canlı və fəal bir qurum olması üçün dini və inqilabi meyarları ona hakim etmişdir. İnsafla desək, inqilab bu təşkilatı yaratmaqda və onu hərəkətə gətirməkdə uğurlu addım atmışdır. Çünki “Quruculuq cihadı” gücünü əsirgəmədən öhdəsinə düşən çətin vəzifələri yerinə yetirməyə çalışdı, müharibəyə məxsus bir təşkilat qədər İslam döyüşçülərini dəstəklədi.1
“Quruculuq cihadı”, İmamdan qalan dəyərli bir yadigardır. Həqiqətən dahi İmamın əli ilə əkdiyi pak bir ağacdır ki, inkişaf etmiş və bar vermişdir. Ölkə və xalq müxtəlif mərhələlərdə ondan faydalanır. Müharibə məsələsi qarşıya çıxmazdan və İran İslam Respublikası silahlı mübarizə meydanına girməzdən öncə, ölkədə quruculuq işləri ön plana çıxdı. İmam və xalq bu ölkəni asılı və fasid Pəhləvi rejimindən təhvil almışdı. Tam mənada bir viranə ilə üzləşmişdik. Abadlıq, sərvət, zahiri görkəm və s. böyük şəhərlərə məxsus idi. O da rejimin əsas ünsürlərinin mənafeyinin tələb etdiyi qədər idi. Kəndlər bərbad vəziyyətdə idi. Yol, asfalt, su, işıq və s. şərait yox idi. İstehsal yox idi. Şəhərlər müxtəlif çətinliklərlə üz-üzə idi. Ölkə tam acınacaqlı vəziyyətdə idi. Belə bir şəraitdə dahi İmam, “Quruculuq cihadı” adlı bir təşkilat yaratdı və çox sayda mömin, yüksək əhvali-ruhiyyəli gənclər bu inqilabi hərəkata qoşuldular. Məlum idi ki, bu təşkilatda zəruri olan iş və təşəbbüsdür. Ölkəni xilas etmək üçün yorulmaq bilmədən işləmək, təşəbbüs irəli sürmək, ortaya yeni ideyalar qoymaq lazım idi. Çox sayda dəyərli gənclər, çox sayda pak və nurani insanlar, çox sayda istedad və fikir sahibləri bu təşkilatda xidmətçilər sırasına qoşuldular. Uzaq yollarda, uzaq şəhər və kəndlərdə, isti yerlərdə, soyuq yerlərdə, əlverişli olmayan şəraitlərdə olmazın çətinliklərə qatlaşaraq fəaliyyət göstərdilər. Müharibə başlanmamışdı, amma “Quruculuq cihadı” şəhid vermişdi. Bu, çox mühümdür.
“Quruculuq cihadı” quruculuq meydanında şəhid verdi. İnqilabın nailiyyətlərinə düşmən kəsilənlər var idi. Çünki ali təhsilli və agah gənclərin, mahir, çalışqan və zəhmətkeş insanların öz quruculuğu və fəaliyyəti ilə bu inqilabın dayaqlarını bərkitdiyini görürdülər. Ona görə də bu əzizlərin bir qismi zorakı müharibə başlamazdan öncə müqəddəs İslam Respublikasının müxalifləri və münafiq ünsürlər tərəfindən şəhid edildilər.
Sonra da müharibə başladı. Yenə də “Quruculuq cihadı” ön cəbhədə oldu. Bu iftixarlı “səngərsiz səngər qazanlar” ləqəbi çox şeydən xəbər verir. Bütün müharibə dövründə, ön xətdə, arxa cəbhədə və cəbhənin mərkəzində, hər yerdə “Quruculuq cihadı”nın varlığı hiss olunurdu. Səngərləri siz qurdunuz. Qüvvələri birləşdirən yolları və silah anbarlarını siz yaratdınız. Təmir işlərini siz gördünüz. Kiminsə edə biləcəyi heç kimin ağlına gəlməyən böyük və təşəbbüs tələb edən işlərdə siz qabaqcıl və təşəbbüskar idiniz. Quruculuq dövründə də belə idi. Allaha həmd olsun ki, İnqilabdan ötən bu iyirmi il ərzində bu əzəmətli təşkilat, yəni “Quruculuq cihadı”, mühüm imtahanlardan üzüağ çıxmışdır. Bu gün də, sizin varlığınız qiymətli və dəyərlidir. Bu işləri davam etdirməlisiniz.1
Dostları ilə paylaş: |